Best in the World!
Dadlı yemək reseptləri bloqu

Təndir Çörəyi

tandoori bread

Mən Bakıdaykən, mənə, “Ay Fəridə, dur bir çörək bişir” deyən olsaydı, yəgin ki, gülərdim və deyərdim ki, “Çörək bişirməyə nə gərək var, odur e, dükkanlar, bazarlarda çörəkdən çox çörək var, heç əziyyətə dəyər?”  Sən demə, bəzi vaxtlarda dəyər. Bunu Kaliforniyaya gəldiyimdə burnumun ucu Azərbaycan çörəkləri üçün göynəməyə başlayanda başa düşdüm, özü də nə az, nə çox, təndir çörəyi üçün. Düzdür, burada müxtəlif növ çörək tapmaq olar, amma Azərbaycanda bişirilən təndir çörəyini nə qədər elədim, tapa bilmədim. Odur ki, qərara aldım artıq çörəyimizi özüm bişirim.

Həyatımda ilk dəfə bişirdiyim çörəyin şəklini bu yazının əvvəlində görürsünüz. Sizcə necə alınıb? Düzü, burada təndir olmadığından mən bu çörəyi sobada bişirirəm, amma görüntüsü təndir çörəyini xatırlatdığı üçün onu elə təndir çörəyi adlandırıram. Təndir çörəyinin üstünə heç nə səpməsəniz də olar.  Amma mən üstünə ya xaş-xaş, ya da küncüd səpirəm  – bu, çörəyə həm ləzzət, həm də iştah-açan görünüş qatır.

Buyurun, bu da mənim sobada bişirdiyim Təndir Çörəyi.

Çörəyiniz hemişə bol olsun!


TƏNDİR ÇÖRƏYİ

1 çörək üçün

Ərzaqlar

1 paket (7 g) quru maya
1 ½ stəkan (375 ml) ilıq su
1 çay qaşığı duz
3 stəkan (450 g) əla növ un
1 yumurta sarısı, səthi üçün
1 çay qaşığı xaş-xaş və ya küncüd

1. Bir kasaya ilıq su qoyub, quru mayanı bu suda həll edin.

2. İri kasaya unu ələyin. Duz əlavə edib qarışdırın. Sonra una mayalı sulu əlavə edib əlinizlə qarışdırın.

3. Alınan kütləni az unlanmış masa və ya taxtaya qoyub, təxminən 8-10 dəqiqə ərzində xəmir yoğurun. Hazır xəmir elastik və hamar olmalı, və çəx bərk olmamalıdır.

4. Xəmirə kündə şəkli verib, kasaya geri qoyun. Üstünü dəsmalla örtüb xəmirin gəlməsi üçün isti yerə qoyun.

5. Xəmir təxminən  1 ½ – 2 saata gələcək.

6. Gəlmiş xəmirin üstünə əlinizlə basın ki, yığılmış qaz çıxsın.

7. Masa və ya taxtaya bir az un səpin. Əvvəlcə xəmiri əlinizlə yastıladıb, ona oval şəkli verin. Sonra isə ovalın bir küncündən başlayaraq, oxlovla xəmiri 1.3 cm qalınlığı, 35cm uzunluğu və 20cm genişliyi olan ovala açın.

8. İri listin üstünü bir az yağlayın və un səpin (əgər altı-yapışmaz – non-stick – listdən istifadə edirsinizsə, onu yağlamağa gərək yoxdur). Yaydığınız xəmiri ehmallıca listə yerləşdirin.  Qoyun xəmir listdə 15 dəqiqə istirahət etsin.

9. Sobanı 200C-dək qızdırın.

10. İti bıçaqla xəmirin üstündə dayaz ala-çarpaz zolaqlar edin (şəkildə gördüyünüz kimi). Çörəyin səthinə yumurta sarısı sürtüb, xaş-xaş və ya küncüd səpin.

11. Qızdırılmış sobanın orta rəfində 20-25 dəqiqə ərzində, və yaxud üstü qızaranadək bişirin.

Nuş Olsun!

