Best in the World!
Dadlı yemək reseptləri bloqu

Monthly archive for Dekabr 2010

Yeni İliniz və Həmrəylik Gününüz Mübarək!

Əziz dostlar!

Hamınızı qarşıdan gələn Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə ürəkdən təbrik edirəm. Qoy yeni il sizə yalnız gözəl, sevincli günlər gətirsin. Süfrəniz həmişə bərəkətli olsun.

Bu il boyu virtual dünyama, bu səhifəyə gəlib, reseptlərimdən istifadə edib məni sevindirdiyinizə görə, eləcə də yazdığınız şərhlərə və ünvanıma göndərdiyiniz məktublara görə sizə təşəkkür edirəm. Ümid edirəm ki, bunların davamı yeni ildə də olacaq.

2011-ci ildə görüsənədək. Sağlıqla qalın.

Fəridə