Best in the World!
Dadlı yemək reseptləri bloqu

Ət Qutabı – Balakən Rayonuna Səyahət

Keçən il Azərbaycanda keçirdiyim vaxtlar üçün darıxdım. Üstündən bir ildən çox vaxt keçsə də, xatirələr hələ də canlıdır, elə bil oraya dünən getmişəm. Hər oraya səfərimdə olduğu kimi, ənənəvi olaraq o il də Balakən rayonuna getdik. Bu dəfə gedişim bir az kədərli oldu, çünki artıq nənəm həyatda deyildi. Amma qohumlarımız bizi kədərlənməyə, darıxmağa qoymadılar. Çay qırağında piknik, gəzintilər. Həm Zaqataladakı xalam, həm Balakəndəki qohumlarımız – hamısı bizim vaxtımızın maraqlı keçməsi üçün əllərində gələni etdilər. Bir gün maxara tökdülər (burada belə deyirlər, çünki maxara sacın üstünə tökülüb bişirilir), bir gün sürhüllü dadızdırdılar, sonra isə sacda ət qutabı. Bu yeməklərin dadı hələ də damağımdadır.

Onlar qutab bişirdikcə, mən şəkil çəkdim. Buyurun, siz də tamaşa edin, sonra isə reseptə görə özünüz də qutab bişirin. Bunu da qeyd edim ki, qutab Balakən rayonunun Kor Tala kəndində bişirilmişdir və şəkillər elə oradaca çəkilmişdir.

Xəmir yoğudruqdan sonra, onu oxlovla açın…

Lap nazik yuxa alınanadək

Yuxanın yarısına ət içliyi yayın.

Digər yarısını üstünə gətirib, kənarlarını bərkidin.

Sacda bişirib qutabları yağlayıb, süfrəyə verin. Şəkildə soldakı qutabın üstü bir qədər ötmüştü. Bu ona işarətdir ki, o bişən vaxtı, sacın altındakı od qur olub, bir az azaldılmalı idi. Dadı yenə də yaxşı idi. Bax belə. Nuş olsun!

Hə, bir də qutabdan bir müddət sonra kənd havasında samovar çayı dəsgahı da qurulmuşdur.Bəh, bəh! Unudulmaz anlar.

Ət Qutabı

12 ədəd-6 nəfərlik

Xəmir üçün:

4 fincan + yoğurmaq üçün əlavə un (bir fincan = 150 qram un)
2 xörək qaşığı duz
2 fincan otaq tempraturunda su

İçlik üçün:

450-500 qram ət maşınından keçirilmiş qoyun yaxud mal əti və ya qarışıq –yarı qoyun,yarı mal əti
2 ədəd ət maşınından keçirilmiş orta ölçülü soğan – təxminən bir fincan
1 xörək qaşığı palçıq lavaşana yaxud ½ fincan təzə nar dənələri (miqdarı zövqə görə müəyyən olunur)
Zövqə görə duz və istiot

Şimal-qərb zonalarında,xüsusi ilə də Balakəndə qutab üçün hazırlanmış içliyə 1 cimdik şüyüd toxumu,1 qədər doğranmış sarımsaq və doğranmış təzə keşniş də qatırlar.

Bunlardan əlavə :

Əgər qutab 1-ci üsulla bişiriləcəksə bir qədər şit yağı/ərinməmiş kərə yağı/

2-ci üsulla bişiriləcəksə qızartmaq üçün bitki yağı və üzərinə səpmək üçün sumaq lazım olacaq.

Xəmirin hazırlanması:

Böyük bir qaba un əlavə olunur,duz vurulur qarışdırılır. Unun içində yuva açılır,su az-az əlavə olunmaqla xəmir halını tutanadək əllə qarışdırılır. Xəmir formasına gəldikdə sonra üzərinə un səpilmiş yuxa yayan taxtanın üzərində 10 dəqiqə yoğrulur. Yoğurarkən ələ yapışmasın deyə tez-tez un səpilir.Lakin unu çox qatmaq olmaz,əks halda xəmir bərkiyər və yaymaq mümkün olmaz. Həm də yuxa yayarkən kifayət qədər un istifadə olunduğunu da nəzərə almaq lazımdır. Yoğrulmuş xəmir 12 bərabər ölçülü hissələrə bölünüb əllə kündələnməlidir. Bir kündəylə işlərkən digərlərinin üzərini dəsmalla örmək lazımdır ki,kündələr qurumasın.

İçliyin hazırlanma qaydası:

Bir qaba içlik üçün lazım olan ərzaqlar tökülür və yaxşıca qarışdırılır. Əgər lavaşana əvəzinə nar dənələri istifadə olunacaqsa o zaman ərzaqları elə qarışdırmaq lazımdır ki, narlar əzilməsin.

