Subscribe
Dadlı yemək reseptləri bloqu
Badımcan Kürüsü (Badımcan İkrası)

Badımcan İkrası (Kürüsü) | AZCookbook.com

Badımcan sevənlər üçün yeni resept! Bu gün sizə Badımcan Kürüsü (Badımcan İkrası) kimi tanınan bir qəlyanaltını təqdim edəcəm. Fikrimcə bu, badımcandan hazırlanan ən ləzzətli yeməklərdəndir. Manqalın üstündə közlənmiş badımcan, ona əlavə olunan pomidor, bibərin qarışımından hazırlanan kürü çörək diliminin üstünə çəkilib yeyiləndə bir başqa təamı olur.

“Bu yeməyə nəyə görə kürü deyirlər? Axı əsl kürü osetrin balığında olur!,” deyə bilərsiniz. Tamamilə doğrudur. Amma əsl kürünün qiyməti baha olduğuna və hamının onu almağa imkanı olmadığına görə, tarixdə bir zaman əsl kürünün “kasıb kürüsü” kimi tanınan əvəzi icad olmuşdu ki, bu da bildiyimiz badımcan kürüsüdür. Həm də ki, kürü adı ona görə də ola bilər ki, badımcanın toxumları bir az balıq kürüsünü xatırladır. Bu yeməyin etimoloqiyasındakı “kürü” sözü də bəlkə də elə bununla bağlıdır.

