Best in the World!
Dadlı yemək reseptləri bloqu

Şami

Şami Lənkəran mətbəxinə aid yeməkdir. Bu resepti mənə Lənkəranlı rəfiqəm Sevda verib. Görünüş etibarilə şami tava-kabab və kotletə oxşayır, amma şaminin tərkibinin hazırlanma qaydası onlardan bir qədər fərqlidir. Burada ət əvvəlcə  bişirilir, sonra çəkilib küftəcik şəkili verildikdən sonra qızardılır. Şamini adətən plovla süfrəyə verirlər (Lənkəranda Şami-Plov adlanan plov var). Mən şamini çörəklə də çox xoşlayıram. Sizə də nuş olsun!

Şami

18-20 ədəd şami üçün

1 kg sümüksüz, yağsız qoyun əti
2 ədəd orta baş soğan – qabığını soyun, bütöv qalsınlar
2 ədəd yumurta
zövqə görə duz
zövqə görə istiot
təxminən üçdə bir stəkan duru yağ – qızartmaq üçün

Əvvəlcə əti və bütöv soğanları  bir qazana qoyun. Üstünə ərzaqları örtəcək qədər su tökün. Bir çimdik duz atın. Qaynadın və təxminən 30 dəqiqə  bişirin. Ət tamamilə bişməlidir. Qazanın suyunu süzün (suyunu düşbərə üçün istifadə edə bilərsiniz). Əti və soğanları ət çəkən maşından keçirin. Sonra bir qaba qoyun. Üzərinə yumurta, duz, istot əlavə edib, yaxşıca yoğurun.

Alınan kütlədən nə çox yastı, nə də çox qalın olan  uzonsov və ya yumru küftəciklər düzəldin. Təxminən 18-20 ədəd şami alınmalıdır.

Tavada yağı qızdrın və şamini yağda qızardın . Plov və ya çörəklə süfrəyə verin (Lənkəranda plovla verilir).

Bir cavab yazın

62 Şərh
  1. Bunlar əladır mənim xoşuma gəldilər Şami talışların yeməyidir və məndə talışam.

  2. Elinize sağlıq. Lenkeran yemekleri her zaman her yerde çox beyenilir. Eminem bu yemeyi de bişirende etrafımdakı Türk metbexi heyranları fikirlerini deyişecek.

  3. bu köfteler çok lezzetli gözüküyor, ellerinize sağlık….

  4. Merhaba,azeri yemeklerini merak ediyorum,köfteleriniz de harika,elinize sağlık.

  5. salam Feride xanim.saytinizi cox beyenirem ve reseptlerinziden istifade edirem.bele gozel yemekler ucun size tesekkur edirem.size bir sualim var.xahis edirem mene bir movzuda komek edesiniz.tort kremi hazirlayarken cox vaxt alinmir,curuyur ele bil.bunu hec cur duzelde bilmirem.meslehetinize ehtiyac var.evvelceden tesekkurler

  6. ULYA: Krem haqda basqa yerde de deyesen serh qoymusunuz, ora cavab vermisdim:) Kremin curumesini sebebini dediq bilmirem, amma men evvelce yagi yaxsi caliram, sonra qatilasmis sudu elave edib bir az da caliram, onda curumur.

  7. salam fəridə xanım. man cənubi azərbaycandan bu blogi tapdım və çox sevinirəm ki mənim ana dilimdə bu qözəllıqda bir aşpazlıq blogi açılıb.
    çox çox qözəl qördum bu blogu allərinizə sağlıq.

    mehran.16yaşım var.Təbriz`dən

  8. salam Feride xanim. Bu ete yumurta butov vurmaq lazimdi, yoxsa ancaq sarisini. Cunki shekilde yumurtanin ancaq sari dushub, amma restepde o qeyd olunmayib?
    Cavabiniza gore evvelceden teshekkur edirem

  9. ADİL: Yumurta bütov olmalıdır. Şəkildə ağı görünmür, amma ağı da var.

  10. Salam Ay Feride xanim bu katletin bishmish halidir mence.Ferqi ondadir ki katleti chiy etle qizardirsiniz,Şamini bishirib qizardirsiniz.Yeqin ki dadi bashqa cur olar.Bir defe bishirib baxaram.Teshekkurler

  11. Feride xanim, size deyim ki menim valideynlerim Lenkerandandir. Bu sami da bizim evde tez-tez bisirilen yemeklerdendir. Amma anam samini basqa cur bisirir:
    Cekilmis et ve sogana bir az dogranmis kesnis, tursu (bizde buna palciq tursusu deyirler) duz ve istiot vurur. Yasti ve yumru formaya salir. Bir az su elave edilmis tavaya duzur samilari. Bismeye az qalmis tavaya yag vurur ve iki terefli qizardir. Cox dadli olur:).

