Subscribe
Dadlı yemək reseptləri bloqu
Fəsəli  - Sadə və ya Ədviyyatlı

Fəsəli | AZCookbook.com

Bir müddət əvvəl yemək dərslərimdən birində bir neçə başqa yeməklə yanaşı, gələnlərə Azərbaycan mətbəxindən fəsəlinin hazırlanma qaydasını göstərdim. Dərstə iştirak edən amerikalılara bu çörək növünün həm tərkibi, həm hazırlanma texnologiyası, həm də dadı çox maraqlı gəldi.

Bu resept mənim Amerikada nəşr olunan Pomegranates and Saffron: A Culinary Journey to Azerbaijan adlı kitabımda da yer alıb. Fikirləşdim ki, kitabı əldə edə bilməyənlər üçün resepti burada paylaşım. Həm də ki, kitab ingilis dilindədir axı.

Fəsəli nədir? Mənim bildiyim fəsəli mayasız xəmirdən hazırlanan qat-qat çörək növüdür. Adi xəmir yoğrulur, oxlovla nazik açılıb, səthi ya ərinmiş kərə yağı, ya da ki, ədviyyatlı kərə yağı ilə fırçalanır, sonra rulet kimi bükülür, burulur, iki tərəfindən büzülərək yumrulanır, yenidən yastılanır və sac ya da ki, tavada bişirilir.