DAVAMINI OXU

  • İspanaqlı-Pazılı Krostata
    İspanaqlı-Pazılı Krostata
    May 17, 2017 by
    Mənim kimi göy-göyərti və yeməli otları sevirsinizsə, onda bu İspanaqlı-Pazılı Krostatanı çox bəyənəcəksiniz. Krostata nədir deyə soruşa bilərsiniz. Krostata (italyanca yazılışı “crostata”dır) italyan piroqudur və həm şirin, həm də duzlu ola bilər. Bu günkü resept adınızdan başa düşdüyünüz kimi, duzlu piroqdur. Bu krostatanı hazırlamaq üçün əvvəlcə razyana tozumu ilə dadlandırılmış xəmir yayılır və bunun üzərinə ispanaq, pazı və müxtəlif pendirlərdən...
    Read more
  • Balqabaq Mürəbbəsi | AZCookbook.com
    Balqabaq Mürəbbəsi
    May 10, 2017 by
    Bu günkü reseptimiz balqabaq mürəbbəsidir. Düzdür, bu yazını dərc etdiyimdə artıq balqabaq mövsümü qurtarmış olacaq, amma eybi yoxdur, yeni mövsüm uzaqda deyil. Ən çox xoşladığım mürəbbələrdən biri olan balqabaq mürəbbəsi ərik, gilas, gilənar mürəbbəsi kimi çox bilinməsə də, məncə onun digərləri qədər hər süfrədə yer alması üçün yetərli səbəb var. Olduqca ləzzətli mürəbbədir. Balqabaq elə gözəl bişir ki, əzilmədən öz...
    Read more
  • Çuğundur və Almalı Bulqur Salatı | AZCookbook.com
    Çuğundur və Almalı Bulqur Salatı
    May 3, 2017 by
    Bir müddət bundan əvvəl ailəvi dostumuz olan Yasemin xanımın evində qonaq idik. Süfrəni türk mətbəxinin ləziz yeməkləri, məzələri və salatları doldurmuşdu. Hər şey bir kənara, amma bir salat var idi ki, onun dadına doymaq olmurdu ki, olmurdu. Bu, çuğundur və almalı bulqur salatı idi. Çox qeyri-adi təamı var idi salatın. Yasemin xanımın reseptinə əsaslanaraq, o salatı evdə dəfələrlə hazırladım. Həm...
    Read more
  • Keçi Pendirli Qurabiyələr | AZCookbook.com
    Keçi Pendirli Qurabiyələr
    May 1, 2017 by
    Keçən ilin dekabr ayında, Melissa’s Produce şirkətində məşhur yemək yazarı və şirniyyat ustası Dorie Greenspan-nın  yeni, Dorie’s Cookies (Dorinin Qurabiyələri) adlı kitabının təqdimatında iştirak etmişdim. Tədbirdə eyni zamanda kitabdakı reseptlərdən hazırlanan bir neçə şirin və duzlu qurabiyə hazırlanmışdı. Tədbirə gələn qonaqların çoxunun əli şirin qurabiyələrə uzandığı halda, mənim gözüm daha çox duzlu qurabiyələrdə idi, çünki adətən duzlunu şirindən üstün tuturam. ...
    Read more
  • Fəsəli | AZCookbook.com
    Fəsəli – Sadə və ya Ədviyyatlı
    Aprel 26, 2017 by
    Bir müddət əvvəl yemək dərslərimdən birində bir neçə başqa yeməklə yanaşı, gələnlərə Azərbaycan mətbəxindən fəsəlinin hazırlanma qaydasını göstərdim. Dərstə iştirak edən amerikalılara bu çörək növünün həm tərkibi, həm hazırlanma texnologiyası, həm də dadı çox maraqlı gəldi. Bu resept mənim Amerikada nəşr olunan Pomegranates and Saffron: A Culinary Journey to Azerbaijan adlı kitabımda da yer alıb. Fikirləşdim ki, kitabı əldə edə...
    Read more
  • Darçınlı və Kişmişli Babka | AZCookbook.com
    Darçınlı və Kişmişli Babka
    Aprel 21, 2017 by
    Bilirəm. Çoxdandır azərbaycan dilində resept paylaşmıram. Məni bağışlayın. İki dildə bloq yazmağın çətinliyi ilə üzləşdiyimdəndir səssizliyim. Və sonra imdadıma gözəl insanlar gəldi – Dilarə Vəliyeva və Səbinə Quliyeva adlı iki könüllü tərcüməçi. Bundan sonra tərcümələri onlar edəcək və mən onlara bu təmənnasız dəstəklərinə görə çox minnətdaram. (Fürsətdən istəfadə edərək, əvvəlki tərcümələrimdə mənə kömək edən Şəhla Əliquliyeva, Gülər Abbasova, Əsmər Eyvazova...
    Read more
  • Pomidor Çığırtması (Pomidor-Yumurta)
    Pomidor Çığırtması (Pomidor-Yumurta)
    Avqust 18, 2016 by
    Türkiyədəki menemenin, Yaxın Şərqdəki şakşukanın (deyilənə görə vətəni Şimali Afrikadır) bizim pomidor çığırtması, yaxud pomidor–yumurta ilə nə əlaqəsi var? Bütün bu yeməklərdə pomidorla yumurta bir-biri ilə çox gözəl ahəng təşkil edir. Şakşuka və menemendə pomidordan başqa soğan və bibərdən də istifadə olunur. Ancaq bizim pomidor çığıirtmasında belə deyil. Yüngül nahar, yaxud şam yeməyi üçün hazırlamağa öyrəşdiyimiz pomidor çığırtmasını son zamanlar yaxşı milli restoranların səhər yeməyi menyusunda da...
    Read more
  • Nanə Qurusunun Hazırlanması
    Nanə Qurusunun Hazırlanması
    Avqust 15, 2016 by
    Əlinizə bol nanə düşəndə mütləq qurudun və saxlayın. Çünki quru nanədən mətbəxdə çox istifadə olunur. Bol ehtiyatınızın olması çox vacibdir. Quru nanədən mən Azərbaycan və Türkiyə mətbəxindən olan yeməklərin hazırlanmasında çox istifadə edirəm. Bu ətirli yarpaqları şorba və salatlara səpə bilərsiniz,  küftə bişirəndə ətə qata bilərsiniz, dolmanın içliyinə vura bilərsiniz və ya qara çay yarpaqları ilə yanaşı çaynikdə dəmləyə bilərsiniz....
    Read more
Səhifə 1 - 2501234...10...Son »