Best in the World!
Dadlı yemək reseptləri bloqu

Klassik Yumru Kökələr

Azərbaycanda təndir çörəyi nə qədər məşhurdursa, Amerikada dinner rolls adlanan bu kökələr eyni dərəcədə məşhurdur. Bunları istədiyiniz kimi yeyə bilərsiniz – isti-isti iki yerə bölüb arasına yağ, bal, cem çəkərək də, sandviç və ya hamburqer çörəyi kimi də istifadə edə  bilərsiniz. Və yaxud əsas yeməklərin yanında çörək kimi süfrəyə verə bilərsiniz. Necə dəyərlər, bu qalıb sizin istəyinizə və zövqünüzə. Nuş Olsun!

Klassik Yumru Kökələr (Dinner Rolls)

Williams-Sonoma: Essentials of Baking kitabından adaptə edilmişdir

15 kökə üçün

Xəmir Üçün:
1 paket (2+1/2 çay qaşığı) quru maya (active dry yeast)
1/4 stəkan (60 ml) ilıq su (40-46C dərəcədə)
4 stəkan (və ya gərəkirsə daha da çox) əla növ un
2 çay qaşığı duz
2 xörək qaşığı şəkər tozu
1 stəkan süd (250 ml), otaq hərarətində və ya azacıq istidilmiş (soyuq olmasın!)
6 xörək qaşığı (90 q) kərə yağı – əridib soyudun
2 ədəd iri yumurta, otaq hərarətində (soyuq olmasın!)

Üstü Üçün:
1 ədəd yumurta – qarışdırın

Bir qabda və ya stəkanda mayanı suda həll edin. Bir qədər köpüklənməsi üçün 5 dəqiqəlik kənara qoyun.

Ləyənə 3 stəkan un (gerisini sonra əlavə edəcəksiniz), duz və şəkər tozunu qarışdırın.Buraya mayalı qarışıq, süd, yağ və yumurtaları da əlavə edib qarışdırın. Tədricən geri qalan unu da əlavə edin, lazım olduğu qədər, hamısını birdən deyil, çünki hamısı lazım olmaya da bilər. 5-6 dəqiqə ərzində xəmir yoğurun. Xəmir bərk olmamalı, yumuşaq və elastik olmalı, amma ələ yapışmamalıdır.  Xəmiri kündələyin. Ləyənin dibini duru yağla bir az yağlayın və kündəni buraya qoyun. Üstünü dəsmalla örtün. Qoyun isti yerdə gəlsin. Bu, təxminən 1 saat yarım, 2 saat çəkə  bilər.

Bu zaman 30 x 43-cm ölçüləri olan, kənarları dəyaz formanın dibinə perqament kağızı sərin (mən silikon örtüdən istifadə edirəm).

Gəlmiş xəmiri iki hissəyə bölün, sonra hər hissəni 8 hissəyə. 16 hissə alınacaq. Mən adətən o hissələrdən birini digər 15 hissə arasında bölürəm – beləliklə formada  eyni sayıda çörək sıraları alınır.  Hissələri kündələyin –  əllərinizin arasında yumrulayın. Elə edin ki, kündələrin üstü hamar olsun. Kündələri  cərgə ilə, bir-birindən 5 cm aralıqda olmaq şərtilə formaya düzün (şəkilə baxın). Kündələrin üstünə yüngülvari, üstünə basmadan çay dəsmalı örtün. Qoyun yenidən gəlsinlər, təxminən 30-40 dəqiqə ərzində. Kündələr şişməli və yumuşaq olmalıdırlar.

Sobanızı 190Cdək qızdırın.

Kündələrin üstünə yumurta çəkib sobanın orta rəfində üstləri qızaranadək, 20-25 dəqiqə ərzində bişirin. Kökələr isti-isti yeyilir.




