Best in the World!
Dadlı yemək reseptləri bloqu

Şorqoğal

Şorqoğal

Tələsin! Bayram süfrəsinə qoğal çatdırın. Mənim reseptim kimi gecikməyin. Resepti ingilis dilindən azərbaycan tərcümə etdiyinə görə oxucum Gülüzə Heydərliyə təşəkkür edirəm. Bayramınız mübarək olsun!

Sorqoğal

16 -18  ədəd üçün

Xəmir üçün:

1 paçka (2 +¼ çay qaşığı) toz maya
1 stəkan ilıq su
6 stəkan un+ xəmir yoğurmaq üçün də əlavə
2 çay qaşığı duz
1 stəkan süd – otaq hərarətində
1 yumurta
200 qram əridilmiş (ərinmiş deyil) və soyudulmuş kərə yağı

Iç üçün:

2 x/q cirə
2 x/q  razyana
Yarım  ç/q   sarıkök
1 ç/q duz
Bir çay qaşığının dörtdə biri qədər istiot
2 stəkan un
115 qram əridilmiş (ərinmiş deyil) və soyudulmuş kərə yağı

Yağlamaq üçün:

Yarım kilo əridilmiş yağ.

Üstü üçün:

2 yumurta sarısı
1 x/q xaş-xaş

Əvvəlcə xəmir hazırlanır. Balaca bir kasada mayanı ilıq suda həll edib təxminən 10 dəqiqə köpüklənməsi üçün gözləyin.Unu iri qaba ələyin, üzərinə duz əlavə edib qarişdırın. Ortasında bir çökək açıb maya qarışığı, süd, yumurta, və yağıəlavə edin. Əlinizlə bunları qarışdırın. Xəmiri unlanmış taxta (və ya masada) yumuşaq və elastik olana kimi, 10 dəqıqə yoğurun. Xəmir çox bərk olmamalıdır. Əgər xəmir hələ də ılinizə yapışırsa, onda biraz da un əlavə edib yoğurun. Xəmiri iri qaba qoyub üzərini dəsmal ilə örtüb gəlməsi üçün isti yerə qoyun, təxminən bir saat yarımlıq.

Bu müddət içi hazırlayın. Cirə və razyana toxumunu 2 dəq. ətri çıxana qədər qovurun (qovurmaq onların ətrini və dadını artıracaq ama bu o qədər də vacib deyil – onları olduğu kimi də istifadə edə bilərsiz).

Ədvaları həvəngdə döyün. Bir qabda yağdan başqa iç üçün nəzərdə tutulan bütün ərzaqları qarışdırın. Əridilmiş yağı buraya əlavə edib əlinizlə narın umac olana kimi ovxalayın. İç hazırdır. Onu bir kənara qoyun.

Gələn xəmiri yağlamaq üçün yağı hazırlayın – yağı əridin,duz əlavə edib kənara qoyun.

2 iri soba listini hazırlayıb kənara qoyun.

Xəmiri kündələyib 9 bərabər hissəyə ayırın. Hər hissəni kündələyin.

Biraz un səpilmiş taxtada bir kündəni 50 sm.lik  dairə alınanadək yayın.

Yaydıqca arada un səpin ki, xəmir oxlova yapışmasın,yaymaq rahat olsun. Sonra yuxanı oxlov vasitəsilə kənara qoyun.

4 x/q yağı yuxanın üstünə çiləyib əlinizlə yayın. Qalan kündələrli də bu cür yayıb, üst-üstə yığın. Sonuncudan başqa hamısını yağlayın.(hər sonrakı  kündəni  daha kiçik açıb ondan evvəlkinin üstünə yerləşdirib, kənarlarından çəkə bilərsiniz ki, altdakı yuxanın üstünə tam otursun). Indi isə, ehtiyyatla, lay-lay xəmirin kənarlardan tutub diametri 60 sm olana kimi (yaxud da nə gedərsə, o qədər dartın)

Indi isə, iti bıçaqla, xəmirdən 5 sm enində zolaqlar kəsin, sonar isə zolaqları 30 sm. uzunluğunda düzbucaqlara kəsin. Dairənin qısa tərəflərini kəsməyin. Düzbucağın qısa tərəfindən başlayaraq onu rulet şəklində bükməyə başlayın, daha sonar isə içini aşağıda izah edilən iki üsuldan birini istifadə edərək doldurun.

1ci üsul: ruletin bir ucunu büzüb bağlayın, digər ucu açıq qalsın. Barmağınızla ruletin açıqqalan tərəfini oyun. İçi boş konus alınmalıdır.

2ci üsul (bu üsül xəmiri daha da qat-qat edir): Ruleti əlinizdə hər iki tərərfindən tutaraq 3 dəfə burun (paltar sıxan kimi). Sonra əlinizlə basıb yastılayın. Yastıladığınız kökənin içində oyuq açın (göbğləyin papağına oxşar).

Oyuğun içinə bir x.q yarım içdən doldurun. Kökənin uclarını bir yerə gətirib bağlayın. Kökəni əlinizlə diametri 10 sm olanadək yastıladın.