Bir cavab yazın

107 Şərh
  1. Cox sagolun Feride Xanim! Reseplerinizden istifade ederek cox gozel yemekler bisirirdik bu defe de corek bisirmeyi yoxlayacam. Gorum sizinkisi kimi gozel gorsenir 🙂

  2. COX SAG OLUN FERIDE XANIM! ISTAHIM DUSDU COREYE.SABAH BISIRIB DADINA BAXACAM.

  3. ellerine sagliq!!!!!!! cox-cox gozeldir!!!!!!!!!

  4. cox sagol dogurdan mende darixiram Azerbaycanin coreyi ucun

  5. Feride 48 yashim var,amma yeri gelende senin kimi balacalardanda ne ise oyrenmek adama lezzet verir.ELLERINE SAGLIQ,teshekkurler!!! menim qizimda kaliforniyada oxuyur.yemeklere heveslidir,bir az tenbeldir.

  6. AYGUN, FIRA, TARANA, SLADKOYEWKA, tesekkur edirem serhinize gore.

    TARANA Xanim, xosh geldiniz. Sevinirem ki, saytimdan yararlanirsiniz. Hemise qonaghim olun.

  7. Sozun acigi corek bisirmeyi bacarmiram amma bu coreyi gorende asa oldugunu anladim.Feride xanim men sizden xeyli seyler oyrendim .Buna gore size tesekkur edirem.

  8. salam Feride xanim…
    cox sagolun tariflere gore… men teze bildimki bela bir sayt var…
    xalam gizi gonderib mene… cox sevindim… sizin coreginizi gordum lap acdim:))))))) sizin bu faaliyyetinize ugurlar olsun… ellerinize sagliq… bir sualim var size siz hansi undan istifade edirsiniz?

  9. AFAQ, xosh geldiniz. Burani beyendiyize sevindim. BU choreyi men burda BREAD FLOUR adlanan unla bisirirem, yani CHOREK UNUyla. Agh, ela nov bugda unudur.

  10. cox sagolun aperativ cavablara gore…

  11. mene yaya yemekleri reseptleri vere bilersinizmi

  12. mene yay yemekleri reseptleri vere bilersinizmi eger vere bilersinizse sabaha e-mailime gonderin zehmet olmazsa

  13. HEQIQET: Yay yemekleri deyende deqiq neyi nezerde tutursunuz? Teessufle demeliyem ki, ferdi sekilde resept gonderme imkanim yoxdur. Bloqu izleyin, yeni reseptler olacaq.

  14. Bakida olarkan hec menimde aglima gelmezdi ki corek bisirem,amma bu Koreyada yemeye nomal corek bele tapmaq olmur(cunki yoxdu)…Men de ozum bisirirem amma 3 stekan una quru maya 1 c/q yarsi qeder vururam.Amma sizin reseptde 1 paketi tam basa dusmedim? Bu qeder cox olmaz ki?

  15. TURKAN: burda satilan maya paketinde 7 qram maya olur. Orda nece satilir bilmirem. 7 g texminen 2 cay qashighidir.

  16. Reseptə gorə sag olun! Bilirsiz ne uchun men de təndir çörəyinin reseptini axtarirdim? Çünki, mən də Kaliforniyada milli çörəyə və lavaşa darixmişam.
    Özu qalxan unan istifadə etmisiz? Burda satilan maya nece adlanir? Hansi sheherdesiz?

  17. ZAUR: Xosh geldiniz. Ozu qalxan undan istifade etmisem, amma bu reseptde deyil, bu reseptde olmaz cunki burada maya olmalidir.

    Burdaki mayalar DRY YEAST adlanir. Men Long Beach seherinde yasayiram.

  18. Bizde chorek mashini var unu suyu droju duzu ves atiriq ichine ozu yogurur bishirir.eziyyeti o chekir bizlik bir shey yoxdu.
    Amma tendir choreyinin yerini hech ne vere bilmez onun etri bele adami bihush edir.chox sag ol

  19. Feride xanim,

    7g mayani qashiqla nece muqayise etmek olar? mende maya iri qutudadir, ona gore nisbeti teyin ede bilmirem 🙁

    ~Nargiz

  20. NARGIZ: 2 1/4 chay qashighi.

  21. Cox sagolun FERIDE XANIM:Mene cox lazim idi bu resept.Men 1 il olacaq aile qurmusam.Inanmirdim ki ne vaxtsa mene yemmek bisirmek lazim geler.Hele ustelik Cörek.Axi butun dukanlar da var sukur.Ama ALMANIYA-ya geldikden sonra siz demis lap qürbetde öz creyimizin qoxusuna bele hesret qalmisdim.Bu resept lap yerine düsdü.Size tesekkür edirem…….