Yuxanın yayılması:

Kündənin biri üzəri bir qədər unlanmış yuxayayan taxtanın üzərinə qoyulur və üstünə də bir qədər un səpilir.Kündə əllə basılıb yastılanır və oxlovla açılır.Diametri təxminən 12 sm  olanadək xəmiri fırladaraq oxlovlar açmaq lazımdır. Sonra isə açılmış xəmirin üzərinə yenə azca un səpilir və əllə xəmirin üzərinə tam yayılır. Belə olduqda yuxa nə oxlova yapışar, nə də yuxanı yayayarkən onda deşiklər əmələ gələr,həm də asanlıqla yayıla bilər. Yuxanı öz tərəfinizdənki kənarlarından başlayaraq axıradək oxlova bükməklə sonra cəld açmaq lazımdır. Bu zaman oxlov özünüzə paralel olaraq hərəkət etməlidir. Bu qayda ilə hər dəfə yuxanı açarkən üzərinə azca un səpilməlidir. 25 sm ölçüsündə dairə alınanadək yuxa açılmalıdır.

İçliyin doldurulması: Hazır yuxanın üzərinə yarıyadək ətli içlik qoyulub yayılır. İçlik sıx,lakin nazik olmalıdır. Sonra yuxanın digər yarısı ətli içliyin üzərinə qatlanıb,kənarları barmaqla ehmalca basılaraq bitişdirilir. Qutablar aşağıdakı iki üsülla bişirilə bilər.

1-ci üsul: (Balakən zonasında qutab yalnız sacda/tavada bişirilir və bizim ailədə həmişə bu üsuldan istifadə edilib). Öncədən qızdırılmış sac yaxud yapışmayan tavada qutabın növbə ilə əvvəl bir,sonra isə digər tərəfi üzərində zərif qəhvəyi qabarcılar əmələ gələnədək qızardılır. Hazır bişbiş qutablar boşqaba qoyulur və elə isti halda üzərinə firça ilə yağ çəkilir. Qutablar bu qayda ilə qızardılıb yağlanaraq bir boşqabda üst-üstə yığılır. Sonda üzərinə sumaq səpilib süfrəyə verilməlidir.

2-ci üsul: (Bəzi yerlərdə bu üsuldan istifadə edilir). 1 xörək qaşığı bitki yağı yapışmayan tava tökülüb qızdırlır. Üzəri qızılı rəng alanadək qutabların hər iki tərəfi qızardılır. Hər dəfə qızartma zamanı lazım gələrsə yağ əlavə olunmalıdır. Qızardılmış qutablar sonra salfetin üzərinə qoyulub yağı çəkilməlidir. (Bu üsulla bişirilimiş qutablar sonradan yağlanmır.) Hazır qutabların üzərinə sumaq səpilib dərhal süfrəyə verilməlidir.

Bir cavab yazın

51 Şərh
  1. Feride xanim,cox sevindim bizim Balaekenin et qutabini paylashdiginiza gore.cox orijinal ve tebii 🙂

  2. чох саг ол Фарида ханым аллах сиздан разы галсын

  3. coxsagolun feride xanim. 1 ci gun ALLAH qoysa balakene gedirem. orda qohumlariniz kimdir????????

  4. ellerinize sagliq. cox gozel gorunur.

  5. Feride xanim bu dadli balaken qutabi ucun ve sekiller ucun size ne qeder tesekkur etsem azdir. Manim anamda balaken rayonunun kor tala kendindendir. Yeni usaqligim orada kecib. Oranin yemeklerinin ayri lezzeti var. O xatireleri canlandirdiqiniz ucun Size bir daha tesekkur edirem. gelecekde basqa balaken yemeklerinin resseplerini
    Gormek dileyiyle

  6. SALAM FERIDE XANUM.MEN ANLAMDIM BU ET ICLIK QOVURULMALIDIR SONRANICINE QOYULUR QUTABIN YOXSA CIY HALDA???

  7. NURA – Çiy halda.

  8. cox sag olun .mende qutab xoslayiramen cox da qarin qutabini anamin elediyini cox ozledimmmm.tesekkurler.

  9. Salam Feride xanim.balaken sozunu gordukde cooox,sevindim.hec bilmirdim siz balakenlisiniz.burdaki balakenlilerin hamisina salam:))qutabda cox lezzetli gorunur.

  10. indi basha dushdum sizin paylashdiginiz ekser reseptlerin haradan gaynagladigini :)) demek,siz de o zonadansiniz. maragli gelmishdi ki,bu kelekkohsh,surhullu,garpiz murebbesi ve s. kimi reseptleri hardan bilirsiniz 🙂 Feride xanim,size ugurlar! hemishe sizi izleyirik. tak derjat!