  12. bu bildiyimiz kotlete oxsayir. inaniram ki dadi da eynidi 🙂

  13. Sevgili kardeşim,çok güzel bir köfte olmuş.

  14. salam feride xanim necesiniz?? Feride xanim men bu samini etdim ne cur varsa ocur ama qizardanda hamisi daqildi mende icine suxarni vurdumku acilmasin nece edimki acilmasin heee??

  15. AYNURCAN: SAğ olun men yaxşıyam. Şaminin eti yağsız olmalıdır ki dağılmasın. Buna adətən suxari vurulmur, amma əgər açılırsa suxari kömək edər. Şami adətən zərif olur, o biri kotletər kimi deyil.

  16. salam Feride xanim. Menim anam da bisirir amma ferqli qaydada. Evvelce etle soğanı cəkir sonra ona 4-5 ədəd yumurta duz istiot vurub qarışdırır.Tavada yağ qızdiqdan sonra eti tavaya tökur.Et bir az özunu tutandan sonra onu 4ve ya 8 yerə bölür .Bir üzü qizardiqdan sonra obiri üzunü qızardir.

  17. SALAM FƏRİDƏ xanım necesiz?çox dadlı yeməklər bişirirsiz əminəmki bu şamidə dadlıdır əlləriniz ağrımasın.sağolun ALLAH sizi qorusun.

  18. Salam Feride xanim. Men sizi yenə narahat edirəm. Men sizin yazdiqiniz şami reseptini bişirdim şəkildə gösterildiyi kimi alındi dağılıb eləmədiı.Ancaq o gun men size tarif etdiyim çiy ətlə hazirlanmiş şami resepti daha lezzetli alinir. sinaqdan çıxarmanızı tövsiyye edrdim. Men de yaxşı yemekler bişirmeyi xoşlayıram.Sizden yeni -yeni tarifler gözleyirik.Uğurlar

  19. SALAM FERIDE XANIM .SIZIN NOVRUZ BAYRAMINIZI TEBRIK EDIRIK.

  20. FERIDE XANIM BISIRDINIZ ? NECE ALİNDİ?

  21. REFIQE: Sizin de bayraminiz mubarek. Yox, teessufler olsun ki, samini bisirmeye vaxtim olmayib. Bir gun bisirmeye calisaram.

  22. FƏRİDE XANİM SALAM. NECƏSİZ. FƏRİDƏ XANIM MƏNƏ KİYEV KATLETİNİN RESEPTİNİ YAZA BİLƏRSİNİZ.QABAQCADAN TƏŞƏKKÜR EDİRƏM .

  23. Fəridə xanım sizə əhsən.

  24. men bu gun samini bisirdim yaxsi alindi,Feride xanim sizin kimi alindi tesekkur edirem resepte gore

  25. salam.somi plov cox dadlidi.ozumda talisam.umumiyyatla talis yemaklari cox dadli olur.nus olsun

  26. salam xanim. saytinizla 1nece gundur tanis olmusam olduqca maraqli saytdir, cox xosuma gelib. coxlu reseptler goturmusem, sinaqdan kecirmek niyyetindeyem. limonlu sirniyyatlari cox xoslayiram, ele ilk onlari goturdum. bununcun sag olun. isterdim limonlu sirniyyatlar daha cox olsun.

