Best in the World!
Dadlı yemək reseptləri bloqu

Monthly archive for İyul 2011

Zukini Qabağı Salatı

Zukini Qabağı Salatı

Bu salat Türkiyənin Ege bölgələrinə aiddir. Birinci dəfə rəfiqəm Cananın süfrəsində görüb, dadını çox bəyənmişdim. Ondan sonra tez-tez hazırlamağa başladım. Ləzzətli və yüngüldür. Tərifləmək kimi olmasın, amma dadına baxan reseptini istəyir. Siz istəmədən, mən resepti sizə yazıram. Yaxşı qızam da:) Nuş olsun!

Yumru-yumru doğranmış zukinini listə yayın.

Sobada qızardıb, sarımsaq və qatıq əlavə edin.

Zukini Qabağı Salatı

Təxminən 8 pay üçün

Ərzaqlar:

6-7 ədəd sarı və ya açıq yaşıl qabıqlı zukini qabağı (kabaçok)
2 xörək qaşığı un
2 xörək qaşığı zeytun yağı
Təxminən 2 stəkan qatıq
2 diş sarımsaq – təmizləyib, əzin
Zövqə görə duz

Üstü üçün:
Zeytun yağı və şirin bibər tozu və ya narın quru nanə


Hazırlanma Qaydası:

Sobanı 205°Cdək qızdrın.

Zukinini soymadan yumru-yumru döğrayın. 2 iri listə qoyun. Hər listə 1 xörək qaşığı un, bir az duz, və bir 1 xörək qaşığı zeytun yağı əlavə edib, əlinizlə qarışdırın. Zukiniləri listə bir lay şəklində yayın.  Sobada yumuşalanadək, təxminən 20 dəqiqə bişirin, sonra sobanın qızartma (BROİL) düyməsini seçib, zukiniləri üstləri qızaranadək bir neçə dəqiqə bişirin. Sobadan çıxardın.

Zukinilər listdə soyuduqdan sonra, onları bir qaba boşaldın. Əzilsələr, narahat olmayın, belə də olmalıdır, çünki bişmiş zukini yumuşaq olur. Üstünə sarımsaq və qatığı əlavə edib, yavaşca qarışdırın. Soyuducuya qoyun.

Süfrəyə verməzdən əvvəl üstünə bir az zeytun yağı gəzdirib, bibər tozu səpin. Bibər tozunun yerinə, quru nanə də səpmək olar.