Best in the World!
Dadlı yemək reseptləri bloqu

Pavlova Tortu (Video)

Pavlova Tortu | AZCookbook.com

Bu resepti avqust 18, 2011 tarixində dərc etmişdim və bu gün yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin).
______

Deyilənə görə, Pavlova Tortu ilk dəfə ötən əsrin 20-ci illərində məşhur Rus balerinası Anna Pavlovanın şərəfinə Avstraliyalı bir qənnadçı tərəfindən hazırlanmışdır. Digər versiyaya görə isə, tort Avstaliyada deyil, Yeni Zelandiyada icad olunub. Mübahisələr indiyənədək davam edir. Tortu isə bütün dünyada bəyənib xoşlayıblar. Eləcə də bizim evdə.

Pavlova Tortu 3 qatdan ibarətdir. Birinci qat – dairəvi merenq (bize) layıdır. Bunun üstünə ikinci qat – qaymaqlı krem çəkilir. Bu qatın üzərinə  isə təzə meyvələr. Tortun originalında buraya kivi, çiyələk, marakuya meyvələri düzünür, amma bunların yerinə müxtəlif xırda giləmeyvələrdən də istifadə etmək olar. Elə bu reseptdəki kimi. Tort o qədər ləzzətlidir ki, tərif etməklə, qurtarmaz. Balerina kimi zərif, kövrək bir tortdur. Necə dəyərlər, adına laiq. Bişirin. Dadın. Nuş edin.

PAVLOVA TORTUNUN HAZIRLANMA QAYDASI VİDEODA:


PAVLOVA TORTU

8 pay üçün

Ərzaqlar

Bize Üçün:

  • 4 ədəd iri yumurtanın ağı (otaq tempraturunda olmalı və qətiyyən soyuq olmamalıdır!)
  • 1 çay qaşığı alma sirkəsi
  • 1 çay qaşığı qarğıdalı nişastası
  • 1 stəkan (190 qr) xırdalanmış şəkər tozu (əgər yoxdursa o zaman mətbəx kombaynında xıradalamaq olar, lakin şəkər pudrasına çevrilməməlidir)
  • Yarım çay qaşığı vanil ekstraktı

Krem Üçün

  • Yağlılığı 35-40% olan 300 ml qaymaq (mütləq soyuq olmalıdır)
  • 1 xörək qaşığı şəkər tozu

Üst Lay Üçün

  • Qarışıq giləmeyvələrdən təzə moruq, qaragilə, böyürtgən, nanə yarpağı və şəkər pudrası.