  22. AYAN: Aile qurmaniz munasibetile sizi tebrik edirem, cxoshbext olun. Resepte gore deymez. Nush olsun:)

  23. CANIM FERIDE BACISKOM INDI COREYIN XEMIRIN ELEMISEM.AMMA MEN SU YERINE SUDLE ELEDIM.INDI GOZLEYIREM KI IKI SAAT KECSUN KI, XEMIR OZUNE GELSUN SORAM BISIRIM.BU ARADA ALLAX SENE CAN SAQLIQI VERSUN.SEN OLMASAYDUN NEYNIYERDIIM MEN.QIZIM MENE DEYIR KI MAMA BU YIMEKLERI SEN BISIRIRSEN YA FERIDE XANIM?:))) SENI OPUREM .!!!

  24. SUZY: Umid edirem ki, corek lezzetli alinar. Sudle de yaxsi olar. HEtta bir az su, bir az sud daha yaxsi olar. Qizinin yanaghimdan op menim adimdan. Feride xalasi nush olsun deyir:)

  25. Ozum corekciyem,corek istehsal edirem.Istenilen coreklerin hazirlanmasini praktiki izah ede bilerem.Bir de ki,xanimin coreyi tendir yox,adi soba coreyidir.Tendir yalniz horulmush tendirde YAPILA, veya kurede bishe biler…..

    Hormetle Mansur

  26. Salam Feride xanum! Reseptler uchun teshekkur. Gelen ay toyumdu amma men hele hechne ishire bilmirem. Sizin reseptlerinez mene chox komek oldu. Opurem sizi.

  27. slm feride.neceseiniz?men sade rulet resepti isteyirem.eger mumkunse menim icin yazin..xoslayiram ev ruletlerin.onceden size minettdaram.bakidan size saygilar sevgiler:))

  28. Salam Feride xanim! Çörək reseptiniz diqqətimi cəlb etdi. Men de çörəyi evdə bisirməyi xoşlayiram. Amma çörək maşininda. Heç əldə bişirməmişəm. Birinci dəfə cəhd edəcəm( mənə uğurlar diləyin). Xəmiri yoğurmuşam. Görək necə alinir. Ətrafli izahınız üçün dərin təşəkkürlər. Hələlik!

  29. Çörəyin ətri bütün evə yayıldı. Evdəkilər də çox bəyəndi. Ordubad pendiri ilə çox ləzzətli oldu. Yeriniz məlum. Bircə mərzə-batırınc çatışmırdı.

    Süfrəniz çörəksiz olmasın.

  30. vallah onu etiraf edimki cox cox şişdim bu çöreyi görən kimi,heyif elimdendə gəlmir,gərək bir dənəyim baxım,çox çox sag olun bizləri belə həvəsləndirdiyiniz üçün allah razı olsun.

  31. Bir daha salam.!!!!
    Inanki gece saat 04:17 – di .!!!!!
    Ellerinize salik nece deyerler nenem kimi bishirmisiz.!!!

  32. salam feride xanim xais edirem slayonu xemirin reseptini yazardiz sag olun

  33. salam feride xanim sizin yerlesdirdiyiniz reseptlere gore cox tesekkur edirem.men teze aile qurmusam yoldasimla dubayda yasayiram. buranin coreklerine yeye bilmirem,ekseriyyeti sirin olur.bunu mutleq bisirecem.coreye gore teze duxovkada almisiq 🙂 hemise evde anam bisirdiyine gore bezi yemekleri tam bisire bilmirdim.sizin reseptleriniz sayesinde bisire bilmediyim yemekleride bisirirem.cox cox tesekkurler

  34. Salam Feride xanim, chox teshekkurler reseptlere gore, ayrica bir teshekkur de bu reseptleri nece gozel, aydin izah etmeyinize gore edirem. Kanadada yashayiram, men de yeni aile heyati gurmusham, sizin reseptlerle ailemi feyziyab edirem. Yeni yeni reseptler gozleyirik her zaman sizden!!!