  27. mene kiyev katleninin resepti lazimdi yeni onun icine ne qoyulur

  28. Feride hanim ellerinize saglik,her shey chok gozeldir.Size ugurlar.) Menim anam Nahcivanlidir ,amma onun bishirdiyi shami bir geder ferglidir.Anam hem et shamisi ,hem kartof shamisi bishirir. Kartof shamisina suda bishmish kartof, narin dogranmish chiy sogan ve yumurta,sanki kartof puresine bunlar elave olunur ve yumurta ile birlikde chalinir,sonra ise yagli tavaya tokub ya firinda,ya da gazin ustunde bishirirler,amma bir teref gizaranda,chevirmek lazimdir. Bishmish cekilmish et elave edende ise olur et shamisi,gey geyerti ve edviyatlarda elave etmek olar. Feride hanim ellerinize saglik,her shey chok gozeldir.Size ugurlar.)

  29. Salam Feride xanim. Resepte gore tesekkurler. Size meslehet kimi, olmasin. Cox xahis edirem meni duzgun basa dusesiniz. men ozum Lenkeranliyam. bizde samini tez tez bisiririk. amma ciy etden etin qaynadilmasini birinci defedir sizden esidirem. Hemde samiya kesnis suyud, ve nar vurulur. cavablandirsaniz sevinerem

  30. AYSEL – Çox maraqlıdır. Bu resepti mənə Lənkərandan göndəriblər. Ola bilər mi ki, bir neçə növü var bu yeməyin? Reesptinizi tam şəkildə yazsanız sevinərəm. Çox sağ olun.

  31. Cox tewekkur eliyirem beyaxdan ne biwireceyimi qerarlawdira bilmirdim indise deqiqlewdirdim sami biwirecem cox tewekkurler Feride xanim

  32. cox tewekkur edirem beyaxdan ne biwireceyimi fikirlewirdim indi deqiqlewdirdim sami biwirecem 🙂 cox tewekkur edirem bele sayt yaratdiqiniz ucun.

  33. Her bir bolgenin yemekleri cox lezzetlidi xususen Cenub zonanin yemekleri!

  34. SALAM MEN SIZIN SEHFENI YENICE ASKAR ELEMISEM AMA 1 2 RESEPT PROB ELEMISEM DEMEK ISTEYIREM KI PESEPTLER ELADI AMA PLOV PESEPTLERINIZ AZDI MUMKUNSE SAH PLOV PAXLA PLOV BALQABAQ PLOVUN RESEPTLERINI ISTEYERDIM

  35. mene maraqlidir ki 30 eqiqe erzinde et nece tam bishe biler? Belke men neyise duzgun basha dushmemishem?

  36. Zulfiyya xanım,önəmi yoxdur.Cavan heyvanın əti tez,bir qədər qoca olsa gec bişəcək. Nə qədər vaxta bişməsi önəmli deyil,əsas odur ki ət bişsin.

  37. shami oldugunu bilmirem biz lenkerenli deyilik amma bizde adi katleti bele hazirlayiriq.

  38. salam men julyeni nece hazirlanmagini bilmirem bilen varsa xahis edirem yazsin.mende hazirlayim

  39. salam,maraqli sayt ucun tesekkurler.buna sami yox shumu deyilir.biz(men de talisam)buna yumurta vurmuruq.quru ve ya teze nane,1az palciq tursu ve rendeden kecirilmis pomidor vururuq,evvelce azca su tokuruk ki,parda olsun,yaqa dusende yaq elave edirik.

  40. Men lenkeranli oldugum ucun, demek isteyirem ki, sami qedim yemek oluduna gore, coxlari onun reseptini unudub. Saminin esas ferqliliyi onadirki , cekilmis ete bolluca sumaq qatilirr. Ve bezileri onu yeyerken uzerine sirin dosab elave edir( zovqe gore).

  41. Gunay xanim, men bir ashbaz kimi size bildirmek isteyirem ki , shumu ayri, shami isi ayri yemeklerdir. Shumu turshuyla ,shami sumaxla bishirlir.