Hazırlanması

  1. Soba 100ºC dərəcə tempraturda qızdırılır. Bize bişiriləcək list /tava/ sobanın orta rəfində yerləşdirilir.
  2. Böyük,təmiz və quru qabın içərisinə yumurtanın ağı tökülür,köpüklənənədək orta sürətlə mikser vasitəsiylə çalınır.
  3. Üzərinə alma sirkəsi və qarğıdalı nişastası əlavə edilir. Təxminən 3 dəqiqə ərzində yumşaq köpük qalxana kimi yenidən çalınır.
  4. Şəkər tozu az –az, hər dəfə 1 qaşıq tökülməklə əlavə edilir və kütlə bərkiyənəcən daha 5 dəqiqə çalınır. Kütlənin hazır olub-olmadığını bilmək üçün mikserin çəlgəlləriylə kütlədən bir qədər götürülür, əgər qarışıq axmırsa və bərk vəziyyətdə miskerin çəngəlində qalırsa deməli hazır hesab olunur. Sonda vanil ekstraktı əlavə edilib kütləyə qarışdırılır.
  5. Listin üzərinə perqament kağızı yerləşdirilir. 25 sm diametrlik boşqabın ağız hissəsi perqament kağızının üzərinə qoyulub qələmlə dairə çəkilir. Kağızı o biri üzünə çevrilməlidir. Alınmış dairəvi forma bize üçün lazım olacaq. Belə ki, hazır bize kütləsi qaşıqla götürüb səliqəylə perqament kağızının üzərinə həmin dairə formasınca yayılmalıdır. Orta hissə isə bir qədər çökək olmalıdır. Çünki sonradan bizenin ortasına krem qoyulacaq.
  6. Qapağı açılmadan ,1 saat 40 dəqiqə ərzində bize bərkiyənədək bişirilməlidir. Yadda saxlamaq lazımdır ki, bizenin rəngi ağ olmalıdır! Bize bişdikdən sonra soba söndürülür və qapağı açılmadan heç olmasa 2 saat tam soyuyanadək bize sobada qalmalıdır. Bişmiş bizenin üzəri kövrək, içərisi zefir kimi yumşaq olur.
  7. Sonra bizeni sobadan çıxarıb səliqə ilə perqament kağızından ayırmaq və servis qabının üzərinə qoymaq lazımdır.
  8. Bu arada, krem hazırlamaq üçün orta ölçülü qabda qaymaq və şəkər tozu qatılaşana kimi mikserlə çalınır. Hazır krem qaşıqla bizenin ortasına eyni bərabərlikdə əlavə olunur.
  9. Üzərinə qarışıq giləmeyvələr qoyulur, nanə yarpağı ilə bəzədilir. Meyvələrin üzərinə az miqdarda şəkər pudrası səpilir.
  10. Diqqət! Tort hazırlanandan dərhal sonra sevris edilməlidir. Çünki çox qalıdıqda bize üzərindəki kremin təsirindən sovrulur və kəsdikdə isə büzüşəcək.

Bir cavab yazın

35 Şərh
  1. Ferish,sen sag ol:)) bi dene orda alma sirkesi iki defe tekrar gedib,onu duzelis edersen. yeqin men kopi past edende tekrarlanib.

    mac-mac:-*

  2. salam ferdie xanim.bəs onu qeyd etməmisizki xəmiri azda olsa bişirmək lazimdi.cox dadlidi bu resept.biz bunun arasina moruq suyu cixmayan meyvədə qoyuruq .onda lap super olur.

  3. tesekkurler Feride xanim

  4. Salam,Feride xanim.sizin saytinizi cox hevesle izleyirem.sizden bir xahisim var mumkundurse sokoladli tortun reseptini vere bilersiniz?tesekkurler

  5. Bu resept üçün də təşəkkürlər. Sizdən bir xahişim var. Kala gülü şirnisinin reseptini deye bilərsinizmi? Yanılmıramsa onu da bize kimi hazırlayırlar. Bişən kimi isti-isti büküb kalalar düzəldirlər. Resepti sizdə varmı? Öncədən təşəkkürlər 🙂

  6. selam Feride hanim.bi zahmet bana bizenin tarifini yazarmisiniz?

  7. Feride xanım men bu resepti ilk defe türkce Cosmopolitan dergisinde gördüm sonra sizin rusca videoroliki gördüm ve hazırladım.hegigeten şahane,çox zerif ve gözel tadlı var.sonra buzdolabında bir axşam durdu bezesi yumşadı ama yene de çox gözel ve lezzetli idi.size cox teşekkürler.men morug (yani malina) ve böyürtkenle garışık hazırladım.mence yumşak şefteli ilede cox gözel olur

  8. salam Feride xanim.kremi qaymaq kremi olmasa olmaz?bawqa kremnen istifade etmey olar?

  9. Bizim bu Bakida bele tort ucun qaymaq tapmaq cetin meseledi.markasin bilen varsa yazsin

  10. gozel reseptlere gore cox sagolun.sizden yeni reseptler gozleyirik/

  11. salam necesiz mene bizenin reseptini deye bilersiz

  12. yeni piroq reseptleri yazin.evvelceden yazilan reseptlere gore sagolun.

  13. salam Feride xanim sizin bu sayti cox beyendim yeni tort reseptlerini bolusmeyinizi xahis edirem

  14. Salam,Aywen. Bu tortun hazırlanmasında biskvit,nə də digər xəmirdən istifadə olunmur. Yalnız bize lazımi şəkildə bişirilir və soyuduqdan sonra krem,meyvə əlavə olunur.

