Asan və olduqca ləzzətli tərəvəz yeməyi. İstəyə görə hazır yeməyin üstünə xırda-xırda doğranmış göyərti də səpmək olar.
Kartoflu Badımcan Yeməyi
4 pay üçün
Ərzaqlar:
5 ədəd badımcan
1 ədəd iri soğan
3-4 diş sarımsaq
1 ədəd yaşıl bibər (mütləq deyil)
2-3 ədəd kartof
3 ədəd pomidor
1 çay qaşığı tomat
5 qaşıq Westgold kərə yağı
Duz, istiot
Yarım stəkan qaynar su
Hazırlama Qaydası:
Badımcanların qabığını zolaqvari soyub, badımcanı iri kubiklərə doğrayın. Acısını çıxartmaq üçün duzlu suda 20 dəqiqə saxlayıb, sudan keçirin və sıxın. Soğanı, sarımsaqları və bibəri xırda-xırda doğrayın. Kartof və pomidoru iri-iri doğrayın.
Qazanda yağı əridin. Soğan və sarımsağı əlavə edib arada qarışdıra-qarışdıra soğan yumuşalıb qızarmağa başlayanadək bişirin. Bibər və kartofu əlavə edib bir-iki dəqiqə də bişirin. Pomidor və tomatı əlavə edib bir-iki dəqiqə bişirin. Badımcanı əlavə edib, qarışdırın. Duz-istiot vurun.
Bir iki dəqiqə sonra suyu əlavə edin, qazanın qapağını örtün və yeməyi orta hərarətdə 15-20 dəqiqə ərzində bişirin. Karktof bişibsə yemək hazırdır. Yemək bişdiyi müddət ərzində tez-tez qarışdırmayın ki, badımcan əzilməsin.
Bu yemeyi badimcan evezi kabachokla edirem. O da lezzetli olur chox. 🙂
ecebsandal deyirik biz:)
mende ele bu cur hazirlayiram-tesekkurler!
Feride xanim coxsagolun resepte göre. bugun hazirladim cox läziz alindi.
tesekkurler
Feride xanim resepte gore cox sag ol.Yayda bu yemeyi bisirdim Atamin cox xosuna geldi
Superrrrrr
hmm dadli yemeye oxsuyur.bizde bu yemeye cigirtma deyirler
Zeytun yagı ıle bısırılerse dadlı olar mı yene?