Best in the World!
Dadlı yemək reseptləri bloqu

Darçınlı və Kişmişli Babka

Darçınlı və Kişmişli Babka | AZCookbook.com

Bilirəm. Çoxdandır azərbaycan dilində resept paylaşmıram. Məni bağışlayın. İki dildə bloq yazmağın çətinliyi ilə üzləşdiyimdəndir səssizliyim. Və sonra imdadıma gözəl insanlar gəldi – Dilarə Vəliyeva və Səbinə Quliyeva adlı iki könüllü tərcüməçi. Bundan sonra tərcümələri onlar edəcək və mən onlara bu təmənnasız dəstəklərinə görə çox minnətdaram. (Fürsətdən istəfadə edərək, əvvəlki tərcümələrimdə mənə kömək edən Şəhla Əliquliyeva, Gülər Abbasova, Əsmər Eyvazova və Aylan Ağamalıyevaya da çox sağ olun deyirəm!). Burada yazmadığım müddət ərzində bu bloqu ziyarət edən və mənim reseptlərimdən istifadə edən hər kəsə də təşəkkür edirəm. Yenidən sizinlə resept paylaşmağa hazıram.

Darçınlı və Kişmişli Babka | AZCookbook.com

Keçək bu günün reseptinə. Bu gün menyuda şəkildə gördüyünüz Darçınlı və Kişmişli Babka var. Resepti çox yaxşı tanıdığım və fəaliyyətinə hörmət etdiyim yemək yazarı Faye Levy-nin, 1,000 Jewish Recipes adlı kitabından tapdım. Babkanı bişirmək üçün mayalı xəmir yoğrulur, yayılır və şəkər, darçın və kişmişlə doldurulub büküldükdən sonra sobada bişirilir. Hazır babkanın ətri də, dadı da o qədər gözəldir ki, bir dilimə doymaq olmur.

Darçınlı və Kişmişli Babka | AZCookbook.com

Ümid edirəm ki, təsvirim xoşunuza gəldi. Bişirməyə başlayaq?

Darçınlı və Kişmişli Babka | AZCookbook.com

Bu qədər kişmişdən qorxmayın. Onlar babkaya ayrı ləzzət qatır.

Darçınlı və Kişmişli Babka | AZCookbook.com

Xəmir qabardılmağa hazırdır.

Darçınlı və Kişmişli Babka | AZCookbook.com

Bu isə qabarmış xəmirimiz! Bişirək!

DARÇINLI VƏ KİŞMİŞLİ BABKA

Bir ədəd babka üçün

Ərzaqlar

  • 1/4 stəkan isti su (qaynar deyil!)
  • 1 paket toz maya (2  1/4 çay qaşığı)
  • 1/4 stəkan və elavə 1 çay qaşığı şəkər tozu
  • 3 stəkan un
  • 1/4 çay qaşığı duz
  • 1/2 stəkan (8 xörək qaşığı) əridilmiş (ərinmiş deyil!) və soyudulmuş  kərə yağı
  • 1/2 stəkan ilıq süd
  • 3 ədəd yumurta
  • 1 xörək qaşığı üyüdülmüş darçın
  • 1/3 stəkan şəkər tozu
  • 1/2 stəkan kişmiş

Hazırlanması

  1. Kiçik bir kasaya 1/4 stəkan su tökülür. Suya maya əlavə edilir. Mayanın üzərinə 1 xörək qaşığı şəkər əlavə olunur. Təqribən 10 dəq köpüklənənə kimi gözlədilir. Səthi hamar olmasa, qarışdırın.
  2. 1/2 stəkan un, 1/4 stəkan şəkər, duz qarışdırın. Qarışığa maya, 6 xörək qaşığı yağ, süd, 2 yumurta əlavə edin. İnqrediyentler bir-birinə birləşənə kimi, yumuşaq xəmir alınana kimi əlinizlə qarışdırın. Əgər xəmir yapışqanlıdırsa, qalan 1/2 stəkan unu da əlavə edin. Xəmiri azca unlanmış bir yerə qoyun, elastik, yapışmayan, hamar olana kimi yoğurun. (Əllərinizlə yoğurmaq əvəzinə siz xəmiri, ərzaqları eyni ardıcıllıqla əlave edərək xəmir qarışdıranla hazırlaya bilərsiz. Sonda əllə yoğurun.)
  3. Əlizində xəmirə yumru forma verin. Eyni kasanı duru yağla yağlayın, xəmiri kasaya qoyun. Üzərini plastik örtük və yaxud mətbəxt dəsmalı ilə örtün, isti bir yerdə həcmi 2 dəfə artana kimi və ya 1 saat 15 dəq qalxana kimi gözləyin.
  4. Ölçüləri 23-12 sm olan kərpiç formasını yağlayın. Darçını şəkər tozu ilə qarışdırın.
  5. Xəmiri oxlovla 23-28 ölçülü düzbucaqlı formasında açın. Üzərinə fırça ilə 2 xörək qaşığı əridilmiş yağ çəkin. Darçın və şəkər qarışığını, sonra kişmişi əlavə edib yayın.
  6. Xəmiri slindr formasında möhkəm bükün. Kənarlarını bərkidin ki, içlik içəridə qalsın. Xəmiri “tikişi” aşağı olmaq şərtiylə formaya yerləşdirin. Üzərini isti mətbəxt dəsmalı və ya plastik örtüklə örtün, 1 saat və ya 2 dəfəyə kimi qalxmasını gözləyin.
  7. Sobanı əvvəlcədən 190ºC dərəcədə qızdırın.
  8. Qalan yumurtanı sındırın və qabarmış xəmirin üzərinə ehtiyyatla fırça ilə çəkin.
  9. Təqribən 30 dəq və ya babkanın üzəri qızılı olana kimi bişirin. Metal spatula və ya nazik bıçağı xəmirin ətrafında ehtiyyatla gəzdirin. Formanı çevirib babkanı çıxardın. Babkanı dilimlərə kəsməzdən əvvəl soyudun.

***
Resept Faye Levy-nin 1,000 Jewish Recipes adlı kitabından adaptasiya olunmuşdur.

Bir cavab yazın

6 Şərh
  1. Canim,Feride xanim!Xow gorduk Sizi!Coxdandir gozleyirdik yeni reseptler.Nehayet ki?Maraqlidi reseptiniz,imkan olan kimi mutleq biwirecem.Bir de bizi bu qadar uzun muddet reseptsiZ qoymayin.Darixiriq.?

  2. Çox sağ olun! Çalışacam tez-tez resept yazım. Dəstəyinizə görə çox sağ olun!

  3. Mən öz növbəmdə deyə bilərəm ki,həddsiz zövqlə etdiyim tərcümələr işə yaradığına görə sevinirəm. Mətbəxdə nə qədər dincəlirəmsə, Fəridə xanımın reseptleri də məni bir o qədər dincəldir.

  4. Çox sağolun Feride xanım resepte göre gözel görünür. Bir cox yerde görürdüm bu resepti ama öz dilimizde olmagı lap yaxsı oldu. 🙂

  5. Resept yazan, paylayan və tərcümə edənlərə təşəkkürlər!!!!!

Bir cavab yazın