Best in the World!
Dadlı yemək reseptləri bloqu

Lobya Çığırtması

Yəgin fikirləşirsiniz ki, bu Fəridə hara yoxa çıxdı  birdən birə. Məbi bağışlayın ki, neçə müddətdir yeni resept yazmıram sizə. Amma məşqulam, özüdə çox. Bakıya səfərimə hazırlaşıram. Digər tərəfdən də kitabımın üzərində işləyirəm. Amma gözünüzü yolda qoymaq istəmirəm, odur ki, bu gün sizə mənim ən çox xoşladığım yay yeməyini dəqdim edirəm – Lobya Çığırtması. Nuş olsun!

Lobya Çığırtması

4 pay üçün

1 kilo göy lobya –  5 sm uzunluqda doğrayın
təxminən 6 xörək qaşığl duru yağ və ya kərə yağı

2 ədəd baş soğan – xırda-xırda doğrayın (2 stəkan alınacaq)
2 ədəd pomidor – qabığını soyub xırda-xırda doğrayın (2 stəkan alınacaq)
1 stəkan xırda-xırda doğranmış reyhan
Zövqə görə duz, istiot
4 ədəd yumurta

Əvvəlcə lobyanı su doldurulmuş qazana qoyub, qaynadıb tamaməm bişməzdən əvvəl süzün. Sonra ya elə olduğu kimi qoyun qalsın, ya da stəkanın dibiylə lobyanı bir az əzin, çox deyil (bu metod Zaqatala-Balakən rayonlarında məşhurdur. Lobyanı əzməklə onun həm dadı üzə çıxır, həm də lobya yumuşalır. Bu metod mənim çox xoşuma gəlir).

Tavada yağı qızdırın. Soğanı yağda bir az qızardın. Üstünə pomidor və reyhanı əlavə edib 5 dəqiqə də bişirin. Lobyanı buraya əlavə edin. Duz, istiot vurun. Tavanın qapağını örtün və yeməyi arada bir qarışdıra-qarışdıra, suyu çəkilənə və lobya bişənədək bişirin, təxminən 15 dəqiqə.

Yumurtaları  bir kasaya qırıb qarışdırın. Sonra bu qarışığı lobyanın hər tərəfinə tökün. Qapağı bağlı, yumurtalar bərkiyənədək bişirin.

Bir cavab yazın

16 Şərh
  1. Eziz Feride xanim!
    Size chox teshekkur edirem bu lobya chigirtmasinin reseptine gøre. Bilirsisniz neche iller idi ki Norvechde yashayaraq evde anamin mene tez-tez bishirdiyi resepti tapa bilmirdim, indi ise sizin sehifenizi achanda lobya cigirtmasina rast geldim. Bu sizin terefinizden chox layiqli tedbirdir ki, bele metbex haqqinda sehife yaratmisiniz.
    Hørmetle, Aydin

  2. Salam.Gozumuz yolda qalmisdi.Cooooooox sag olun.

  3. SALAM CANIM FERIDE.COXDANDIR HECNE HAZIRLAMIRSINIZ? NIGARAN QALMISDIM.SUKURLER OLSUN KI, BU GUN BIZIMLESINIZ.CANIM FERIDE BIR GOZEL SALAT RESSEPTI TAPMISAM COX LEZZETLI SALATDIR.EGER ISTESENIZ RESSEPTINI SIZE YAZARAM.COX INCE VE KEYFIYYETLI SALATDIR.YEKEXANALIQ EDIB SORUSMADAN SIZE RESSEPTI GONDERMEDIM.EYER ISTESENIZ SIZE YAZARAM.SIZ DE BISIRIB HEM OZUNUZ DADARSINIZ HEM DE DIGER XANIMLAR.INANIN MENE MENIM EN SEVDIYIM SALATLARDANDIR.COX SADEDIR.

  4. SEVGI: Elbette ki, etirazim yoxdur yeni resepte: ) Gonderin email unvanima: farida_sr@yahoo.com. Ve ya buradaca yazin. Cox sag olun.

  5. salam feride xanim xos gorduk sizi inanirsiz her gun baxiram ki goresen yeni ne var.gozel reseptlere gore cox sag olun.feride xanim sizden xahisim var turk paxlavasinin reseptini yaza bilersiz.

  6. eziz feride xanim recepte gore cox sagolun.yeni receptler gozleyirik.size yaxwi yol .mende bakini istedim))))))))))))))).

  7. SALAM FERIDE XANIM COX SAGOLUN BU RESEPTLERE GORE

  8. salam,Feride xanim,biz demek olar ki bele biwiririk lobyani,amma,nenem hemiwe lobyani novruzda paxlava biwiririk onun kimi romb kimi ve 1 stekan su tokuruk vam xodda ozu biwir,soganla bir yerde ,soram pomidoru da tokur qizardir,ele 4ox dadli olur

  9. Feide xanim Sizden bir xahiwim var!! Eger mumkundurse ve yaxud da bele elemek olarsa kursoru saytdaki wekillerin ustune yerlewdirerken onlarin adi da gorunsun!! chox xahiw edirem! Tewekkurler!!

  10. Salam, Fəridə xanım xahiş edirəm mənimlə əlaqə saxlayın.
    055;480-35-20.Ləman

  11. Salam, Fəridə xanım sizin cavabınızı gözləyirəm.Saytın bütün işçilərinə təşəkkür edirəm.

  12. Salam Feride xanim.men bu saytla yeni tanis olmusam.reseptler cox gozeldir.insan burdaki reseptleri oxuduqca tez metbexe qacib bisirmek isteyir.cox gozeldi.twkler

  13. salam feride xanim men lobuyani birinci defe bele pismesni esidrem bizlerde lobuyani temizleyib yuyub dograyib tokuruk qazana ve ora elve edirik lazim olan qeder sogan pamidor goy biber yag ve qoyurq pisir suyu cekilenden sonura yagi qalir qovurub yumurtasni vururuq

  14. lobya ciqirtmasini hec sevmiram,sizdan yeni yemak novlari gozlayiram,tasakkur ediram

  15. butun emeyi kecen insanlar cox sagolsunlar. xeyirli ve gozel isle mesgulsuz.

  16. Salam Feride xanim. Men Sizin reseptlerden cox istifade edirem ve Mende cox yaxinlarda alinir. Cox sag olun.

Bir cavab yazın