Best in the World!
Dadlı yemək reseptləri bloqu

Şirin Çörək

Şirin çörək mənim ən çox sevdiyim milli çörək növlərimizdəndir. Bəzən buna süd çörəyi də deyirlər, çünki onun  hazırlanmasında mayə olaraq süddən istifadə edir. Çörəyə qatılan sarıkök ona həm gözəl rəng, həm də qeyri-adi dad verir. Şirin çörəyin məndə olan reseptləri arasında ən çox həmyerlimiz Güllü xanımın gözəl saytından götürdüyümü bəyənirəm. Həmən resepti bir az adaptə edərək şirin çörək bişirdim və nəticəsini sizlərdə paylaşıram. Nuş Olsun!

Şirin Çörək (Süd Çörəyi)

Orijinal reseptin mənbəsi – Azerifood.com.

2 ədəd çörək üçün

1 paket (2 + ¼ çay qaşığı) quru toz maya
2 stəkan ilıq süd
6 stəkan yarım un
1 stəkan + ¾ stəkan şəkər tozu
Bir çimdik duz
1 çay qaşığı sarıkök
1 ədəd yumurta – otaq hərarətində
200 qram kərə yağı- əridib soyudun
1 ədəd yumurta, üstü üçün
1 çay qaşığı xaş-xaş

Bir qabda mayanı 1 stəkan süddə həll edib 5 dəqiqəlik kənara qoyun. İri qaba unu, şəkər tozunu, duzu və sarıkökü qoyub qarışdırın. Ortasına mayalı qarışığı, qalan 1 stəkan südü, yumurta və yağı əlavə edib xəmir yoğurum. Əvvəcə xəmir bir qədər yapışqan olacaq amma narahat olmayın, onu yoğurduqca yapışqanlığı gedəcək. Alınan xəmir çox bərk olmamalı, amma eyni zamanda da ələ yapışmamalıdır.

Xəmiri qaba qoyub üstünə dəsmal örtün və qoyun kənarda gəlsin, təxminən 2 saat ərzində.

2 iri listə ya kalka kağızı sərin ya da yağlayın.

Gəlmiş xəmiri iki yerə bölüb kündələyin. Kündələri əlinizlə 22 sm-lik bir dairə əldə edənədək yastıladın. Dairənin qalınlığı 1.2 sm olmalıdır.

Çörəkləri listlərə yerləşdirin. Üstlərini çay dəsmalı ilə örtüb  qalxmaları üçün 1 saatlığına kənara qoyun.

Sobanı 190C-dək qızdırın.

Yumurtanı çəngəllə qarışdırıb çörəklərin səthinə çəkin. Çəngəllə şəkildə gördüyünüz kimi naxış vurun sonra isə xaş-xaş səpin.

Çörəkləri sobanın orta hissəsində 30-35 dəqiqə ərzində,  və yaxud üstləri yaxşı qızaranadək bişirin. Əgər sobanzn iki listi birdən orta rəfə yerləşdirəcək qədər iri deyilsə, onda bir listi sobanın üst bölməsində, digərini isə alt bölməsində 15 dəqiqə bişirib, yerlərini dəyişib bişirməyə davam edin. Çörəkləri yalnız tamamilə soyuduqdan sonra kəsin.

Bir cavab yazın

84 Şərh
  1. Ellerine sagliq Feride xanim.Allah senden razi olsun.

  2. Cox dadli gorsenir Feride xanim

  3. SALAM FERIDE XANIM… SIZI YENIDEN GORMEYIME COX WADAM 😉 XOW GORDUK SIZI YENIDEN VE ELBETTE TEWEKKURLER KI BU QEDER GOZEL BIR IWE IMZA ATMISINIZ METBEXIMIZIN ZENGINLIKLERINI DUNYAYA YAYIRSINIZ;)SIZINLE FEXR EDIREM VE HER ZAMAN SAYTINIZI IZLEYIREM SIZIN GELIWINIZI SEBRSIZLIKE GOZLEYIRDIM BU SAYTI ACIB YENI RESEPT GORENDE SIZIN QAYITDIGINIZI ANLAYIB COX SEVINDIM;) XOW GELDINIZ!!!!!

  4. FERİDE xanim belke bilersiz qluten nedir?mende ekmekpişirici makine var onda bir proqram var adi bele gedir:glutenfree…….

