Best in the World!
Dadlı yemək reseptləri bloqu

Çiyələkli Çizkeyk

Çiyələkli Çizkeyk

Bu gün çizkeyk sevənlər üçün çox ləzzətli bir resept yazacağam. Abbi adında bir xanımdan gələn reseptdir, amma mən bu reseptə bəzi əlavələr də etmişəm. Məsəl üçün çizkeykin üstünə xamadan düzəldilmiş krem ve çiyələk də əlavə etmişəm. Bunlar zəruri deyil, amma çizkeyk belə olduğunda daha ləzzətli və gözəl görünür. Çiyələyiniz yoxdursa, başqa meyvədən, məsəl üçün böyürtkən, morux, kivi və sairə kimi meyvələrdən istifadə edə bilərsiniz. Tortun üstündə nanə də var. Nanə şirniyyatlara rəng qatır. Burada nanədən  şirniyyatları bəzəmək üçün geniş istifadə olunur.


ÇİYƏLƏKLİ ÇİZKEYK
Abbinin çizkeyk resepti əsasında

Qazmağı (dibi) üçün:
2 stəkan (180 q) kraker (peçenye) – ovulmuş
100 q kərə yağı – əridilmiş (ərinmiş deyil)
2 xörək qaşığı şəkər tozu
1 çay qaşığı vanilya ekstraktı və ya bir çimdik vanil tozu

Çizkeyk üçün:
3 paçka (toplam 700 q) krem-pendir (cream cheese) – otaq hərarətində
1 stəkan (210 q) şəkər tozu
3 iri yumurta – otaq hərarətində
1 stəkan (230 q) qaymaq (rusca: slivki)
1 xörək qaşığı təzə sıxılmış limon suyu (portaqal suyu da ola bilər)
1 xörək qaşığı vanilya ekstraktı və ya bir çimdik vanil tozu
1 xörək qaşığı Amaretto likyoru (zəruri deyil)

Üstü Üçün:
2 stəkan (450 q) xama
¼ stəkan (60 q) şəkər tozu
½ çay qaşığı vanilya ekstaktı və ya bir çimdik vanil tozu
nazi-nazik  dilimlənmiş çiyələk


HAZIRLANMASI:

1. Sobanı  180Cdək qızdırın.  Çaydanda su qaynadın – lazım olacaq.

2. Qazmaq ərzaqlarını bir qabda qarışdırın. Xüsusi kənarları çıxan (spring form pan) tort formasının altını folqa kağızı ilə bükün ki , su keçirməsin (tort su hamamında bişəcək). Formanın dibinə qazmağı töküb barmaqlarınızla basın ki, yaxşıca yapışsın. Formanı kənara qoyun.

3. İri qabda krem-pendir və şəkər tozunu mikserlə hamar kütlə alınanadək çalın. Bir-bir yumurtaları əlavə edib, çalın. Qaymaq, vanilya, limon suyu və əgər istifadə edirsinizsə, Amaretto likyorunu da əlavə edib krem halına gələnədək çalın.

4. Alınan qarışığı hazırladığınız formanın içərisinə tökün. Ayrı, kənarları hündür formaya qaynatdığınız suyu tökün. Çizkek olan formanı qaynar su olan formanın içinə yerləşdirin. Su çizkeyk formasının ortasına qədər gəlməlidir.

5. Çizkeyki 50 dəqiqə ərzində istinmiş sobada bişirin. Bişən keyk tamamilə bərk olmayacaq. Formanı tərpətdiyinizdə, tortun ortası bir az titrəyəcək, və bu da normaldır. Sobanı söndürün, amma çizkeyki oradan çıxartmayın – qoyun çizkeyk orada 30 dəqiqə müddətində soyusun.

6. Bu vaxt ərzinsə tortun üstünü hazırlayın. Bir qabda xama, şəkər tozu, vanilyanı qaşıqla qarışdırın. Çizkeyk sobada 30 dəqiqə qaldıqdan sonra, onu oradan çıxardıb hazırladığınız xamalı qarışığı onun üstünə yayın. Çizkeyki sobaya geri qoyun (soba sönmüş olmalıdır- yaddan çıxartmayın!). Yarım saatdan sonra çizkeyki sobadan çıxardın və soyuması üçün kənara qoyun. FORMADAN ÇIXARTMAYIN!!!! Bir az soyuduqdan sonra üstünü örtüb soyuducuya qoyun. Orada bir gecə qalsın. Sabahı gün formanın kənarlarını çıxardın. Formanın altı isə qalsın. Süfrəyə verməzdən əvvəl tortun üstünü çiyələk dilimləri ilə bəzəyin. İstəyə görə nanə yarpaqları da səpilə bilər. Nuş Olsun!

