Best in the World!
Dadlı yemək reseptləri bloqu

Vyana Şokolad Tortu

AZCookbook - Westgold

Vyana Şokolad Tortu

Şokolad xoşlayırsınız? Əgər cavabınız müsbətdirsə, onda siz Avstriyanın məşhur Sacher tortunun improvizasiyası olan bu ləziz qlazurlu şokolad tortunu çox bəyənəksiniz. Bu tortun asan tərəfi ondan ibarətdir ki, sadəcə bir ədəd biskvit bişirilir və bişdikdən sonra o, üç hissəyə bölünür. Beləliklə, iki ya üç biskvit bişirməyə ehtiyac olmur. Layların arasına isə adi cem çəkilir.

Vyana Şokolad Tortu
Dan Lepartın “Short & Sweet”kitabından adaptə edilmişdir

Qeyd: Orijinal resept tortu bişirmək üçün 18 sm-lik qab götürməyi tövsiyyə edir. Amma mənim belə bir qabım olmadığına görə 23 sm-lik qab istifadə etdim. Anladığınız kimi tort olmalı olduğundan nazik alındı, amma yenə də görkəmi kifayət qədər yaxşı oldu. Həmçinin mənim tortumun üzərində kokos ovuntusuna diqqət yetirin. Bu ərzaq reseptdə yox idi. Mən ondan tortun üzərindəki bəzi qüsurları örtmək üçün istifadə etdim. (Biskvit niyəsə qlazurun bir hissəsini hopdurdu və tortun üstü kifayət qədər parıltılı olmadı. Mən də problem kokos ovuntusu ulə həll etdim.) Yəni bu ərzaq vacib deyil.

Ərzaqlar

Şokolad qlazuru üçün:
1/2 stəkan su
2/3 stəkan çox incə şəkər tozu (əgər adi şəkər tozunuz varsa onu narın hala gətirmək üçün prosessordan istifadə edə bilərsiniz)
1 xörək qaşığı şirin olmayan (acı) kakao tozu
1/2 çay qaşığı limon suyu
100 qram yarışirin qara şokolad, doğranmış

Biskvit üçün:
5 xörək qaşığı Westgold kərə yağı, otaq temperaturunda yumşaldılmış
1/3 stəkan çox narın şəkər tozu
2 yumurta, otaq temperaturunda
1   1/4 stəkan narın çəkilmiş badam (badam unu)
1/3 stəkan un
3/4 çay qaşığı qabartma tozu

İçlik üçün:
1/2 stəkan yaxşı ərik cemi, bir qədər su, yaxud konyakla qarışdırılmış və isidilmiş (Həddindən artıq şirinləşdirilməmiş cem götürmək daha yaxşıdır. Əks halda tort çox şirin və ağır olacaq. Əgər istəsəniz ərik cemini başqa bir cemlə əvəz edə bilərsiniz.)

Hazırlanması

vienna-cake_westgold_04

Şokolad qlazurunu hazırlayın:
Su, şəkər, kakao və limon suyunu eynicinsli kütlə alınana qədər qarışdırın, sonra dərin qabda qaynama həddinə çatdırıb 1 dəq bişirin. 5 dəq ərzində soyutduqdan sonra şokoladı əlavə edib əriyənə qədər qarışdırın. Ölçü stəkanına töküb isti saxlayın (daha sonra qlazuru iki bərabər hissəyə böləcəksiniz).

vienna-cake_westgold_03

Tortu hazırlayın:
Sobanı 190ºC-yə qədər qızdırın. 18 sm-lik dəyirmi tort qabıın (Qeydə baxın) kənarlarını və dibini kərə yağı ilə yağlayın və dibinə perqament kağızı döşəyin. Kərə yağı, şəkər və bir yumurtanı köpüklü olana qədər təxminən 2 dəqiqə çalın. Qalan yumurtanın sarısını ağından ayırın, ağını təmiz bir dərin qabda saxlayın, sarısını isə üyüdülmüş badam və şokolad qlazurunun yarısını çalıb tort qarışığı hazırlayın.Ayrıca bir qabda yumurta ağını təmiz elektrik mikseri ilə yumşaq təpəciklər alınana qədər çalın. Unu və qabartma tozunu tort qarışığının üzrəinə ələyin, yaxşıca qarışdırın. Sonra isə tez və yüngül qarışdırmaqla yumurta ağını əlavə edin.vienna-cake_westgold_06

Tortu bişirin:
Xəmiri ehtiyatla tort qabına sıyırın.

vienna-cake_westgold_07
Üzərini folqa ilə örtüb təqribən 35 dəqiqə, yaxud bərkiyənə qədər sobada bişirin.

vienna-cake_westgold_08
Bişdikdən sonra xəmirə batırılmış çöpün üzərində yalnız bir neçə nəm qırıntı ola bilər. Üstünü açmadan qabdaca soyudun.

vienna-cake_westgold_09

Daha sonra onu üfüqi şəkildə üç qata bölün.

vienna-cake_westgold_10

Tortu hazırlayın:
Qatlardan ikisinin bir tərəfinə cem yaxın. Bu qatları cemli tərəfi yuxarı olmaqda bir-birinin üzərinə qoyun. Sonra üçüncü qatı da qoyub qalan şokolad qlazurunu üzərinə və kənarlarına tökün (istəsəniz qlazuru tökməzdən əvvəl tortu perqament kağızının üzərinə yerləşdirilmiş soba rəfinə də qoya bilərsiniz; qlazurun damcıları kağıza töküləcək, siz də onu rahatca götürüb ata biləcəksiniz). Qlazurun özünü tutması üçün kənara qoyun.

vienna-cake_westgold_02

AZCookbook - Westgold Facebook

Bir cavab yazın

5 Şərh
  1. Feride xanim salam Resepte gore cox sagolun cox beyendim men ozumde hazirlamaq isteyirem bir sheyi basha dushmedim ki niye gore xemiri bisbirende ustunu falqa ile baglayirsiz ? mence baglayan zaman o yaxshi shishmeZ baglamagimiz mutleqdir mi ? cavablandirsaniz sevinerem ? birde bunu saftali cemi ile etmek olar ?

    • Bu biskvit çox şişmir, üstünü ona görə bağlayırıq ki, üstü yanmasın. Bu biskvit fərqlidir. Reseptə rəayət etməyiniz məsləhətdir. Bəli, istədiyiniz cemdən istifadə edə bilərsiniz. Nuş olsun!

  2. Salam Feride. Tortun her zamanki kimi gozel gorunur, ellerine sagliq. Zehmet olmasa deyerdin bu tort soyuducuda 1 gun qala bilermi ozunu tutmaq ucun? Tortlarda 1 gun soyuducu mexanizmi bunda da islekdirmi? Cunki qonagim olacaq, 1 gun evvelden bisirmek isteyirem ki, hemin gun vaxtim olmayacaq.

    • Bu tort soyuducuda deyil, elə otaq hərarətində qalsa daha yaxşı olar. Bir günə xarab olmaz, narahat olmayın.

  3. Salam resepte gore tewekkurleer men bir weyi bawa duwmedim e 1/3 st un stekanin 3de biri demekdi ya 3stekan?? Bedem unu ne? Wekeri de anlamadim (((

Bir cavab yazın