  11. salam Feride xanim Sizaden cox xahiw edirem mene maxaranin reseptini yazasiniz evvelceden twk edirem

  12. salam Feride xanim
    dadli reseptleriniz ucun cox sagolun.
    Bizim rayonumuzu bu qeder muveffeqiyyetle temsil etdiyiniz ucun cox sagolun.Siz bizim qururumuzsunuz.
    imkan olsa eger ozunuz haqqinda yazin.
    Sizden MUJSKOY IDEAL TORTUNUN ve lavash salatinin resptini isteyirem
    hormetler

  13. men de Balakenliyem)))hamiya salamlar,eriste reseptini hardan tapa bilerem?

  14. eleykume salam seva :)))) burdada qarsilasdiq :)))

  15. Salam.men sizin sehiveni tez tez oxuyuram. 1 defedir yaziram. Balken xitebini(orda qutaba bele deyirler) gorende yazmadan dayana bilmedim. menim anamda balakendendir. puste tala kendinnen(qaravelliden).usaqligimda orda keib. kor taladada qohumlar tanislar var. Balakenin qutablari coxdu. menim en cox sevdiklerimden biride qabaqla sor qutabidir. cox lezettli olur. esasende balaken qabagi ile. onunda reseptni yazsaz yaxsi olar. ugurlar

  16. her kese salam buda bizim Balakenin gozel yemeklerinden biri mence her biriniz bunu evde bishirmelisiz :-)))

  17. cooox sagolun qizlarnan biwirdik yedik super dadir Feride xanim cooooooooox sagolun,superdi mene gore :))))

  18. cooooooooooooooox sagolun twk 🙂

  19. duz deyirsiz coooooooooooox gozeldi bishirdik daddiq

  20. yazilariniz shekilleriniz olduqca maraqlidir. usahligim yadima dushdu. 35 yashindayam. balakende kortala kendinde 13 yashimda olmusham, Yazbahar xalagilde. bacimla men ilk defe idiki kend gorurduk. 3 ay orada qaldiq. ALLAH rehmet elesin cox yaxshi insan idi. hec bizim xetrimize deymedi bu 3 ayi. bizi cox gozel gezdirdiler. o zamandan ilk defedir ki, balakeni shekillerde gordum. agladim…bilmedim nine ucun yoxsa, o gozel gunlerin geride qaldigi ucun. men coxdandir ki, size teshekkurumu bildirmek isteyirem reseptleriniz ucun.cox deqiq, seliqeli, gozel reseptleriniz var. hansini bishirmishemse ela cixib. elleriniz derd gormesin. cox sagolun

  21. Hamımıza nuş olsun!

    GUNESH – maraqlı şərhinizə görə təşəkkür edirəm. Mən də nənəmgildə yayları qaldığım günlər üçün darıxıram. Oralar çox gözəldir, insanları da yaxşıdır.

  22. he mende balakendenem yay qish buradayam

  23. Salam Feride xanim.Men size” DUYU QUTABI” reseptini yazmag isteyirem.XEMIRINE- un,duz,su.ICLIK- bismis duyu,xirda-xirda dogranilmis sogan,suyud,olsa nar.qutab formasinda ele yagda qizart(BU RESEPTI QEDERIYLE ELEMIREM,HER SEYI TEXMINI TOKUREM)>Beyenmeseniz bir daha resept yazmaram,yeni sizi narahat etmerem

  24. Sizin reseptleri cox beyenirem,hetda bisiriremde.Meselcun, ”SIRIN COREK” ”hilli darcinli burmalara” “”asan paxlava””bilerzik salati””almali qurabiye””toyuq cigirtmasi”.Bunlari tez tez bisirirem.cox sag olun.Yeni reseptlerinizi sebirsizlikle gozleyirem

  25. NATƏVAN,reseptləriniz maraqlıdır. Paylaşdığınıza görə də çox sağ olun. Kimisə narahat etmirsiniz. Amma forumda daha geniş müzakirə imkanları var,yəni əlavə yeni reseptləri orada paylaşmaq olar.

  26. Salam,Guler xanim.Men forma daxil ola bilmedim nedense. Bir ikidefe baxdim,amma gire bilmedim.

  27. Guler xanim size bir sualim var .Bu sayitda ingilis dilinde “Lasagne Verdi al Forne-Daring Bakers ” RESEPTI GORDUM .Azerbaycan dilinde bu resept sayta yerlesdirilmeyib?Tapa bilmedim.Azerbayca dilinde bunun adi nedir?Yeni gornusce xosuma geldi.

