Best in the World!
Dadlı yemək reseptləri bloqu

Zeytunlu Qozlu Qurabiyələr

Bu duzlu qurabiyələri son vaxtlar tez-tez bişirirəm. Düzü, hər bişirdiyimdə o qədər yeyirəm ki, sonra özümü danlayıram ki, niyə yemək görəndə özümü saxlaya bilmirəm:) Neyləyim, qurabiyələrin günahıdır. Çox ləzzətlidirlər. Qurabiyələrin tərkibindəki qoz və zeytun onlara xüsusi dad qatır. Görünüşü isə – iştahaçıcı. Buyurun, hamı mətbəxə!


Zeytunlu Qozlu Qurabiyələr

Fatoş Yağcının “Çaya Davet” kitabıbdan adaptə edilmişdir

Təxminən 45 ədəd qurabiyə üçün

Xəmir üçün:
3 stəkan yarım un + bir az əlavə (lazım olsa)
Bir çimdik duz
2 çay qaşığı yarım qabartma tozu
1 stəkan duru yağ (tünd iyi olmayan hər hansı bir yağ – zeytun və ya qarğıdalı ola bilər)
125 qram kərə yağı – otaq hərarətində yumuşalmış
2 xörək qaşığı alma və yaxud üzüm sirkəsi
1 stəkan qatıq
1 stəkan xırda doğranmış (amma çox xırda deyil)qoz ləpəsi (şəkildəki kimi)
1 stəkan dənəsi çıxardılmış və halqavari doğranmış qara zeytun

Üstü üçün:
1 ədəd yumurtanın sarısı

Harızlanması:

Sobanı 190Cdək qızdırın. İri listin dibini azacıq yağlayın.

Orta ölçülü qabda un, duz və qabartma tozunu qarışdırın.

İri qabda yağları, sirkə və qatığı qarışdırın. Qoz və zeytunu əlavə edib, yenidən qarışdırın.

Unlu qarışığı da buraya əlavə edib, xəmir yoğurun. Xəmir ələ yapışırsa, bir az da un əlavə edib yoğurun. Alınan xəmir çox bərk olmamalı və ələ yapışmamalıdır.

Xəmirdən qozdan bir qədər iri parçalar ayırıb, kündələyin.

Topları listə düzün. Üstlərinə yumurta sarısı çəkin. Sobada qızaranadək, təxminən 40 dəqiqə bişirin. Süfrəyə verməzdən əvvəl soyudun.

Bir cavab yazın

27 Şərh
  1. Salam Feride xanim.Ilk novbede bize bele bir imkan tanidiginiz ucun size sonsuz tesekkurumu bildirirem.Bilmek isterdim ki,zeytunun yerine kismis qoya biliremmi?Zeytun sevmediyim ucun sorusuram.Ellerinize ve ureyinize sagliq.Cox sag olun.

  2. Sizin shekilinize baxanda chox yeyene oxshamirsiniz)))…

  3. salam.feride.maraqli reseptdir.mende zeytun sevmirem hec yeye bilmirem. goresen zeytun burda nece dad verirki?yad azeytun evez ede bilecek ne isletmek olar?evvelceden tesekkurrrr)))

  4. Salam, Fəridə xanım. Çox dadlı peseptlərinizi bizimlə bölüşdüyünüz üçün Sizə təşəkkür edirəm. Allah bildiklərini paylaşanları sevər. Sizə uğurlar arzulayıram.

  5. NURA – Zeytun əla dad verin, qara zeytun olmalıdır amma. Bu reseptdə onun əvəzinə neyləmək olar heç bilmirəm.

  6. Feride xanim,daha gozel bir resept paylasdiginiza gore tesekkur eleyirem,zeytunu cox sevirem,ozde nece,bir sualim var bu resept baresinde,zeytun teze olmalidi yoxsa zeytun tutmasindan istifade elemek lazimdi?

  7. salam feride xanim,her zaman gozel ve deqiq reseptlerinize gore size derinden minettaram.sizden bir xahisim var imkan daxilinde PANCAKEN reseptini bilirsinizse yazmaqinizi xahis ederdim.istesez email adresimede yaza bilersiz!!!!onceden tesekkurler!!!

  8. SEVINC – Zeytun konservləşmiş (zeytun tutması) olmalıdır. Təzə zeytun yeyilmir.

  9. Bishirdim ela cixdi, lap shekildeki kimi! Feride xanim sizce bu reseptin shirin varianti nece alinar ?(zeytunsuz)

  10. ARZUŞ – Şirin variantı üçün gərək resept başdan ayağa kimi dəyişdirilsın:)

  11. salam eride xanim.bilmek isteyerdimki PANCAKE resepti olacaq!!!!!

  12. ARZU – bir gun olacaq.

  13. salam feride xanim ,cox saq ol ki ,imkan tapib isteyimi cavablandirdiz.TEZLIKLE GOZLEYIRIK!!!

  14. Salam.Resept cox xosuma geldi yoxlayacam bunu.Resepte gore tsk……

  15. Salam. Belə bir sayt üçün təşəkkür edirəm. Sizden bir xahişim var. zəhmət olmasa mene tortun üstunü bəzəmək üçün karamelin ev şəraitində hazırlanmasını yazardiz. Təşəkkürlər

  16. Salam Feride xanim? Necəsiniz? Men özüm də Amerikada NEW-YORKin Brooklin Ocean Avenyu-da yasayiram. Sizin yaşadığınız ünvanı bilmək olar. Sizinlə tanış olmaq istəyirəm.

  17. GÜLBAHAR XANIM – sizə email yazdım, adresiniz düz deyilmiş, geri gəldi. Mən Los Angelesdəyəm.

  18. Salam Feride xanim size faceden dostluq gondermishem qebul edinde men sizin reseptlerin vurgunuyammm

  19. ellerinize salig

  20. dadli gorunur

  21. ele indice bisirdim
    cox xosuma geldi tesekkurler Feride xanim

  22. salam Feride xanim.resept ucun cox sagolun.bu deq yeyirem ve hec xoshuma gelmedi.seker tozu olsa icinde belke yaxshi olar hemde zeytunun yerine kishmisde yaxshi olar

  23. butun reseptler gozeldir.bunun ucun tesekkurler.yeni reseptler gozleyirik.

  24. Bunu mütləq edəcəyəm. Təşəkkürlər

  25. salam Təşəkkür reseptə görə bişirdim bu gün pis deyildi

  26. qesheng gorunur…duzlu qurabiyeleri sevirem…olar men bunlari zeytunsuz bishirim???birde burda 1 cimdik duz vurulur duzlu alinir???fikirleshirem onsuzda halalliq ucun istenilen shirniyata bir cimdik duz vurulur

  27. xahish edirem mumkunse alca tutmasinin hazirlanmasi haqda mellumat veresiz.evvelceden teshekkur edirem.

Bir cavab yazın