  5. Salam feride xanım.Şirin çörək bizimdə evdə çox sevilir.əllərinizə saglık.Şirin çörəyiniz çox gözəl görsənir.Təşəkkürlər

  6. çox gôzâL tâ$âbbûsdûr.Sizâ ugurLar.daha yeni reseptLâr gôzLâyirik sizdân.ôncâdân tâ$âkkûr edirik

  7. Чох саг олун

  8. Salam,Feride xanim.Bu shirin chorek Shekide “oma” adi ile taninan chorekdir???

  9. KAMILE: Xeyir, Sheki ovmasi deyil. Duzu bir az oxsayir, yani eyni kateqoriyadandirlar, amma Ovmanin icinde basqa edviyyalar da var burda ise yalniz sarikok.

  10. salam FERIDE

  11. SALAM FERIDE XANIM MEN 1CI DEFE TOR BISIRDIM ANCAQ ALINMADI BISKIVITIN ALTI YANDI ICI BISMEDI.SORUSMAQ ISTEYIREMKI DUXOVKANIN HEM ALT HEM UST TEREFINI BIRLIKDE YANDIRMAQ LAZIMDIR???ASAGI HISSE QAZ YUXARI HISSE ISE SPIRALDI.

  12. Salam Fəridə xanım.Mən badamburanın reseptini bilmək istərdim.Amma bütün saytlarda olan formadakı badambura yox, oval formada qoğala oxşayan badamburanı düzəltmək üsulunu bilmək istərdim.Əvvəlcədən təşəkkür edirəm.

  13. REYHAM: Beli sobanini hem alti hem ustu eyni derecede istilik vermelidir. Menim Klassik Sunger Biskviti reseptimde instifade etmisiniz?

  14. men bundan bisirirem. hemise de gozel alinir

  15. gələn dəfə bunları bizə bişirib verin

  16. men bu gun bunu bisirdim Feride xanim size minnetdaram resepte gore yaxsi alindi

  17. Salam,Feride xanim.Sizin sirincorek reseptiniz mene cox istahgetirici gorundu ve men hemen bisirdim.Her sey cox gozel alindi.Ancaq bir balaca bisenden sonra corekler berk oldu.Bilmek isterdim bu corekler bele olmalidir yoxsa bulka kimi yumsaq olmalidir?

  18. ELNARƏ – Bu çörəklər gərək nə çox bərk nə də çox yumuşaq olsun. Bir qədər ovulan olur içi, amma bərk deyil.

  19. SUPER ALINDI.COX SAGOLUN.

  20. salam. bura soda qatilmir?

  21. Feride xanim cox saqolun sayti acib gozel receptlere gore.dunen coreyi bishirdim.shekildeki kimi alindi.gozel,yumshaq ve dadli.

  22. ELYA – Soda deyil, maya qatılır.

  23. Salam Feride xanim.receptlerinizi paylashmaqcun butun saytlar qoyulub odnoklassnikden bashqa.orda dostlarimlada paylashmaq isterdim.neden odnoklassnikle paylashmaq olmur?Cox saqolun.

  24. ELYA – Reseptlerimin hec bir saytda yerlesdirilmesine icaze verilmir. Yalniz mene bu haqda bildiren saytlara bir nece resept yerlesdirmelerine icaze verirem. Odnoklassniki-den mene mektub gelmeyib. Reseptlerimin orada yerlesdirilmesi qadagandir.

  25. salam feride xanim.xow gorduk.bu reseplere gore cox ama cox sagolun.cunki burda eleleri varki bilmirdim.bu resepleri deftere yazib hamisini sinaqdan cixariram ve ugurlu alinir.cox sagolun.amma size bir sualim var:bu resepde seker tozunun ne qeder olduqunu bawa duwmedim.1 stekan yarim tokdum pesoku.eslinde ne qeder olmaliydi?deye bilersiz?

  26. ZÜMRÜD – Bir stəkan şəkər tozu 190 qram edir.

    • Feride xanim zehmet olmasa goy lobyanin tutmasini yaza bilersiz anam isteyir

  27. Fəridə xanım bişirdim mən şirin çöreyi çox gözel alındı. Mama deyirki mütleq menim de əvəzimə sag ol de Fəridə xanıma .Allah seni bizlərə çox görməsin canın həmişə sag olsun sevdiklərini allah qorusun inş!

  28. BIWIRDIM COX GOZELDI.TWK

  29. Salam Feride xanım.Size ne qeder teşekkur etsem azdır.İnanın neçe vaxtdır bu resepti axtarırdım.Şirin çörəyi bişirdim.Hem çox gözəl,hem de çox dadlı alındı.Ailə üzvlərim çox bəyəndi.Hətta şəklini də çəkmişəm.İmsakda ləzzətlə yeyilir.Tanışlarıma da məsləhət görmüşem.ALLAH sizden razı olsun.

