Best in the World!
Dadlı yemək reseptləri bloqu

Kəsmikli-Kişmişli Keks

Westgold

kesmikli keks_03

Bu keksin tərkibindəki yumşaq kəsmik və şirin kişmiş bir-biri ilə qarışanda gözəl təam yaradırlar. Keks olduqca yumşaq və ləzzətli alınır. Siz də sınaqdan keçirin.

kesmikli keks_02

Kəsmikli-Kişmişli Keks

Ərzaqlar:
3 yumurta
200 qram şəkər tozu
150 qram Westgold kərə yağı – otaq hərarətində yumşalmış
200 qram kəsmik
200 qram un
2 çay qaşığı qabartma tozu
1 çay qaşığı vanil ekstraktı (zəruru deyil)
Yarım stəkan kişmiş (qara və ya ağ ola bilər)
1 yemək qaşığı süd
2 xörək qaşığı şəkər kirşanı (pudrası)

kesmikli keks_07

Hazırlanma Qaydası:

Sobanı 180Cdək qızdırın. Yumru, çələng keks formasının içini bir az unlayıb kənara qoyun.

kesmikli keks_08

Yumurta və şəkər tozunu bir qabda kütlənin rəngi açılanadək mikserlə çalın.

kesmikli keks_09

Alınan qarışığa kərə yağı və kəsmiyi əlavə edib bir az da çalın. Vanil töküb qarışdırın.

kesmikli keks_10

Un və qabartma tozu, sonra isə kişmişi əlavə edib yenidən qarışdırın.

kesmikli keks_11

Alınan xəmiri keks formasına boşaldın.

kesmikli keks_06

Keksi isinmiş sobanın orta gözündə 40 dəqiqə bişirin.

kesmikli keks_05

Keksin bişib bişməməsindən əmin olmaq üçün, keksin içərisinə kibrit batırıb çıxardın – kibrit təmiz çıxırsa və üstünə xəmir yapışmayıbsa, deməli, keks hazıdır.

kesmikli keks_04

Keksi sobadan çıxartdıqdan sonra qoyun öz formasında tamamilə soyusun. Sonra formadan çıxardıb soba telinin üstünə qoyun. Süd və şəkər kirşanını bir qabda  qarışdırın. Alınan kütlə nə çox sulu, nə də çox quru alınmalıdır. Çox suludursa, bir az daha şəkər kirşanı əlavə edin. Alınan qarışığı qaşıq vasitəsilə keksin üstünə çiləyin. Bu bəzək bir qədər bərkiyəndə, keksi süfrəyə verə bilərsiniz. Nuş olsun!

Şərh yazmağı unutmayın! Müzakirəyə qoşulun.

kesmikli keks_01

Westgold

Bir cavab yazın

30 Şərh
  1. Salam Feride xanim. Ma şa Allah. Əllərinize sağlıq. Allah qolunuza qüvvet versin. İn şa Allah mən de bu reseptlə hazirlayacağam və təəsüratlarimi yazacam. Her zaman seve seve reseptlətinizden istifade edirem. Reseptide deqiq verdiyinize görede her zaman bişirdiyim de alinir. Əlhəmdülillah. Sağolun. Yeni yeni reseptlərinizi sebirsizliklə gözləyirem her zaman.

  2. hmmmmmm….beh behhh…

  3. Salam! Fəridə xanım, necəsiniz? Reseptləriniz həmişəki kimi əladır. Sizin reseptlərin əsas üstünlüyünüz ondadır ki, onlar praktikdir. Əl yetən ərzaqlardan hazırlanır, yaxşı alınır.Bu dəfəki reseptiniz də əladır. çox sağ olun.

  4. Salam Feride xanim.Ehsen deyiram size Moskvadan.qariblikda sevindirirsiz da bizleri dadli,sirniyyat ve yemeklerinizle.ELA!

  5. Sekilde cox gezel gersenir, sinamaq lazimdir, cox sag olun!

  6. farida xanim revanini de ozunuz bisiib bir gun qoyunda bura/ cox goze sirniyatdir revani turk sirniyyati/ gozleyecem unsalah minnetdar

  7. Feride xanim bu gozel resseptlere gore size tewekkur edirem ellernize sagliq opurem sizi

  8. Salam, çox maraqlı reseptdir – mütlaq sınamaq lazımdır, təşəkkürlər!

  9. keksi nece hazirlayirlar

  10. kesmiyi unu miksrrle calaq yoxsa elle?

  11. Salam,hemiseki kimi cox dadli keks alindi.ozune mexsus dadi var.men sir in tvarogdan,sirokdan etdim.notice eladi

  12. ellerinize sagliq mutleq edecem

  13. Fəridə xanım bişirdim keksi çox xoşuma gəldi əllərinizə sağlıq. Çox sağ olun♥

  14. Cox gozel

  15. salam Farida xanim
    azcookbookla edilen her bir yemek ve ya shirniyyat chox ugurlu alinir, bunun uchun size teshekkur edirem.
    Bugun bu keksi kishmish evezine chiyelekle etdim. Ela keks alindi.

  16. Bu reseptle defelerle bu keksi bişirmişem ve hemişe de ela alınır. Çox zerif, yumşaq ve lezzetli keksdir. Feride xanım, çox teşekkürler))

  17. Dünən bu keksdən bişirdim. Oğlum çox mızmızadı,hər şeyi bəyənmir,hələ kəsmiyi heç sevmir,amma keksi çox bəyəndi,biləndə içində kəsmik var inanmadı.:-) həqiqətən çox ləzzətli keksdir,reseptə görə təşəkkürlər.

  18. Qonaqlar ucun bisirdim, hami beyendi.

  19. Bişirdim ela alındı . Teşekkürler 🙂

  20. cox saqolun.indi bishirdim ela cixdi

  21. Salam Fəridə xanım.
    Əllərinizə,əməyinizə sağlıq
    Bilmək istərdim keks xəmirinə nə zaman qatıq , nə zaman süd əlavə edilər? Məsələn bu reseptdə kəsmiyi qatıqla əvəzləmək olarmı?
    Nə zaman əvəzləmək kimi şansımız olur?

    • Çox sağ olun!Mən deyərdim, çörək ve keks reseptlərində reseptdə necə izah olunubsa, elə etsək daha yaxşı nəticə ala bilərik. Kəsmiyi burada əvəz edə bilmərik, çünki alınan keksin teksturası fərqli ola bilər.

  22. Çox gözəl reseptdi.əllərinizə sağlıq.çox dadlıdır

  23. Salam, daha hecmli(hundur) alinmasi uchun resepte yazilani iki qat etsem alinar?

Bir cavab yazın