Best in the World!
Dadlı yemək reseptləri bloqu

Sarımsaq Turşusu

Sarımsağı çox xoşlayıram. Təzə sarımsağı da, diş sarımsağı da, turşusunu da. Bəs siz necə? Xoşlayırsınız? Qış aylarında turşu sarımsaq xəmir xörəklərinin yanında yaxşı gedir. İndi ki, soyuq qış ayları yaxınlaşır (düzü burada o qədər soyuq olmur, amma yenə də qış qışdır), turşu düzəltməyin tam vaxtıdır.

Sarımsaq Turşusu

Qeyd: Sarımsaq bankalarda 2 il belə qala bilər. Nə qədər çox qalsa, bir o qədər dadı yaxşı olar.

1 litrlik banka üçün

Ərzaqlar:

10 baş sarımsaq (təxminən yarım kilo)
4 ədəd dəfnə yarpağı
4 ədəd mixək
5-6 ədəd yumru qara istiot
2 xörək qaşığı iri duz
Təxminən 2 stəkan üzüm sirkəsi

Hazırlanma Qaydası:

Sarımsaq başlarının üst bir neçə lay qabığını soyun. Elə edin ki, dişlər ayrılmasın, baş bütov qalsın.

Sarımsağı bankaya yığın. İçinə dəfnə yarpağı, mixək və istiotu əlavə edin. Sirkə tökün.

Bankanı bağlayın. Ehmallıca o tərəf bu tərəfə döndərin ki, ədvalar yayılsın. Bankanı sərin yerə qoyun.Turşu təxminən 2 aya hazırdır.

Bir cavab yazın

8 Şərh
  1. canım Fəridə necəsən sənin reseptlərindən çox istifadə edirəm .hər nə vaxt karıxsam tez sənin saytından istifadə edirəm .Allah səni o yad eldə qorusun.yenə də təşəkkür edirəm.

  2. salam Feride xanim, yemek tariflerinizi cox beyenirem. Sizden bir ricam olacaq Lenkeran sayagi goyem turwusunu oyrederdiniz.

  3. Coox sagol Feride xanim.Men de coox beyenirem.Men bunlari mutleq oyrenmeliyem,cunki zaqatalaya gelin kocurem inwallah

  4. yemekler cox lezzetli gorunur. twk bu qeder melumata gore cox saqolun

  5. en sevdiyim turwular icindedir sarimsaq butun qiwi yeyirem eladir hec qripde olmadim bu qiw

    • agzinnan iy gelmir bala butun qis bogularlar ki da yaziglar

  6. xosum geldi cox sagolun seviyyeli insan seviyyeli mekan

  7. Salam,Fəridə x.m . sirkə + su edə bilərəm?. Yəni sırf sirkə olmasın mədəmə təsir edir.

Bir cavab yazın