  28. NATƏVAN, forumda da qeydiyyatdan keçib yazmaq lazımdır.

  29. Lasagne -italyan yeməyidir. Bizim mağazalarda makaron-spagetti stendlərində satışda var. Bir növ qurudulmuş xəngəl kimidir,amma ondan böyükdür. Lay-lay aralarına müxtəlif içliklər qoyularaq sobada bişirilir,məsələn,pendirli,ətli,tərəvəzli və s. Rusca və türkcə ” Lazanya” kimi tərcümə olunur. Lazanya deyə bilərsiz. Fəridə xanımın reseptində Lazanya ev şəraitində hazırlanıb, həm də xəmiri göyərtilidir.

  30. Salam Feride xanim. Bu qutablari gorub cox sevindim, et qutabini cox sevirem. Oz rayonumuzun qutabindan basqasini yox amma. Men Zaqataladanam. Bizde de qutab eynile bu cur bisirilir. Suyud toxumu qutaba basqa dad verir.
    Men de Azerbaycan kenarda yasayiram, oz milli yemeklerimiz ucun darixiram. Sizin reseplerinizden cox istifade etmisem, hemise komeyime catib, yoldasim da cox beyenib. Amma serh yazmag bu gune qismetmis. Her sey cox gozeldi, ellerinize sagliq. Yeni-yeni reseptler gozleyirik.

  31. Boyreyin receptni, zehamet olmasa , yaza bilersiz?

  32. coooooooox gozeldir burdan Balakene coxlu -coxlu salamlar

  33. 2-CI VERSIYASI DUZDU DAHA LEZZETLI OLUR ELE….

  34. Balaken haqda maraqli melumatlara gore tesekkurler. daha etrafli https://www.facebook.com/Balaken.Rayonu

  35. Ellerinize sagliq sekillercun.Gozel cekmissiz.Bir Balakenli kimi mende fexr etdim.Zaqatalada oldugunuz vaxt bugum xingal yeyibsizmi.Men 2defe yemisem cox beyenmisem.Yaxsi yadima salib retsepini eger istesez yazaram.Sag olun

  36. AYNURƏ – O xəngəl haqqında deyəsən eşitmişəm, quru ətlə bişirilir, buğlama kimi. Amma yeməmişəm.

  37. salam Feride xanim sizin sayti cox beyendim noutbookuma dabavit etdim. Heyif ki ancaq qutabin sekline baxa bilirem lap darixdim anamin qutablari ucun.

  38. Salam Feride xanim. Sizin sehifenizile teze tanis olmusam. her sey cox gozeldi. men de Balakenliyem. paylasdiginiz qutabi biz de tez tez hazirlayiriq. rayonumuzun dadli yemekleriyle hamini tanis etdiyiniz ucun tesekkurler. size ugurlar.

  39. Еллеринизе саглыг

  40. booyy Zaqatala… Balekeni bilmrem Zaqatala metbexi heqiqeten zengindi. surhullunu cox sevirem. bug xengeldeki bizim mentalitet kimi bir weydi her zaqatalaya getdiyimde mene birinci bu yemeyleri biwirirler:)

  41. Feride xanim, size hedsiz tesekkurlerimi bildirirem.
    Men xemiri nazik yaya bilmediyim uchun chox xemir xorekleri bisire bilmirem. Mamam Zaqataladandir atam da Shekiden. Ora yemekleri uchun burnumun ucu goyneyir :)) malesef mamam avropada men ise Kanadada yasayiram. Hech olmasa sizin vasitenizle milli yemekleri bishire bilirem. Reseptleriniz super, shekillere de soz ola bilmez!! Size ugurlar!!!!

  42. Feride xanim, goy qutabinin da xemirini eyni usulla hazirliyirlar?

  43. Men de balakenliyem ))) tesekkurler.

  44. butun yemaklarimiz superdi agzini dada gatirmak istayanlar balakana galsin

  45. salam Feride xanim siz meni usaqliq illerime qaytardiniz usaqliqda nenemde mene bisirerdi maxara (bizterefde qutaba kete deyiller kaxetde Qaracopda)qutab qoyartiden ve etden qatdama deyirler oda cox yaxsidi indi ise menim özum bişirirem bunlari sizin saitniz cox maraqlidir saqolun

  46. Çoox beyendim.çox sehifeler sadece yagda qizartma usulunu paylasiblar.sacda qizartma dahada gozeldi.tekrar tesekkurler

  47. Salam mumkunse balaken xengelinin haqda yazasiz onceden tesekkurler

  48. Salam feride xanim mende ele o zonadanam cox yemisem nenemin elinden indi oxudukca mende darixdim

  49. Sizde Zaqatalalisiz?Qutabi en gozel Zaqatala-Baleken bolgesi hazirlayir resepte gore sag olun

  50. Salam. Men ele bilirdim gutab icine et bishmish halda goyulur. ciy halda goyuldugunu indi bidim. belke de biz Garabag zonasindan oldugumuza gore mence menim anam govururdu bir az.

    Teshekurler

Bir cavab yazın