Best in the World!
Dadlı yemək reseptləri bloqu

YouTube Kanalım və Sairə

Dostlar, heç istəməzdim ki, sizə bu yazını yazım. 2008 əvvəlində ingilis dilində AZCookbook səhifəsini yaratdıqdan dərhal sonra fikirləşdim ki, azərbaycan dilində niyə olmasın. Axı azərbaycan dilində resurslara ehtiyac var idi, elə indi də var. Və qərara gəldim ki, bloqumu iki dildə yazım. Xeyli vaxt hər şeyi özüm idarə etdim.
Son vaxtlar isə azərbaycancaya tərcümədə bir  neçə gözəl insan mənə könüllü  olaraq kömək edir, sağ olsunlar. Amma bir tərcümə ilə iş bitmir. Bir yazının ərsəyə gəlməsi bloqun arxa planında bir neçə saat boyunca işləmək deməkdir. Bundan həmişə zövq almışam, sevə-sevə etmişəm, amma son vaxtlar  vax sarıdan əziyyət çəkirəm. Yeni proyektlərim var, kitab ideyalarım var. Ona görə bu səhifəyə istədiyim diqqəti ayıra bilmirəm. Bu səbəbdən yeni reseptlərin yayımlanmasını hələlik dayandırmalı olacam.

Ümid edirəm ki, nə vaxtsa fəaliyyətimə geri qayıdaram. Hələlik isə, sayt yaşayacaq və burada köhnə yazıları həmişə oxuya bilərsiniz. Eyni zamanda YouTube Kanalım da var. İngilis dilində olsa da, altyazıları azərbaycanca da verirəm.

Mənim işimi illərdir dəstəklədiyiniz, yazdıqlarımı oxuduğunuz və bəhrələndiyinizə görə hamınıza çox təşəkkür edirəm. Bu bloq sayəsində o qədər gözəl dost qazandım ki, bunu heç nəyə dəyişmərəm. Ümid edirəm ki, “ayrılığımız” müvəqqətidir. Hələlik isə, məni YouTube-dan izləyin, videolarımı paylaşın. Əlaqəmizi itirməyək. İnstaqram Hesabım də var. Bu bloqa yazılan şərhləri oxumağa və onlara cavab yazmağa davam edəcəm. Hər şeyə görə çox sağ olun.

~ Sizi sevən Fəridə

Bir cavab yazın

4 Şərh
  1. Buradaki ve kitabinizdaki reseptlerin hamisini bisirenecen il kecer ? hele dieta dovrlerini de nezere alsaq belke de iller. Narahat olmayin helelik burdakilarla kifayetlenerik. Teki siz Azerbaycan kulinariyyasini dunyaya tanidin ?

  2. Salam bu yazını yazmağı borc bildim telebelik illerimde hemişe sizin reseplere baxırdım etraflı yazdığınıza göre ilk defe etmeyime baxmayaraq qeşeng alınırdı ana evezi olduz teşekkürler…

    • GÜLXANIM – Çox sağ olun xoş sözlərə görə!

Bir cavab yazın