  • Mimoza Salatı | AZCookbook.com by Feride Buyuran
    Mimoza Salatı (Video)
    Oktyabr 12, 2017
    Bu yazını  24 mart 2009 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ___ Mimoza Salatı qat-qat olub, toyuq əti, müxtəlif bişmiş tərəvəzlərdən və yumurtadan hazırlanır. Qatların arasına mayonezli-xamalı sous sürülür.  Salat Sovet  vaxtlarında Rusiyada icad olunmuşdu, amma...
    Read more →
  • Balqabaqlı Keks | AZCookbook.com by Feride Buyuran
    Balqabaqlı Keks (Video)
    Oktyabr 6, 2017
    Keçən yazımda sizə balqabaq püresinin reseptini yazmışdım. Bu gün isə onu istifadə edəcəyik və Amerikada bu fəsildə çox məşhur olan balqabaqlı keks bişirəcəyik. Bu keksin müxtəlif resepti var, mənim təqdim edəcəyim isə  dəfələrlə sınadığım və mükəmməlləşdirdiyim reseptdir ki, istəyirəm hamınız əla nəticə alasınız....
    Read more →
  • Evdə Hazırlanmış Balqabaq Püresi
    Evdə Hazırlanmış Balqabaq Püresi
    Oktyabr 4, 2017
    Bu yazını  14 noyabr 2014 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). _____ Balqabaq sesonu açıq elan olunur! Şəhərimizin bütün marketləri və bazarlarında artıq boy boy balqabaqlar satışa qoyulub. Tezliklə burada hamı balqabaqlı şirnilər bişirməyə başlayacaq.  Bunun...
    Read more →
  • Mütəkkə (Mutaki) | AZCookbook.com
    Mütəkkə (Mutaki) – Video
    Sentyabr 29, 2017
    Bu yazını  9 iyun 2017 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ____ Bu hilli-qozlu mütəkkələr mükəmməldirlər, əsl olmalı olduqları kimi yumşaq, eyni zamanda çox şirin olmayan və hil ətrinin, qozların xırçıldamasının kifayət qədər hiss olunduğu konsistensiyadadırlar....
    Read more →
  • Çaxoxbili | AZCookbook.com | Feride Buyuran
    Çaxoxbili (Video)
    Sentyabr 26, 2017
    Bu yazını 26 iyun 2009 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ____ Bu gün qonşu ölkə Gürcüstana ləzzət səyahətinə çıxırıq. Çox ləzzətli toyuq yeməyiylə. Adı çaxoxbilidir.  Həyatımda  yediyim toyuq yeməklərindən ən ləzzətlilərindən biridir. Bir qədər bizim...
    Read more →
  • Asan Pendirli Piroq | AZCookbook.com | Feride Buyuran
    Asan Pendirli Piroq (Video)
    Sentyabr 22, 2017
    Olduqca tez hazırlanan bu ləzzətli, içi göyərti ilə dadlandırılmış pendirli duzlu piroqu mütləq sınayın. Bəyənəcəyinizdən əminəm. Bilirsiniz bu resept necə yaranıb? Deməli, bir gün mən türksayağı pendirli poğaça bişirmək istədim, amma təmbəlliyim tutmuşdu. Öz-özümə fikirləşdim ki, niyə mən bunu böyük çörək, ya da piroq şəklində bişirməyim ki? Elə də elədim. İki iri xəmir dairəsinin arasına pendirli içlik səpdim və bişirdim....
    Read more →
  • Yerkökü Salatı | AZCookbook.com | Feride Buyuran
    Yerkökü Salatı – Havuç Salatası (Video)
    Sentyabr 19, 2017
    Bu yazını 29 fevral 2009 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ____ Yerkökü Salatı (Havuç Salatası) Türkiyə mətbəxinə aid olub, oranın süfrələrində ən çox rast gələn salatlardan biridir. Həm vitamin doludur, həm də ki,  olduqca ləzzətli...
    Read more →
  • Yarpaq Dolması (Video) | AZCookbook.com | Feride Buyuran
    Yarpaq Dolması (Video)
    Sentyabr 15, 2017
    Bu resepti 10 fevral 2009 tarixində dərc etmişdim və bu gün yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ________ Bu gün menyumuzda Azərbaycan süfrəsinin ən sevilən yeməklərindən biri olan yarpaq dolması var. Azərbaycan dolmasının özünəməxsus ləzzəti və ğörünüşü var. İçindəki bol-bol göyərti dolmaya gözəl dad və ətir...
    Read more →