DAVAMINI OXU

  • Mütəkkə (Mutaki) | AZCookbook.com
    Mütəkkə (Mutaki)
    İyun 9, 2017 by
    Bu hilli-qozlu mütəkkələr mükəmməldirlər, əsl olmalı olduqları kimi yumşaq, eyni zamanda çox şirin olmayan və hil ətrinin, qozların xırçıldamasının kifayət qədər hiss olunduğu konsistensiyadadırlar. Mütəkkə (rus dilində onu mutaki adlandırırlar) Azərbaycanda çox məşhurdur, xüsusən də Novruz bayramı dönəmində çox bişirilir. Mən mütəkkələri qozla doldurmağı xoşlayıram amma fındıq və badam da ona eyni dərəcədə yaraşar. Bu resepti  bir neçə yemək kursumda...
    Read more
  • Taciksayağı Mərci və Düyü Şorbası
    Taciksayağı Mərci və Düyü Şorbası
    İyun 7, 2017 by
    Bir müddət əvvəl Facebook-da Bakıdakı savadlı və bacarıqlı rəfiqələrimdən biri Aytənin Tacikistana vəzifəyə təyin edildiyi xəbərini aldım. Aytənə yazdım ki, ora mənim görmək istədiyim yerlərdən biridir. Əslində Orta Asiyanın hər yerini görmək istəyərdim. Oranın tarixi, mətbəx ənənələri məni maraqlandırır. Aytən ilə virtual söhbətimizdən sonra əlimi evdəki Samarkand: Recipes and Stories from Central Asia & the Caucasus atdım ki, gözüm Taciksayağı Mərci...
    Read more
  • Razyana və Yerkökülü Yunansayağı Toyuq | AZCookbook.com
    Razyana və Yerkökülü Yunansayağı Toyuq
    May 26, 2017 by
    Vaxtınıza qənaət edib tez başa gələn yemək bişirmək istəyirsinizsə, bu da sizə ideal resept. Razyana və Yerkökülü Yunansayağı Toyuq. Bu resepti burada yaşayan bloqer dostlarım Mary Platis (California Greek Girl) və Laura Bashar-ın (Family Spice) zeytun yağı haqqında hazdıqları yemək kitabında rast gəldim. Bu ləziz yeməkdə yumşaq toyuq əti şirin yerkökü və xoş ətirli razyana soğanağı ilə bərabər bişib, limon...
    Read more
  • Badımcan İkrası (Kürüsü) | AZCookbook.com
    Badımcan Kürüsü (Badımcan İkrası)
    May 22, 2017 by
    Badımcan sevənlər üçün yeni resept! Bu gün sizə Badımcan Kürüsü (Badımcan İkrası) kimi tanınan bir qəlyanaltını təqdim edəcəm. Fikrimcə bu, badımcandan hazırlanan ən ləzzətli yeməklərdəndir. Manqalın üstündə közlənmiş badımcan, ona əlavə olunan pomidor, bibərin qarışımından hazırlanan kürü çörək diliminin üstünə çəkilib yeyiləndə bir başqa təamı olur. “Bu yeməyə nəyə görə kürü deyirlər? Axı əsl kürü osetrin balığında olur!,” deyə bilərsiniz....
    Read more
  • İspanaqlı-Pazılı Krostata
    İspanaqlı-Pazılı Krostata
    May 17, 2017 by
    Mənim kimi göy-göyərti və yeməli otları sevirsinizsə, onda bu İspanaqlı-Pazılı Krostatanı çox bəyənəcəksiniz. Krostata nədir deyə soruşa bilərsiniz. Krostata (italyanca yazılışı “crostata”dır) italyan piroqudur və həm şirin, həm də duzlu ola bilər. Bu günkü resept adınızdan başa düşdüyünüz kimi, duzlu piroqdur. Bu krostatanı hazırlamaq üçün əvvəlcə razyana tozumu ilə dadlandırılmış xəmir yayılır və bunun üzərinə ispanaq, pazı və müxtəlif pendirlərdən...
    Read more
  • Balqabaq Mürəbbəsi | AZCookbook.com
    Balqabaq Mürəbbəsi
    May 10, 2017 by
    Bu günkü reseptimiz balqabaq mürəbbəsidir. Düzdür, bu yazını dərc etdiyimdə artıq balqabaq mövsümü qurtarmış olacaq, amma eybi yoxdur, yeni mövsüm uzaqda deyil. Ən çox xoşladığım mürəbbələrdən biri olan balqabaq mürəbbəsi ərik, gilas, gilənar mürəbbəsi kimi çox bilinməsə də, məncə onun digərləri qədər hər süfrədə yer alması üçün yetərli səbəb var. Olduqca ləzzətli mürəbbədir. Balqabaq elə gözəl bişir ki, əzilmədən öz...
    Read more
  • Çuğundur və Almalı Bulqur Salatı | AZCookbook.com
    Çuğundur və Almalı Bulqur Salatı
    May 3, 2017 by
    Bir müddət bundan əvvəl ailəvi dostumuz olan Yasemin xanımın evində qonaq idik. Süfrəni türk mətbəxinin ləziz yeməkləri, məzələri və salatları doldurmuşdu. Hər şey bir kənara, amma bir salat var idi ki, onun dadına doymaq olmurdu ki, olmurdu. Bu, çuğundur və almalı bulqur salatı idi. Çox qeyri-adi təamı var idi salatın. Yasemin xanımın reseptinə əsaslanaraq, o salatı evdə dəfələrlə hazırladım. Həm...
    Read more
  • Keçi Pendirli Qurabiyələr | AZCookbook.com
    Keçi Pendirli Qurabiyələr
    May 1, 2017 by
    Keçən ilin dekabr ayında, Melissa’s Produce şirkətində məşhur yemək yazarı və şirniyyat ustası Dorie Greenspan-nın  yeni, Dorie’s Cookies (Dorinin Qurabiyələri) adlı kitabının təqdimatında iştirak etmişdim. Tədbirdə eyni zamanda kitabdakı reseptlərdən hazırlanan bir neçə şirin və duzlu qurabiyə hazırlanmışdı. Tədbirə gələn qonaqların çoxunun əli şirin qurabiyələrə uzandığı halda, mənim gözüm daha çox duzlu qurabiyələrdə idi, çünki adətən duzlunu şirindən üstün tuturam. ...
    Read more
Səhifə 10 - 254« İlk...9101112...20...Son »