Best in the World!
Dadlı yemək reseptləri bloqu

Ətli İspanaq

Westgold

Spinach with Ground Beef

Ispanağı tək başına bişmiş halda yeməyi xoşlamayanlar, əminəm ki, bu gün təqdim etdiyim yeməyi çox bəyənəcəklər. Burada ispanağa ət və düyü də qatılır. Nəticədə  həm olduqca ləzzətli, həm də çox faydalı bir yemək alınır. İstəyə görə, yeməyin yanında süfrəyə qatıq da qoyula bilər. Bu yemək qatıqla da çox ləzzətli olur.

Ətli İspanaq

4-5 pay üçün

Ərzaqlar:

4 qalın dəst ispanaq (qoca olmasın)
5 yemək qaşığı Westgold kərə yağı
200-250 qram çəkilmiş mal əti
1 iri baş soğan
2 xörək qaşığı tomat pastası
Duz
İstiot
3-4 xörək qaşığı yumru düyü

Hazırlanma Qaydası:

Spinach with Ground Beef

İspanağı yaxşıca yuyun. Sonra iri-iri doğrayıb, bir ləyənə yığın. Təmizliyindən əmin deyilsinizsə, üstünə su doldurub, bir az duz səpin və 5 dəqiqəlik kənara qoyun. Bu müddət ərzində ispanağın üstündə qalmış ola bilən torpaq aşağı süzülməlidir. İspanağı süzüb yenidən yuyun. Kənara qoyun.

Spinach with Ground Beef

Orta ölçülü qazanda yağı əridin. Əti əlavə edib ətin suyu çəkilib yağa düşənə qədər qovurun. Soğanı ətə əlavə edib bir neçə dəqiqə bişirərək saraldın.

Spinach with Ground Beef

Tomat pastası, duz və istiotu əlavə edib qarışdırın.

Spinach with Ground Beef

İspanağı əlavə edib bir qədər yumuşalanadək bişirin.

Spinach with Ground Beef

Sonra isə düyünü əlavə edib 2-3 dəqiqə qovurun. Üstünə ispanağı tam örtməyənə qədər su töküb bişirin. Hazır yeməyin suyu bir qədər çəkilməlidir (nə çox sulu, nə çox duru yemək olmalıdır), düyü isə bişməlidir.

Westgold

Bir cavab yazın

13 Şərh
  1. Feride xanim. Naxcivanda qish aylarinda etden qovurma hazirlanar. Yaz da ise ispanaq, shomu, kirish, caciq ve s kimi goyertileri hazirlayanda hemin qovurrma etden yemeye elave ediler.

    • Qovurmanın dadı bir başqa aləmdir. Ordubadlı köklərim olduğuna görə, tanışam:) Hayıf ki, burada qovurma bişirmirəm.

  2. Ele dünen menden evdekiler etli ispanaq istediler.Tike etle hazırlamaq olar? Sağ olun.

  3. Hazırladım.dadlı alındı.esas da evdekiler beyendi.teşekkürler

  4. Salam, Ferde xanim.Ispanq qovurmasin cox sevirem, xususen sarimsaqli qatiqnan. Ellerinize sagliq bu da cox gozel gorunur, gerek evde ispanaq olan kimi bisirem. Cox beyendim. Coox sagolun. Bloqunuzun yeni formsi da cox gozeldi. Her weye gore tewekkurler 🙂

  5. Geceniz xeyir Feride xanim.Bu resepti oxudum cox beyendim inwallah tezlikle eleyib dadina baxariq.Men sizin reseptlerinizden cox istifade eleyirem artiq 4-5il olar .Cox geweng alinir dolgun ve etrafli yazirsiniz teshekkurler.Yeni reseptlerinizi gormek umuduyle helelik.

  6. Cox beyendim cox sagolun

  7. Salam Feride xanim.necesiniz.Sizin bu layihe yeni aile quranlar ve ailesinden uzaqda olanlar ucun cox boyuk destekdi.Tesekkurler.Allah sizlerden razi olsun.Size ugurlar.

Bir cavab yazın