Best in the World!
Dadlı yemək reseptləri bloqu

Bu qurabiyələr İtalyan deserti olan Tiramisuda istifadə edilir. Tək  başına, qurabiyə kimi də yeyilə bilər. Və ya 2 qurabiyənin arasına istədiyiniz kremdən yaxıb, qurabiyə sandviçi də hazırlaya bilərsiniz. Bu qurabiyələr marketlərdə satılmamış olmaz, amma resepti o qədər asandır ki, məncə marketə getməyə dəyməz.  Qurabiyələrin üstü bir az xırt-xırt, içi isə yumuşaq olur. Siz qurabiyələrinizi  bişirib hazır tutun – tezliklə sizə Tiramisu reseptini yazacağam.

“Qadın Barmağı” Qurabiyəsi (Savoiardi)
Təxminən 24 ədəd iri qurabiyə və ya 28-30 ədəd balaca qurabiyə üçün

3 ədəd yumurta – ağını sarısından ayırın
6 xörək qaşığı şəkər tozu (75 qram)
bir stəkanın dörtdə üçü (95 qram)  un
2 xörək qaşığı qarğıdalı nişastası
5 xörək qaşığı şəkər kirşanı (pudrası)

Sobanı 175Cdək qızdırın. 2 ədəd soba listini duru yağla və ya kərə yağıyla yağlayın. Üstünə kalka kağızı sərin.

Yumurta ağlarını mikserlə yaxşıca çalın. Tədricən şəkər tozunu əlavə edib kütlə bərkiyənədək çalın.

Unu nişastayla qarışdırın. Kənara qoyun.

Ayrı qabda yumurta sarılarını cəngəllə  bir az qarışdırın. Bu kütləni taxta qaşıqla çaldığınız yumurta ağına əlavə edin və yavaşca kütlələri bir birinə yedirdin. Unlu qarışığı da buraya əlavə edib, qarışdırın. Mikserlə çalmayın. Yalnız və yalnız yüngülvari hərəkətlə kütlələri bir-birinə qaşırdırın. Əks tədqirdə qurabiyələr şişməyəcək.

Alınan kütləni qənnadı torbasına doldurun (qənnadı torbanız yoxdursa, sərt sellofan torbanın ucunu kəsib qənnadə torbası kimi istifadə edə bilərsiniz). Torbanı sıxaraq listə bir birindən 2 sm yarım məsafədə uzunluğu 12 sm, eni isə 2 sm olan barmaqlar düzün.

Şəkər kirşanının yarısını balaca ələk (çaysüzən) vasitəsiylə qurabiyələrin üstünə ələyin. 5 dəqiqə qalsınlar. Sonra isə qalan şəkər kirşanını da qurabiyələrin üstünə ələyin.

Kalka kağızına bir ucdan baş barmağınızla basın. Listləri bir az qaldırıb yüngülvari masaya vurun ki, artıq olan şəkər kirşanı tökülsün.

Qurabiyələri 10 dəqiqə ərzində  bişirin (bir list üstə, o biri aşağıda olmaq şərtilə). Sonra yerlərini dəyişdirib, 5 dəqiqə də  bişirin. Hazır qurabiyələr şişməli və üstləri bir az qızarmalıdır (çox deyil, şəkildəki kimi).

Listləri sobadan çıxardın. Qoyun qurabiyələr listdə 5 dəqiqə soyusun, sonra kalka kağızından soyub çıxardın. Qurabiyələr tamamən soyuduqdan sonra ağzı kip  bağlı qabda 2-3 həftə qala bilər.