  15. Xanımlar,bizenin hazırlanma qaydası bu reseptdə yazılıb,lazım olan ərzaqların qədəri də.

    Əgər sadəcə bize hazırlamaq lazımdırsa o zaman istəyinizi tam aydın yazın ki,müraciətiniz cavabsız qalmasın))

  16. Nazlı,tort yüngül tort olduğuna görə kremi də eynən yüngül olmalıdır. Daha ağır və çox şirin krem tortun tamını dəyişəcək. Əgər başqa formada oxşar yüngül krem hazırlaya bilsəniz tərcübədən keçirmək olar. Fəridə xanım da öz fikrini bildirər)

  17. Salam Feride xanim men sizin teze perestishkarinizam.Mende hachandandir ki,sizin reseptlerinizi istifade edirem esasda “Zebra tortu”reseptinizi evde hami cox beyenib.Sizede bu resepte göre cox sagolun demek istedim.Yeni reseptlerh heyecanla gözluyurem………

  18. salam Feride xanim sizin reseptlerinizden istifade etdim kox xosuma geldi.Hamisi gözəldir,yeni reseptlerinizi gözleyirem,

  19. COX DADLIDI SIZEDE MESLEHET GORUREM

  20. Fəridə xanım sizdən hər evə lazımdır 🙂

  21. Feride sizinlə taniş olmağima cox şad oldum.2 gündür saytinizla taniş olmuşamş.Cox bəyəndim.Dərhal abunə oldum.Haqqinizda oxumasaydim sizi Bakida olduğunuzu zənn edəcəkdim.RABBİM daim sizi qorusun.Hər zaman bax belə gülər olun.

  22. suppaaa

  23. salam feride xanim.sizden sifaris ucun bisirilen tortlarin kreminin reseptini yazmaginizi xahis edirem .hem kopuk kimidir hem parlaq hem de dadlidir.vacibdir.coooox xahis edirem.minnetdaram.

  24. Feride xanim salam.men bu tortu cox xoslayiram ilk defe tort eleyecem.bu tortu bisirecem.tam vanil ekstrakti yazmisiz.onu magazalardan tapmag olur.adi ele vanil ekstrakti gedir?birde alma sirkesi mende cox sertdi.onun ziyani olmaz vursam?evde hazirlanib bu sirke.magazadan almamisam.

  25. salam feride xanim mumkunse meshur olmayan va cox sade hazirlanan dadli tort resepti veresiniz

  26. mumkunse resepti tecili gondere bilersiniz bu yaxinlatrda bisirmek isteyirem mumkunse bu adrese gonderin

  27. Feride xanim salam.bu torta alma sirkesinin yerne uzum sirkesi vuramag olar?

    FƏRİDƏ-AZCOOKBOOK: Bəli olar.

  28. ÄLAAAAAA COX XOSHUMA GÄLDI: ÄLA RESEPDI AMMA MARAGLIDI ONU YEYENDE SINIB TÖKÜLMÜR BÄS YÄNI AGIZA GOYMAMISH DAGILIB GETMIR ?

    • Bəli, çox zərif tortdur, amma ki, narahat olmayın, qırılmaz.

  29. Fəridə xanım-zəhmət olmasa deyin -1.40 dəqiqədə bezeni qızarmadan necə bişirmək olar- mümkün deyil-həmdə yumurta qoxusu gəlməsin ..

  30. Superdir Faride Xanim!!! Cox cox teshekkur edirem!!! Bishirdik de yedik de. Caniniza dua da eledik!!! Opuruk sizi

  31. Axır vaxtlar çox görürem bu şirniyyatı. Gözel görünüşü var. Birgün mütleq hazırlayıb baxacam dadına. Sağolun resepte göre.

  32. Cox cox minnetdaram Feride xanim!!! Super ela reseptlerdir!!! Ugurlar size

  33. Cox sevdim bu tortu Feride xanim!!! Cox dadli ve yungul!!! Cox cox minnetdaram

Bir cavab yazın