Best in the World!
Dadlı yemək reseptləri bloqu

Monthly archive for Yanvar 2014

Kakaolu Keks

Kakaolu Keks

Westgold

Kakolu KeksDostlar, bu gündən etibarən bloqum vasitəsilə tez-tez Westgold yağından istifadə etməklə hazırladığım yemək və şirniyyatları sizinlə paylaşacam. Westgold yağının keyfiyyətini çox bəyənirəm. İlk reseptimi təqdim edirəm. Nuş olsun!

Kakolu Keks

Kakaolu Keks

Ərzaqlar:

200 qram Westgold kərə yağı
5 xörək qaşığı kakao
4 ədəd iri yumurta
250 qram şəkər tozu (1 stəkan + 2 xorək qaşığı)
1 çay qaşığı duru vanil və ya bir çimdik toz vanil
180 qram (1 stəkanda + 1/4 stəkan) əla növ un
1 çay qaşığı qabartma tozu
Şəkər kirşanı (pudrası)

Kakolu Keks

Hazırlanma Qaydası:

Əvvəlcə kərə yağını orta hərarətdə əridib, kənara bir az soyumağa qoyun. Bir qədər soyumuş yağı iri kasaya boşaldıb, üstünə kakaonu əlavə edib, qarışdırın.

Kakolu Keks

Ayrı kasada yumurta və şəkər tozunu mikserlə yaxşıca çırpın. Vanili əlavə edib qarışdırın.

Kakolu Keks

Yağlı-kakaolu qarışıq yumurtalı qarışığı olan kasaya boşaldıb, miskerslə ərzaqlar qarışanadək çalın.

Kakolu Keks

Un və qabartma tozunu da əlavə edib, hamar kütlə alınanadək çalın.

Sobanı 190Cdək qızdırın.

Kakolu Keks

Yumru keks formasının dibinə perqament kağızı sərin. Kakaolu kütləni formaya boşaldın.

Kakolu Keks

Keksi 30-35 dəqiqə ərzində, və yaxud ortasına salıb çıxartdığınız kibrit təmiz çıxana qədər bişirin. Çox bişirməyin, yoxsa keks quru alınar.

Kakolu Keks

Sobadan çıxardıb formasında soyumasını gözləyin. Süfrəyə vermək üçün, keksi formadan çıxardıb, üstünə şəkər kirşanı ələyin.

Kakolu Keks

Westgold