Nərgizə bənzər yumurta salatı – Nergisleme. Adı ilə diqqətinizi çəkdi? Engin Akının Essential Turkish Cuisine kitabında bu reseptin adına rast gələndə mənim də çox marağımı çəkdi.
Türkiyənin cənub-şərqi bölgəsi Diyarbakırın bu sadə reseptində soyutma yumurta və təzə ətirli göyərtilər istifadə olunur, üzərinə isə acı qırmızı bibər və sumax əlavə edilir. Nergisleme yaz bayramı Novruzda onun gəlişini simvollaşdırmaqla yanaşı, bütün bölgədə piknik yeməyi kimi məşhurdur.
Bu salat öz adını Nərgiz gülündən almışdır, səbəb isə məhz Nərgizin rənglərində – yaşıl, sarı və ağ rənglərdə olmasıdır.
Son şərhlər