Best in the World!
Dadlı yemək reseptləri bloqu

Çoban Salatı (Video)

Çoban Salatı | AZCookbook.com - Feride Buyuran

Türk süfrələrində ən çox rast gəlinən salat Çoban Salatıdır (Çoban Salatası). Bizim evdə o, hər növ əsas yeməyin yanında demək olar ki, mütləq süfrəyə verilir. Xüsusiylə də kabab, müxtəlif ət yeməkləri, plovlarla əla olur. Elə tək başına da, pəhriz salatı kimi də yaxşıdır.

Bu təravətli salatın tərkibində təzə tərəvəzlər, göy-göyərti və əlavə dad üçün zeytun yağı və sıxılmış limon suyu olur.

ÇOBAN SALATININ HAZIRLANMA QAYDASI VİDEODA:

ÇOBAN SALATI (ÇOBAN SALATASI)

4 pay üçün

Ərzaqlar

  • 4 ədəd iri, yetişmiş pomidor, xırda-xırda doğranmış
  • 4 ədəd xiyar, xırda-xırda doğranmış (qabığı qalındırsa soyun)
  • 1 ədəd yaşıl bibər, xırda-xırda doğranmış (nazik, uzun bibərdirsə, miqdarını artırın)
  • 1 ədəd qırmızı soğan, xırda-xırda doğranmış
  • Bolca doğranmış təzə cəfəri
  • Bir az doğranmış şüyüd (mütləq deyil)
  • Duz
  • 3-5 xörək qaşığı extra-virgin zeytin yağı
  • Yarım limonun suyu
  • Bir çimdik sumax (mütləq deyil)

Hazırlanması

  1.  Bütün tərəvəz və göyərtiləri iri qarışdırma qabına qoyun.
  2. Zövqə görə duz vurun.
  3. Zeytun yağı, limon suyu və əgər istifadə edirsinizsə sumax əlavə edin.  Bunların miqdarını zövqünüzə görə artırıb azaldın.
  4. Qarışdırıb süfrəyə verin.

Bir cavab yazın

1 Şərh
  1. Çoban salatına reyhan da doğrayanda dadı cox dadlı alınır. Ellerinize sağlıq. (:

Bir cavab yazın