  30. Salam Feride xanim,reseptden istifade eledim.((( Amma ureyim istediyim kimi alinmadi.Xemir gelmedi,bishirdim amma cox agir cixdi,ortasi bishmemish qaldi.Sizden sorushmaq isteyirem 1 paket toz maya nece qramdir.?Tesekkur edirem

  31. mutleq biwirecem))

  32. Salam Feride xanim,sizin cavabinizi gozlemeye daha sebrim qalmadi bu gun yene bishirdim,amma bu sefer alindi,diqqtle oxudum ve bishirdim.1 yerde sehvimin uzunden coreyim alinmamishdi,cox shukur bu gun alindi.Size de minnetdaram

  33. salam resepte gore saq olun

  34. Feride xanim size cox minnetdaram verdiyiniz reseptlerin coxunu sinagdan kecirmiwam.supper cixib.ellerinize sagliq.

  35. salam Feride xanim.birinci defedi size yaziram.size o qeder minnetdaram ki…ellerinize sagkiq.teze aile qurandan sizden oyrendim her sheyi.hardasa 2 ildi sizden iyrenib bishirirem.hami da lezzetle yeyir.men de onlara baxib xoshbext oluram.Allah her sheyi ureyinize gore versin.opurem sizi

  36. cox uzr isteyirem oyrenib yazmaq isteyirdim.sehv getdi

  37. sALAM. MEN EVVELCEDEN MINNETDARL;Q EDIREM/ COREYIN TEZ HAZ;RLANMA RESEPTINI DEYIN. QATIQLA XEMIR ETMEK OLARMI

  38. Salam. Men Şəkili olduğum üçün tez-tez ovma bişirirəm. Ancaq, mayasız soda və yaxud qabartma tozu ilə . Çox dadlı alınır.Sizin şirin çörək də çox gözəl görünür. Yorulmayasız.

  39. Salam.Men evdar xanimam.Aile uzvulerim sirniyyat xoslayir.Sizin resepti bisirdim,cox dadli alindi.Cox sag olun.Dadli reseptlerinizi gozleyirem.

  40. ela receptlerdi

  41. Salam Feride xanim! Men sizin reseptlerinizi cox beyenirem. Zehmet olmasa mene paxlavanin reseptini göndererdiz. Hörmetle Metanet

  42. zehmet olmasa mene paxlavanin icinde soda olmayan bir resept verin.onceden teshekkur edirem.

  43. MEN YAQLI QOQAL BISIRMEK ISTEYIREM KOMEK EDIN

  44. mende xosladim.bisirerem

  45. HAMININ RAMAZAN BAYRAMINI TEBRIK EDIREM!
    BU SHIRIN CHOREK MENDE SUPERRRR ALINIR HER KESE
    UGURLAR.

  46. Salam feride xanim Men bu shirin coreyi hazirladim super alindi.ushaqlar memnuniyyetle yediler.Bir sheyide qeyd edim ki menim xemirim siyiq alindi yazilandan da artiq un qatdim ne qeder yogurdumsa xeyri olmadi axri bexte-bext xemirin gelmesini gozledim ve bishirdim tam sizin shekildeki kimi alindi.tewekkurler.

  47. Allah sizden razi olsun xanim!Bayrama bisirdim sirin corekden,herkes beyendi super olmusdu,ele bugunde bisirmek isdeyirem hazirlayiram insAllah.

  48. cox beyendim feride xanim ellerinize sagliq

  49. bu gun biwirmek isterdim ama evde maya yoxdu. feride xanim men yoldasima bu gun cox dadli yemek biwirmek isteyirem mene komek etsez sevinerdim

  50. Bisirdim heqiqi lezzetlidi.Tesekkurler

  51. salam zehmet deyilse bildiyiniz sirniyyatlari yazardiz mende bisirerdim

  52. bişirdim görnüşü super ancaq bir az şirin olmadı .ona pesox elave etmek mümkündürmü sag olun feride xanım

  53. Salam Feride xanim.necesiz?men 1ci defedir yaziram.size tewekkur etmek isteyirem.cox gozel reseptlerdir

  54. salam xanim…bagishlayin ….men bu sirin coreyini bu gun bisirdim ..neyse yaxsi cixmadi,,uzu bisir alti bisir amma ici bismir xebir olub qalir niye bele olur xaish edirem mene melumat veresiz…/

  55. ayten xanim men size cavab verim feride xanimda cavablandiracag yaginki ….. demek yanir alti ustu ici ise biwmir bu nazik corek gerek hezin xodla biwsin yani derecesin desek 170 180 derecede budur sirri ayten xanim

  56. Men bu chöreyi çox sevirem 🙂 Mütleq bishirecem!

  57. mendede ele ayten xanim dediyi kimi yaxsi alinmai ici xemir oldu(((pervane xanim dediyi kimi hezin xotda bisireecem bu gun gorek nece alinir.