  35. Salam Feride xanim, lezzetli reseptlerinize gore size cox minnetdaram.men bugun bu coreyi pishirdim ve size bir sualim var.corek quru alindi ama bir az soyuduqda yumushaldi,bu normaldi?

  36. cox uzur isdeyirem birde bir sualimda olacax size.supermarketden napalieon tortu ucun ,,sloyenni testa,,,aldim ve duxovkanin vintilasiya proqraminda qalxmadilar,mumkunse bir meslehet vere bilersiz?evvelceden cox minnetdaram

  37. axi niye mene cvb yazmirsiz?:((((((((((((

  38. VENERA21: Corek eslinde quru alinmamalidir. Alti bir qeder quru ola biler, amma ici yumusaq. Sonradan yumusaldisa, problem yoxdur mence. Diger sualiniza cavab: Ventilasiya proqrami nedir, onu basa dusmedim. Xemirin sismemesi ya onun kohne olmasindan ireli gele biler, ya da ki sobanin yaxsi islememesinden.

  39. Cavabiniza gore size minnetdaram Feride xanim.cox cox sagolun.yeni ayle qurdugum ucun sobada yenidi mence birinci variant daha duzgun ola biler.birdaha tshk

  40. selam,eslinde bu dogrudan da soba çöreyidir,9il erzinde defelerle çörek bişimişem,çünki bizimkiler dükan çöreyi yemirler.hele deseniz kürede bele çörek bişirmişem.ama bir şeyi qeyd etmek isteyirem,evde çörek bişirerken mayasini az götürün meselen 1kq una texminen 3q maya yeter,ve en esasi xemir isti yere qoyulmalidir.indi ise ekmekpişirici makinem var.ama heç bir şey el ile edilenin yerini vermez

  41. Salam Fəridə xanım ! Mən də burada, İtaliyada, tez-tez “təndir”çörəyi bishirirm. Mən mayanın içinə bir az səkər tozu ələvə edirəm. Və hahiş edirəm, diqqətlə baxın, məncə su miqdarında səhf var : su (75ml) yox, (375 ml) olmalıdır.
    Çox böyuk hormətlə Tahira xanım.

    P.S. Səhflərimə qörə baqıshlayın,mən rusdilli azərbacanlıyam.

  42. TAHIRE: Cox sag olun sehfi tapdiginiza gore. Reqemin birini yaddan cixartmisam:) Cox sag olun. Indi yerindedir.

  43. Minnətdaram

  44. Men bir nece defe bisirdim amma men de alinmir, guru ve nazik cixir cörek ((( Zehmet olmasa meslehet verin…

  45. SEVA – Xəmirin yaxşı gəlməsi lazımdır. Amma diqqət yetirin ki, xəmir qıjqırmasın, onda sobada şişməz

  46. Cox sag olun Feride xanim..

  47. chox gözel , men bu choreyi yapacagam.
    Sag olun ve sagligda qalin
    dr. eyyub Qanei

  48. AZERBAYCANdan KALIFORNIYAya ateshin salamlar.FERIDE xanim cox teshekkurler gozel-gozel receptlere gore,zehmet olmasa mumkunse SHUBA salatinin receptini bilmek isterdim,evvelceden teshekkurler.

  49. yaxsi reesept yoxdu turk paxlavasi olsa yaxsi olar ???????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????>>>>>>>>>>>>>>>

  50. salam feride xanim cox saqolun corek reseptine gore tesekkur edirem.

  51. feride xanim her defe yeni resept yerlesdirende tez bisirirem cox lezzetli aliir.amma coreyi 2ci defedi isrirem sismir quru olur(((( neyniyim men herseyi duz edirem.xemir sizinki kimi acimasdi((sismemisdi

  52. REYHAN – Çörəyin xəmiri gəlmədisə, çörək də şişməz. Səbəbləri müxtəlif ola bilər – köhnə maya, və ya xəmiri soyuq yerə qoyursunuz.