  • Mimoza Salatı | AZCookbook.com by Feride Buyuran
    Mimoza Salatı (Video)
    Oktyabr 12, 2017
    Bu yazını  24 mart 2009 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ___ Mimoza Salatı qat-qat olub, toyuq əti, müxtəlif bişmiş tərəvəzlərdən və yumurtadan hazırlanır. Qatların arasına mayonezli-xamalı sous sürülür.  Salat Sovet  vaxtlarında Rusiyada icad olunmuşdu, amma...
    Read more →
  • Balqabaqlı Keks | AZCookbook.com by Feride Buyuran
    Balqabaqlı Keks (Video)
    Oktyabr 6, 2017
    Keçən yazımda sizə balqabaq püresinin reseptini yazmışdım. Bu gün isə onu istifadə edəcəyik və Amerikada bu fəsildə çox məşhur olan balqabaqlı keks bişirəcəyik. Bu keksin müxtəlif resepti var, mənim təqdim edəcəyim isə  dəfələrlə sınadığım və mükəmməlləşdirdiyim reseptdir ki, istəyirəm hamınız əla nəticə alasınız....
    Read more →
  • Evdə Hazırlanmış Balqabaq Püresi
    Evdə Hazırlanmış Balqabaq Püresi
    Oktyabr 4, 2017
    Bu yazını  14 noyabr 2014 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). _____ Balqabaq sesonu açıq elan olunur! Şəhərimizin bütün marketləri və bazarlarında artıq boy boy balqabaqlar satışa qoyulub. Tezliklə burada hamı balqabaqlı şirnilər bişirməyə başlayacaq.  Bunun...
    Read more →
  • Mütəkkə (Mutaki) | AZCookbook.com
    Mütəkkə (Mutaki) – Video
    Sentyabr 29, 2017
    Bu yazını  9 iyun 2017 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ____ Bu hilli-qozlu mütəkkələr mükəmməldirlər, əsl olmalı olduqları kimi yumşaq, eyni zamanda çox şirin olmayan və hil ətrinin, qozların xırçıldamasının kifayət qədər hiss olunduğu konsistensiyadadırlar....
    Read more →
  • Çaxoxbili | AZCookbook.com | Feride Buyuran
    Çaxoxbili (Video)
    Sentyabr 26, 2017
    Bu yazını 26 iyun 2009 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ____ Bu gün qonşu ölkə Gürcüstana ləzzət səyahətinə çıxırıq. Çox ləzzətli toyuq yeməyiylə. Adı çaxoxbilidir.  Həyatımda  yediyim toyuq yeməklərindən ən ləzzətlilərindən biridir. Bir qədər bizim...
    Read more →
  • Asan Pendirli Piroq | AZCookbook.com | Feride Buyuran
    Asan Pendirli Piroq (Video)
    Sentyabr 22, 2017
    Olduqca tez hazırlanan bu ləzzətli, içi göyərti ilə dadlandırılmış pendirli duzlu piroqu mütləq sınayın. Bəyənəcəyinizdən əminəm. Bilirsiniz bu resept necə yaranıb? Deməli, bir gün mən türksayağı pendirli poğaça bişirmək istədim, amma təmbəlliyim tutmuşdu. Öz-özümə fikirləşdim ki, niyə mən bunu böyük çörək, ya da piroq şəklində bişirməyim ki? Elə də elədim. İki iri xəmir dairəsinin arasına pendirli içlik səpdim və bişirdim....
    Read more →
  • Yerkökü Salatı | AZCookbook.com | Feride Buyuran
    Yerkökü Salatı – Havuç Salatası (Video)
    Sentyabr 19, 2017
    Bu yazını 29 fevral 2009 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ____ Yerkökü Salatı (Havuç Salatası) Türkiyə mətbəxinə aid olub, oranın süfrələrində ən çox rast gələn salatlardan biridir. Həm vitamin doludur, həm də ki,  olduqca ləzzətli...
    Read more →
  • Yarpaq Dolması (Video) | AZCookbook.com | Feride Buyuran
    Yarpaq Dolması (Video)
    Sentyabr 15, 2017
    Bu resepti 10 fevral 2009 tarixində dərc etmişdim və bu gün yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ________ Bu gün menyumuzda Azərbaycan süfrəsinin ən sevilən yeməklərindən biri olan yarpaq dolması var. Azərbaycan dolmasının özünəməxsus ləzzəti və ğörünüşü var. İçindəki bol-bol göyərti dolmaya gözəl dad və ətir...
    Read more →