  58. soda ile omanin nece bisirildiyini bien varsa yazin xahis edirem cox sag olun

  59. Salam, Feride xanim. Bir-iki defe sizin saytnizdan istifade etmisem nese bisirmek isteyende. Ona gore 1-2 defe yox ki, qalan her sheyi bilirem, ona gore ki, men ele ilde 1-2 defe nese bisirirem ve her sheyi yadima salmaqda, yaxud da oyrenmekde sizin reseptleriniz cox komeyime catir. Buna gore size derin tesekkurumu bildirirem ve sevinirem ki, sizin kimi bir xanimimiz metbeximizi lazimi seviyyede teblig edir, hem de bilmeyenlerin nese oyrenmeyine yardimci olur. Cox sag olun. Ishinizde ugurlar!!

  60. ALLAH RAZI OLSUN SIZDEN FERIDE XANIM,BISIRDIM COX GOZEL ALINDI,YUMSAQ VE ICI DE QESENG BISMISDI,ALLAH SIZE VE AILENIZE HIDAYET NESIB ETSIN…

  61. zebrani bisirdik cox dadliydi qonaqlarimizda beyendik/

  62. salam Fəridə xanım.Calışdığım qədər sizin reseptlərdən istifadə edirəm,demək olarki hər kəs bəyənir ailəmdə.TƏŞƏKKÜR EDİRƏM

  63. salam zehmet olmasa kyata receptini yaza bilersiz varsa???cox sagolun

  64. sagolun size cok tesekkur edirem bele gozel reseptler teqdim etdiyiniz ucun anamla men her gun sizi takip edirik ve sizin reseptlerinizi cox beyeniriik cok gozeldi bize lazim olan biri var idi ama o resepti tapa bilmedik xahis ediriik onu bizim ucun cox xahis edirik bize kemale adina sms ile komp da gondere bilersinizmi cox xahis edirik onun adini size teqdim edirem ici kismisli xurmali banan formasinda piojna

  65. Salam Feride xanim. Men sizin saytla tesadufen maraqlanmiwam ve cox xoshuma geldi. Bu zehmetinize gore coooox sag olun. Sizin reseptnen xemir etmiwem ancaq nedense xemir wiwmiyib. Sizce buna sebeb ne ola biler? Mene ele gelir wirnisini cox elemiwem. Evelceden tewekkur edirem.

  66. salam zehmet olmasa badambura reseptin yaza bilersiniz??????????????????

  67. Salam ezizim Feride xanim.eminem ki insallah cox dadli olacag

  68. coo lezzeti gorunur yemek isteyirem hahaha

  69. cox sag olun Ftride xanim nece iller idi ki bu coreyi alindira bilmirdim,Boyuk tesekurler,Bisirdim ve alindi.

  70. Salam, Feride xanim. Bes ovmanin reseptini bilirsiniz? Eger bilirsinizse, paylasha bilersiniz?
    Evvelceden tesekkurler!

  71. Menim anam bisirdi Feride xanim cox dadlidi ellerinize sagliq

  72. Salam Feride xanim.zehmet olmasa mene BELAYA NOCH tortunun reseptini yazardinizda.onceden tewekkur edirem.

  73. Tşkler hanim efendi

  74. Feride xanim cox gozel reseptdir tewekkur edirem.

  75. Salam Feride xanim zehmet olmasa mene yuxa tortunun reseptini yaza bilersiniz?

  76. ne resepti qoyubsuz!!bunlari kim yazib qoyub?
    turk resepleri yazin yaxsi mutleq anlasildimi?

  77. Feride xanim salam mumkunduse markoflu keksin resseptini yaza bilersiz

  78. 4 ədəd sana yağina necə litr süd və yumurta gedir?

  79. gzl

  80. Hazırlıyıram..

  81. Hazırlıyıram..

  82. men bu resepte gore etdim ela alindi tesekkurler

Bir cavab yazın