Best in the World!
Dadlı yemək reseptləri bloqu

Sobada Ətli-Pendirli Makaron

Westgold

Sobada Makaron

Bu gün ət souslu makaronu yeni təqdimatda bişirəcəyik. Makaron sousuyla bərabər soba formasında bişirilir. Üstünə asan əriyən pendir səpildikdə pendir əriyib yeməyə xüsusi təam və gözəllik qatır. Makaronu formadan çıxartmağa gərək yoxdur—elə ondaca süfrəyə verin.

Sobada Ətli-Pendirli Makaron

6 pay üçün

Ərzaqlar:

300 qram asan əriyən pendir (Mən mozarella pendirindən istifadə etdim. İstəyə görə kaşar pendiri, Holland pendiri və bunlara bənzər digər pendir növlərinin birindən, yaxud qarışığından istifadə edə bilərsiniz)
1 paket makaron
4-5 qaşıq Westgold kərə yağı
250 qram çəkilmiş mal əti
1 baş soğan – soyub doğrayın
1 ədəd iri pomidor – doğrayın
2 diş sarımsaq (istəyə görə) – soyub doğrayın
2 xörək qaşığı tomat pastası
Duz, istiot

Hazırlanma Qaydası :

Mozzarella Cheese

Pendiri sürtgəcdən keçirib kənara qoyun.

Sobada Makaron

İri qazana su doldurub bir xörək qaşığı duz atın. Qaynadın. Qaynayan suya makaronu boşaldıb təxminən 10 dəqiqə bişirin (bişmə müddəti makarondan asılıdır—bəzilər tez, bəziləri isə gec bişir). Makaronu süzüb kənara qoyun.

Sobada Makaron

Tavada yağı əridin. Çəkilmiş əti tavaya əlavə edib suyu çəkilənədək bişirin. Soğanı buraya qatın. Qarışıq yağa düşüb bir qədər qızaranadək bişirin.

Sobada Makaron

Pomidor, tomat pastası və istifadə edirsinizsə, sarımsağı əlavə edib, bir neçə dəqiqə bişirin. Duz və istiot vurun. Bir stəkan su əlavə edib qaynadın. Suyun çoxu çəkilənə kimi bişirməyə davam edin. Hazır sous nə çox sulu, nə də çox qatı olmalıdır. Tavanı kənara çəkin.

Sobada Makaron

Soba istisinə dayanıqlı iri ölçülü şüşə formanın (şəkildəki) dibini və kənarlarını yağlayın. Bu cür formanız yoxdursa, adi formada da bişirə bilərsiniz. Makaronun yarısından çoxunu buraya boşaldıb yayın. Üstünə sousu tökün.

Sobada Makaron

Sousun üstünə isə qalan makaronu yerləşdirin. Bunun da üstünə pendiri səpin. Pendirin üstünə bir neçə balaca tikə kərə yağı qoyun. Üstünü perqament kağızı ilə örtüb 200C dərəcəlik sobada 10 dəqiqə bişirin. Sonra perqamenti çıxardıb, onsuz 10-15 dəqiqə, yaxud pendir tamamən əriyib üstü bir az qızaranadək bişirin. Nuş olsun!

 Şərh yazmağı unutmayın! Müzakirəyə qoşulun.

Sobada Makaron

Westgold

Bir cavab yazın

22 Şərh
  1. Bu, əla yeməkdir. Çox dadlı alındı. Sağ olun.

  2. Feride xanim,qiymeli makaroncun ureyim gedir.Bes niye evvelden perqamentsiz biwirmirik?

  3. Salam, Feride xanim. Ellerinize sagliq qeweng gorunur. Eminem ki, cox dadlidi.. Bes burda xususi soba ucun olan makaronlardan istifade etmek lazimdi ya adisinden de olar?

    • Mən adı makarondan istifadə edirəm. Soba üçün makaronun olduğunu bilmirdim sözün düzü. Suda bişdikdən sonra hər növ makaronu sobada bişirmək olar.

  4. Immmm cox dadli alindi Feride xanim tesekkurler))

  5. salam,Feride xanim xow gorduk,coxdandi serh yaza bilmirdim,gozel maraqli resetleriniz var,hemiwe istifade edirem.bir sey maraqlidi amerikada bu qeder west gold yagi hardan tapirsiz?wekilde baxiram butun diger erzaqlar ora istehsali birce yag burdan:)

  6. elamaka\ronu sevirem sobada olaninida xususi ile 🙂

  7. cox gozeldi en sevimli yemeyimdir ellerinize saglik

  8. Yoldawim iwden gelene kimi biwirmek isdiyirem ama evde pomidor yoxdur,2ayliq qizim var onunla bazarliqa cixa bilmirem pomidorsuz biwirsem olar?

  9. lezzetli yemeye oxsayir.Bir bosqab menede gonderinde

    • Feride baci sen ele bil menim sevdiyim yemekleri paylawirsane bizlerle cox sag ol men makoronla yawayiram cox sevirem buu ifrite makaronu coxx….tek men yox ailemde cox sevir…….by*akkuw

  10. Biwirdim cox super alindi,yoldawimda beyendi,cox saqolun Feride xanim

  11. super alindi.cox beyendik

  12. Ela alindi. Mende bisirdim. Cox sagolun

  13. Ela alindi.Tesekkurler.

  14. Men de hazirladim coox dadli alindi.tesekkurler Feride xanim…

  15. Çox gözəl oldu! Sagolun Fəridə xanim. Amma tamat siz dediyiniz kimi 2 qaşıq tokende turş olur.

  16. Bishirirem mende.cox saqolun resepte gore.

Bir cavab yazın