Qoğalları bir-birindən aralı vəziyyətdə listlərə düzün.

Əvvəlcədən sobanı 180Cdək qızdırın.

Qoğalların mərkəzində barmağınızla dəyaz boşluq açıb oraya bir çimdik iç qoyun.Qoğalların üstünə yumurtanın sarısını çəkin və xaşxaş səpin. 40 dəqidə ərzində, və yaxud üstləri qızaranadək bişirin (20 dəqiqə bişdikdən sonra listlərin yerlərini dəyişin). Qoğal soyuduqdan sonra süfrəyə verin.

  • Mimoza Salatı | AZCookbook.com by Feride Buyuran
    Mimoza Salatı (Video)
    Oktyabr 12, 2017
    Bu yazını  24 mart 2009 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ___ Mimoza Salatı qat-qat olub, toyuq əti, müxtəlif bişmiş tərəvəzlərdən və yumurtadan hazırlanır. Qatların arasına mayonezli-xamalı sous sürülür.  Salat Sovet  vaxtlarında Rusiyada icad olunmuşdu, amma...
    Read more →
  • Balqabaqlı Keks | AZCookbook.com by Feride Buyuran
    Balqabaqlı Keks (Video)
    Oktyabr 6, 2017
    Keçən yazımda sizə balqabaq püresinin reseptini yazmışdım. Bu gün isə onu istifadə edəcəyik və Amerikada bu fəsildə çox məşhur olan balqabaqlı keks bişirəcəyik. Bu keksin müxtəlif resepti var, mənim təqdim edəcəyim isə  dəfələrlə sınadığım və mükəmməlləşdirdiyim reseptdir ki, istəyirəm hamınız əla nəticə alasınız....
    Read more →
  • Evdə Hazırlanmış Balqabaq Püresi
    Evdə Hazırlanmış Balqabaq Püresi
    Oktyabr 4, 2017
    Bu yazını  14 noyabr 2014 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). _____ Balqabaq sesonu açıq elan olunur! Şəhərimizin bütün marketləri və bazarlarında artıq boy boy balqabaqlar satışa qoyulub. Tezliklə burada hamı balqabaqlı şirnilər bişirməyə başlayacaq.  Bunun...
    Read more →
  • Mütəkkə (Mutaki) | AZCookbook.com
    Mütəkkə (Mutaki) – Video
    Sentyabr 29, 2017
    Bu yazını  9 iyun 2017 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ____ Bu hilli-qozlu mütəkkələr mükəmməldirlər, əsl olmalı olduqları kimi yumşaq, eyni zamanda çox şirin olmayan və hil ətrinin, qozların xırçıldamasının kifayət qədər hiss olunduğu konsistensiyadadırlar....
    Read more →
  • Çaxoxbili | AZCookbook.com | Feride Buyuran
    Çaxoxbili (Video)
    Sentyabr 26, 2017
    Bu yazını 26 iyun 2009 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ____ Bu gün qonşu ölkə Gürcüstana ləzzət səyahətinə çıxırıq. Çox ləzzətli toyuq yeməyiylə. Adı çaxoxbilidir.  Həyatımda  yediyim toyuq yeməklərindən ən ləzzətlilərindən biridir. Bir qədər bizim...
    Read more →
  • Asan Pendirli Piroq | AZCookbook.com | Feride Buyuran
    Asan Pendirli Piroq (Video)
    Sentyabr 22, 2017
    Olduqca tez hazırlanan bu ləzzətli, içi göyərti ilə dadlandırılmış pendirli duzlu piroqu mütləq sınayın. Bəyənəcəyinizdən əminəm. Bilirsiniz bu resept necə yaranıb? Deməli, bir gün mən türksayağı pendirli poğaça bişirmək istədim, amma təmbəlliyim tutmuşdu. Öz-özümə fikirləşdim ki, niyə mən bunu böyük çörək, ya da piroq şəklində bişirməyim ki? Elə də elədim. İki iri xəmir dairəsinin arasına pendirli içlik səpdim və bişirdim....
    Read more →
  • Yerkökü Salatı | AZCookbook.com | Feride Buyuran
    Yerkökü Salatı – Havuç Salatası (Video)
    Sentyabr 19, 2017
    Bu yazını 29 fevral 2009 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ____ Yerkökü Salatı (Havuç Salatası) Türkiyə mətbəxinə aid olub, oranın süfrələrində ən çox rast gələn salatlardan biridir. Həm vitamin doludur, həm də ki,  olduqca ləzzətli...
    Read more →
  • Yarpaq Dolması (Video) | AZCookbook.com | Feride Buyuran
    Yarpaq Dolması (Video)
    Sentyabr 15, 2017
    Bu resepti 10 fevral 2009 tarixində dərc etmişdim və bu gün yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ________ Bu gün menyumuzda Azərbaycan süfrəsinin ən sevilən yeməklərindən biri olan yarpaq dolması var. Azərbaycan dolmasının özünəməxsus ləzzəti və ğörünüşü var. İçindəki bol-bol göyərti dolmaya gözəl dad və ətir...
    Read more →