  53. mence xemiri isti bukmemisem cunki xemiri goturende soyuq idi.1defede prob edecem alinana kimi el cekmeyecem ))) cavablandirdiginiz ucun tesekkur edirem

  54. Reyhan,man da moskvada yasayiram corayi ozum bisiriram.cox yaxsi alinir.San calis xamiri 1az iliq isti yox ha su ila yogur qoy yaxsi galsin sonra lista yay yarim saat kimi saxla amma utunu ortulu saxlaki xamir gala bilsin.xamiri alinla yaysan daha yaxsi olar.cox basmadan.yungulvari harakatlarla yay.ustunu yumurtala bicaqla kasma cangalla 3-4yerdan desdakla qoy bissin ala alinacaq.bisandan sonra da ustunu aciq qoyma tamiz dasmalla buk.yumsalacaq.ugurlar!

  55. Farida Xanim,siza da ayrica cox sag ol Deyiram.har seyi bela aciq aydin izahli yazdiginiza gora.salat reseptlarinizi artirsaniz cox yaxsi olar.1da stakaninizin saklin istamisdim sizdan mumkun olsa.

  56. VUSALE V cox sag olun meslehetiniz ucun.mende moskvada yasayiram)))

  57. salam FERIDE xanim.men tesadufen girdim bu sayta. mende moskvada yasayiram burda duzu cox satilir lioshkalar.coxunuda ermeni liposkasi adlandirirlar deye almiram.yeni tendir corekleri.ozum cox gozel yemek ve shirniyyatlar hazirlayiram her zamanda yenileriylede maraqlaniram.bugun sizden goturduyum corek xemirini etdim duzu hec corek bisirmemisdim .bisirdim kelem dolmasi sarmisaq qatiqla yoldasimla yedik .cox gozel cixdi.tesekkurler!thanks.merci beaucoup!!!!!!!!!!

  58. Moskvada qatigi hardansa hazir alirsiz?????????

  59. uraaaaaaaa axirki alindi )))sekildeki kimi qeseng alindi dadinada soz ola bilez hem sisdi xemrim hemde corek yum yumusaq tesekkurler!!!

  60. VÜSALƏ: Mənim istifadə etdiyim stəkan ölçü stəkanıdır. Eyniylə çaşka dediyimiz qədər tutur.

  61. vusale n_ moskvada qatiqi hazir almiriq.sud alib ozum qatiq hazirlayiram.sudu qaynadib azca qatiq atib yeni maya isti uyerde bukurem ve 5 -6 saata gatiq gelir.

  62. VUSALE_ men burda 1maqazinde gormusem katik yaizilir ustune cox daddidi.

  63. Reyhan…..Siz hansi maqazinda gormusuz mumkunsa yazin hansi tarafda??????o yaqin turkarin istehsalidi dadli olar…
    Nura……….man da sud alib ozum caliram Amma Azarbaycandaki qatigin yerin vermir.
    Farida Xanim……cavaba gora tasakkurlar.man bildiyimiz xrustal stakandan istifada ediram.uygundu sizin olculariniza?????

  64. Reyhan mumkunsa cavab yazarsiz.qatigi harda gormusuz hansi magazada?????tsk

  65. Salam,Fəridə xanim.Necəsiniz?
    Mən artıq bir neçə müddətdir ki,sizin bu yeni və gözəl saytinizin daimi oxucusuna çevrilmişəm.Bu gun isə,sizin təndir çörəyi ilə bağli verdiyiniz bu gozəl menyunu diqqətlə oxudum.Deyə bilərəm ki,tərkib və görünüşcə çox bəyəndim.Lakin,məsləhət görərdim ki,saytınızın daha da gözəl və maraqlı olması üçün əsil təndir və əsil tandir çörəyinin şəkillərini əlavə edəsiniz.
    Hörmətlə,saytinizin daimi oxucusu Anar.

  66. VUSALE – taqanskiy rayonda orda nijeqorodskiy passaj boyuk herflerle SPAR yazilib maqazinin ustune.var orda satilir katik yazilir ustune.1de basqa yerde var adresii deqiq oyrenib yazaram size

  67. Cox sag olun.tasakkurlar.imkan olsa yazarsiz digar adresida.Ora 1az uzaqdi mana.hec alib istifada elamisiz?bakidKinin yerin verir?garak mutlaq tapam o qatigi. Tasakkurlar…….