  42. RAKSANA, məlumatınıza görə çox sağ olun.

  43. salam xanim men lenkleranliyam ozde bizde ocur deyil sami samide etim et cekennen yox et baltasynan doyrun coxlu sora qirmizi ssoganida orda etle biryerde doyuruk sora nane quru nane qatib yene doyuruk sorada qizardiriq duz isdiotda oz novbesinde ama men yumurta vrmiram

  44. Komentlerin ekserinde yazildiqi kimi esil klassik shami resepti :Cekilmis et ve sogana bir az dogranmis kesnis, tursu (bizde buna palciq tursusu deyirler) duz ve istiot vurur. Yasti ve yumru formaya salir. Bir az su elave edilmis tavaya duzur samilari. Bismeye az qalmis tavaya yag vurur ve iki terefli qizardirlar,qawma plovla yeyilir.
    Naxcian zonasinda buna womu deyilir ve birinin yazdiqi kimi kuku kimi biwirilir: Evvelce etle soğanı cəkir sonra ona 4-5 ədəd yumurta duz istiot vurub qarışdırır.Tavada yağ qızdiqdan sonra eti tavaya tökur.Et bir az özunu tutandan sonra onu 4ve ya 8 yerə bölür .Bir üzü qizardiqdan sonra obiri üzunü qızardir.Bacaranlar butov cevirir ve yalniz sufrede 8 yere bolurler.

  45. Salam,Feride xanim.Men Lenkeranliyam samu bizde bu cur bisirilir:qaynanmis yagsiz qoyun eti sogan ve sari noxudla qaynadilib ve cekilir sonra nar,sumax ve yaxud zirinc 3-den biri hansi varsa vurulur duz,istiot ve 4-5 yumurta miqdara gore vurulub kere yaginda qizardilir.Nus olsun!

  46. bunu bu axsam mutleq edecem. Mence dadli olmalidi.Tesekkurler

  47. men ozum awbazam rusiyada uzun illerdir ama azerbaycanin metbexinin dadini vermir bura bu sayti gorub sevindim ve mene yaxwi son debde olan reseptler versez wad olaram esasen sulu xoreklerden maskvadan cinqiz

  48. souslar wirniyatlar ve ellerinizden opurem sizin feride xanim minnetdaram size

  49. cavab gec yazarsiniz siz bilmek olar

  50. ewq olsun azeri xalqina feride xanima maskvadan pover cinqiz

  51. salam Feride xanim ..Butun reseptlere gore cox saq olun.Ulya adli istirakciya curumush kremin berpasin yaziram .Curumush kremi qabiyla beraber isti su olan bashqa qaba yerleshdirib mikserle calmaqa davam etmek,1-2deq.Sonra goturub soyuq yere qoyub calmani davam etmek.vessalam,krem hazirdi

  52. Shamini yoldashim chox xoshleyir talish metbexidi ozumde talisham umiyyetle talishlarin kuxnasi her yerde meshurdu esh olsun TALISHLARA

  53. Men de shomudan tez-tez bisirirem.Amma men ete bir az palciq tursusu ve ya pomidor da qatiram turs olsun ve goyerti.bele lap dadli olur

  54. Nenemden anamdan gorduyum ve 20 ildir ozumun biwirdiyi wami reseptini yaziram Yuxaridaki kotletdi Demek cekilmiw ete duz istiot quru gilemerze ve ya nane en esasi ise nar gilesi vurulub yumru kufte weklinde yastilanib yagda qizardilir birde bunu qiyme weklindede eyni terkibde biwiririk ve dawma plovla yeyilir

  55. Salam feride xanim. Men eti cekmisem artiq masindan, amma
    şamı bişirmək isteyirem,, indi çəkilmiş eti qaynatmaq olar?

  56. Salam.Mende Lenkeranlıyam ve Lenkeranda yaşıyıran Burda şamının resseptini yarımcıq vermisiniz.Şamıya sizin dediyiniz kimi etdikden sonra ona ete sumaq davurulur.Birde noxud qaynadıb maşınnan cekib vururuq.Birde bişdikden sonra üzerine de mütleq sumaq sepib süfreye veririk.Xahiş edirem bizim metbexi insanlara düzgün teqdim edin.Nuş olsun.

    • Əlavələrə görə təşəkkür edirəm. Nəzərə alaram. Bacardığım qədər mətbəximizi təbliğ edirəm. Şərhiniz xoşməramlı olmadı amma.

  57. Sagolun resepte göre. Onu demek isterdim ki bizde Lenkeranda şamının içine sumağ da qatirlar. Plovla ve yağda qovrulmuş kişmişle birge cox dadlı olur.

Bir cavab yazın