  • Mimoza Salatı | AZCookbook.com by Feride Buyuran
    Mimoza Salatı (Video)
    Oktyabr 12, 2017
    Bu yazını  24 mart 2009 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ___ Mimoza Salatı qat-qat olub, toyuq əti, müxtəlif bişmiş tərəvəzlərdən və yumurtadan hazırlanır. Qatların arasına mayonezli-xamalı sous sürülür.  Salat Sovet  vaxtlarında Rusiyada icad olunmuşdu, amma...
    Read more →
  • Balqabaqlı Keks | AZCookbook.com by Feride Buyuran
    Balqabaqlı Keks (Video)
    Oktyabr 6, 2017
    Keçən yazımda sizə balqabaq püresinin reseptini yazmışdım. Bu gün isə onu istifadə edəcəyik və Amerikada bu fəsildə çox məşhur olan balqabaqlı keks bişirəcəyik. Bu keksin müxtəlif resepti var, mənim təqdim edəcəyim isə  dəfələrlə sınadığım və mükəmməlləşdirdiyim reseptdir ki, istəyirəm hamınız əla nəticə alasınız....
    Read more →
  • Evdə Hazırlanmış Balqabaq Püresi
    Evdə Hazırlanmış Balqabaq Püresi
    Oktyabr 4, 2017
    Bu yazını  14 noyabr 2014 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). _____ Balqabaq sesonu açıq elan olunur! Şəhərimizin bütün marketləri və bazarlarında artıq boy boy balqabaqlar satışa qoyulub. Tezliklə burada hamı balqabaqlı şirnilər bişirməyə başlayacaq.  Bunun...
    Read more →
  • Mütəkkə (Mutaki) | AZCookbook.com
    Mütəkkə (Mutaki) – Video
    Sentyabr 29, 2017
    Bu yazını  9 iyun 2017 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ____ Bu hilli-qozlu mütəkkələr mükəmməldirlər, əsl olmalı olduqları kimi yumşaq, eyni zamanda çox şirin olmayan və hil ətrinin, qozların xırçıldamasının kifayət qədər hiss olunduğu konsistensiyadadırlar....
    Read more →
  • Çaxoxbili | AZCookbook.com | Feride Buyuran
    Çaxoxbili (Video)
    Sentyabr 26, 2017
    Bu yazını 26 iyun 2009 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ____ Bu gün qonşu ölkə Gürcüstana ləzzət səyahətinə çıxırıq. Çox ləzzətli toyuq yeməyiylə. Adı çaxoxbilidir.  Həyatımda  yediyim toyuq yeməklərindən ən ləzzətlilərindən biridir. Bir qədər bizim...
    Read more →
  • Asan Pendirli Piroq | AZCookbook.com | Feride Buyuran
    Asan Pendirli Piroq (Video)
    Sentyabr 22, 2017
    Olduqca tez hazırlanan bu ləzzətli, içi göyərti ilə dadlandırılmış pendirli duzlu piroqu mütləq sınayın. Bəyənəcəyinizdən əminəm. Bilirsiniz bu resept necə yaranıb? Deməli, bir gün mən türksayağı pendirli poğaça bişirmək istədim, amma təmbəlliyim tutmuşdu. Öz-özümə fikirləşdim ki, niyə mən bunu böyük çörək, ya da piroq şəklində bişirməyim ki? Elə də elədim. İki iri xəmir dairəsinin arasına pendirli içlik səpdim və bişirdim....
    Read more →
  • Yerkökü Salatı | AZCookbook.com | Feride Buyuran
    Yerkökü Salatı – Havuç Salatası (Video)
    Sentyabr 19, 2017
    Bu yazını 29 fevral 2009 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ____ Yerkökü Salatı (Havuç Salatası) Türkiyə mətbəxinə aid olub, oranın süfrələrində ən çox rast gələn salatlardan biridir. Həm vitamin doludur, həm də ki,  olduqca ləzzətli...
    Read more →
  • Yarpaq Dolması (Video) | AZCookbook.com | Feride Buyuran
    Yarpaq Dolması (Video)
    Sentyabr 15, 2017
    Bu resepti 10 fevral 2009 tarixində dərc etmişdim və bu gün yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ________ Bu gün menyumuzda Azərbaycan süfrəsinin ən sevilən yeməklərindən biri olan yarpaq dolması var. Azərbaycan dolmasının özünəməxsus ləzzəti və ğörünüşü var. İçindəki bol-bol göyərti dolmaya gözəl dad və ətir...
    Read more →