  68. VUSALƏ N – Qatığı evdə hazırlamaq gedib onu uzaq yerdən almaqdan asandı:) . Resepti RESEPTLƏRdə var. Ev qatığı ləzzətli olur.

  69. Farida Xanim,maslahatiniza gora cox sag olun.artiq besinci ildi moskvadayam va muddat arzinda qatigi evda hazirlayiram.Amma bilmiram Orda siz tabii inak sudu tapirsiz ya yox burda hazir paketlardaki suddu.onun da qatigi cox tez qicqirir.hec bir hafta Qalmir.bu yaxinlarda yoldasim bazardan guya tabii sud tapib coxlu qaynadib istifada elayiram.Amma bizim AZarbaycanin qatiginin yerin vermir.onuncun dedim balka hazir alsam yaxsi olar?birda tamizlik masalasi var……bela…..cox sag olun..tasakkurlar!!!!!

  70. Salam necesiniz Feride xanim?cox sag olun…minnetdaram bu resepte gore.amma zehmet olmasa gobelekle elaqeli yemek vere bilersiniz?

  71. VUSALE- salam neceesiz?? азбука вкуса maqazini yeqin gormusuz moskvada coxdu her rayonda var sizin qaldiginiz yerdede olar .orda satilir.cox daddidi esl baki qatigidi)))

  72. Cox sag olun.siz necasiz?Aaaa Azbuka vkusa var yaxinliqda baxaram.cox sag olun.tasakkurlar!!!!!!Yaxinlarda Insallah bakiya gediram.yeyaram Orda coxlu.Yeriniz malum.

  73. mende yaxsiyam cox sag olun.ne yaxsi sevindim ))) alib coxlu yeyrsiz)))insallah sag salamat.mende yayda gedecem

  74. Cox sag olun.Neca yasiniz var?sohbatlasarik Amma neca muraciat edim bilmiram.manim 29du.

  75. menim 22)))

  76. moskvanin harasinda olursuz???

  77. Biz recnoyda.siz???ailalisiz?usaginiz var???

  78. biz vixinoda.he aileliyem 1 qizi 1 oglum var bes siz

  79. Manimda bir qiz bir oglum var…
    ha siz bizdan cox uzaqsiz.siz moskvanin bir basinda biz o biri basinda……

  80. allah saxlasin.he eledir uzaqdir(((

  81. cox byendim,tewekkurler

  82. salam necesiz? zehmet olmasa slayonnu xemirin hazirlanma qaydasini yazardizde evvelceden tesekkurler

  83. SALAM FERIDE XANIM ELLERINIZE SAGLIQ, COOX GOZEL RESEPTLERDIR. BURDAN OYRENIB YOLDASIMA HAZIRLAYIRAM COOOX BEYENIR. MENDE COX SEVINIREM SIZIN SAYENIZDE. FERIDE XANIM MEN BU COREKDEN 4 DENE BISIRMEK ISTERDIM BIR DEFEYE NE QEDER EERZAQLAR LAZIM OLDUGUNU BILMIREM. ZEHMET OLMASA YAZINDA DEQIQ MEN BILIM. COX SAGOLUN

  84. RUSKA – Ərzaqların sayını 4 dəfə artırın.

  85. Salam 🙂 Bir muddetdir Kanadada yasayiram, muxtelif cur corek aliram amma adet etdiyim corek kimi deyil hec biri. Bu gun sizin reseptden istifade ederek ozum bisirmeye qerara aldim. Yemek bisirmeyi yeni oyrenirem, ve ilk defedir xemir yogurdum. Cox yapishqan alindi xemir, bu normaldi yoxsa yox? Bu coreyi tendir corek formasinda degil “baton” formasinda bisirmek olar? Teshekkur edirem! Bloqu izlemeye davam edeceyem! Size ugurlar! 🙂

  86. Feride xanim sizde soba qaznandi? Mende ustu spiral alti qazdi.

  87. REYHAN – Üstü də altı da spiraldır.

  88. Salam Farida xanim corayiniz bol ruzili barakatli olsun!

  89. tez tez edirem cox dadli olur tewekkurler.

  90. ela biz de isde bele bisiririk

  91. salam Feride xanim! hemishe sizin reseptinizle bishirirem ela alinir. ama bu gun nedense xemir qabarmadi, qalxmadi. her zamanki kimi eledim ama nedense alinmadi. sebeb ne ola biler? ve qabarmamish xemiri neylemek olar?

  92. ŞƏBNƏM, ola bilər maya kefiyyətsiz,köhnə olub. Yaxud xəmiri ya soyuq,ya da çox isti yerdə saxlamısız. Ona görə də xəmir qabarmaya bilər.

  93. inanilmaz lezetli daha baska neise bilirsinizse yazin

  94. Salam Feride xanim!resepte gore teshekkur!cox gozel alindi. Sadecd men xemiri dincelmeye qoyanda xemirim sizinkinden cox shishir

  95. Fəridə xanım sizə minnətdaram.Bişirdim çox dadlıdır

  96. salam feride xamin.sizin reseptlerden cox faydalaniram men de.cox sag olun.men de qurbetde yashayiram ve diger xanimlar kimi men de burda chorek bishirmek mecburiyyetinde oldum,xususi ile ushaqlarim uchun,cox hevesle yeyirler ev choreyini.amma bir sualla muraciet etmek isteyerdim size mumkun olsa mene cavab yazardiz bu barede.menim bishirdiyim chorek niye gorese bishdikden sonra berk aliir.butun siz yazdiginiz tarifle bishirirem,niye bele alinir bilmirem.evvelceden teshekkurler.

  97. Salam Feride xanim sobanin derecesinide yazsaniz cox sevinerem, mende qurbetde yasayiram, Azerbaycan coreklerinden otru burnumun ucu goyneyir ozum ilk defe bisirmek isteyirem, gorum nece olacaq, birde xahish edirem sobanin derecesini yazardiniz

  98. SEVİNC – Dərəcə reseptdə qeyd olunub, mənbə 9.

  99. Resepte gore cox sag olun. tezlikle bunu yoxlamaq isteyirem. cunki men de Amerikada yasayiram ve hele de burdaki coreklere oyrese bilmemisem.deyeen hec vaxt da oyrese bilmeyecem:) Oz coreklerimiz ucun cox darixiram.Br nece defe corek bisirmisem amma hele ki tutuzdura bilmemisem…:(

  100. Salam Feride xanim. Mende bu resepte esasen bishirdim, amma nedense chorek kopub qalxmadi.

  101. RAMİLƏ, xəmirin köpüb qalxmamasına otağın tempraturu da, ona qatılan ərzaqların qədəri və isti-soyuqluğu da təsir edə bilər.

  102. Xahish edirem,badamburanin reseptini de burada yerleshdirin.

  103. Salam Feride xanim,
    Sizin saytinizi yeni gordum internetde.
    Coox beyendim, ve hetta sizin reseptlerinizden istifade edib, hem de cesaretlenib, pastet ve paxlava hazirladim 🙂
    size cox minnetdaram.
    bir de bir balaca meslehet, belke de evvelce yazilib serhlerde, amma demak isteyirdim ki, siz coreyi PIZZA Stone-da bishirmisinizmi, o da cox gozel olur.
    Mutleg mana yazin.
    Hormetle Nisa.

  104. salam feride xanim.bacariqli ellerinize sagliq.Allah sizden razi olsun.teze kewf etdim resseptlerinizi.cooox cowuma geldi izahini etrafli yazmisiniz ,menim kimi ilk defe biwirenler ucun coox elveriwlidir.coox sag olun.bu sehifeden cooox wey biwirmeyi duwunurem.

  105. Salam menim sirniyyat sexim var men corek bisire bilen xanim axtariram

  106. Salam,coreyiniz super alinib,esas da qizarmagi eladi,sizden bir soz soruwmaq isterdim,eger zehmet deyilse cavab yazardiz,adi corek reseptine hansi edviyyat vura bilerem? evvelceden tewekkurler.helelik

  107. Salam.Beyendim.Sizin kartof içlikli çpreyin de dadına baxmışam.Ümumiyyetle reseptlerinizi severek yeyirem.

Bir cavab yazın