Best in the World!
Dadlı yemək reseptləri bloqu

Unsuz Şokoladlı Tort

Unsuz Şokoladlı Tort

Əgər şokoladı sevirsinizsə, onda mütləq bu tortu bişirməlisiniz. Əsl şokolad röyasıdır. Bu tort qısa müddətdə hazırlanıb bişirilir. Bunun üçün sizə yalnız 3 növ ərzaq lazımdır: şokolad, yağ və yumurta.  Maraqlıdır ki, tortun tərkibində un yoxdur.

Tort yüngül tortlardan deyil, amma olduqca ləzzətlidir. Amerikada məşhur olan brauniləri hatırladır, amma daha yumuşaq və qatıdır. Əgər istəyirsinizsə, tortun arasina cem ve ya krem de çəkə bilərsiniz, amma məncə buna gərək yoxdur, çünki tort daha da ağır olar.  Bu tort adətən yanında və ya üstündə dondurmayla servis edilir. Beləliklə, dondurma bir növ kremi əvəz edir və tortu yünğülləşdirir.

UNSUZ ŞOKOLADLI TORT
Orijinal resept Chef Wanin “Sweet Treats” kitabından götürülmüşdür

Hazırlama müddəti:  20 dəqiqə
454 q iri doğranmış yarı-şirin şokolad (plitka)
146 q iri doğranmış duzsuz kərə yağı
5 iri yumurta

Tortu istədiyiniz şəkildə olan tort formasında bişirə bilərsiniz.  Ölçüləri təxminən  15 cm X 18 cm, 18 cm X 18 cm olan formalardan istifadə edə bilərsiniz.  Əgər nəfərlik tortlar bişirmək istəyirsinizsə, onda kiçik formalardan istifadə edib, ayrı-ayrı bir neçə kiçik tort bişirin.

1. Şokoladı və kərə yağını  istiyə qarşı dayanıqlı bir qaba qoyub, qaynayan su olan qazanın üstünə yerləşdirin. Qabın dibi suya dəyməməlidir. Tez-tez qarışdıraraq, şokoladı və yağı əridin. Sonra qabı alınan kütlənin soyuması üçün kənara qoyun.

2. Tort formasının dibini və kənarlarını azacıq yağlayın.  Dibinə kalka kağızı sərin və onun da azacıq yağlayın.

3. Yumurtanın ağını sarısından ayırın və iki ayrı qaba qoyun.

4. Yumurtanın ağını mikserlə köpüklənib ağaranadək çalın.

5. Sonra ayrı qabda olan yumurtanın sarısını da mikserlə çalın.

6. Çalınmış yumurtanın sarısını soyumuş şokolad olan qaba əlavə edin.

7. Yumurtanın ağını da tədricən bu qaba əlavə edib yaxşıca qarışdırın. Alınan kütlədəı ağ köpüklər qalmamalıdır.

8. Kütləni hazırladığınız tort formasına tökün. 190C dərəcəlik sobada 25 dəqiqə ərzində bişirin. Bişmiş tortun üstü çatlamış olmalıdır. İçərisinə kibrit batırıb çıxartdığınızda isə kibrit  bir qədər islak olmalıdır. Sobada ikən tort şişəcək, oradan çıxdığında isə yatacaq – bu normaldır.

10. Keks öz formasında 10 dəqiqə ərzində soyuduqdan sonra, onu formadan çıxardın. Üztünə şəkər kirşanı səpin. İstəyə görə, şokoladlı qlazur da tökmək olar. Dondurma ilə süfrəyə verin.

  • Mimoza Salatı | AZCookbook.com by Feride Buyuran
    Mimoza Salatı (Video)
    Oktyabr 12, 2017
    Bu yazını  24 mart 2009 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ___ Mimoza Salatı qat-qat olub, toyuq əti, müxtəlif bişmiş tərəvəzlərdən və yumurtadan hazırlanır. Qatların arasına mayonezli-xamalı sous sürülür.  Salat Sovet  vaxtlarında Rusiyada icad olunmuşdu, amma...
    Read more
  • Balqabaqlı Keks | AZCookbook.com by Feride Buyuran
    Balqabaqlı Keks (Video)
    Oktyabr 6, 2017
    Keçən yazımda sizə balqabaq püresinin reseptini yazmışdım. Bu gün isə onu istifadə edəcəyik və Amerikada bu fəsildə çox məşhur olan balqabaqlı keks bişirəcəyik. Bu keksin müxtəlif resepti var, mənim təqdim edəcəyim isə  dəfələrlə sınadığım və mükəmməlləşdirdiyim reseptdir ki, istəyirəm hamınız əla nəticə alasınız....
    Read more
  • Evdə Hazırlanmış Balqabaq Püresi
    Evdə Hazırlanmış Balqabaq Püresi
    Oktyabr 4, 2017
    Bu yazını  14 noyabr 2014 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). _____ Balqabaq sesonu açıq elan olunur! Şəhərimizin bütün marketləri və bazarlarında artıq boy boy balqabaqlar satışa qoyulub. Tezliklə burada hamı balqabaqlı şirnilər bişirməyə başlayacaq.  Bunun...
    Read more
  • Mütəkkə (Mutaki) | AZCookbook.com
    Mütəkkə (Mutaki) – Video
    Sentyabr 29, 2017
    Bu yazını  9 iyun 2017 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ____ Bu hilli-qozlu mütəkkələr mükəmməldirlər, əsl olmalı olduqları kimi yumşaq, eyni zamanda çox şirin olmayan və hil ətrinin, qozların xırçıldamasının kifayət qədər hiss olunduğu konsistensiyadadırlar....
    Read more
  • Çaxoxbili | AZCookbook.com | Feride Buyuran
    Çaxoxbili (Video)
    Sentyabr 26, 2017
    Bu yazını 26 iyun 2009 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ____ Bu gün qonşu ölkə Gürcüstana ləzzət səyahətinə çıxırıq. Çox ləzzətli toyuq yeməyiylə. Adı çaxoxbilidir.  Həyatımda  yediyim toyuq yeməklərindən ən ləzzətlilərindən biridir. Bir qədər bizim...
    Read more
  • Asan Pendirli Piroq | AZCookbook.com | Feride Buyuran
    Asan Pendirli Piroq (Video)
    Sentyabr 22, 2017
    Olduqca tez hazırlanan bu ləzzətli, içi göyərti ilə dadlandırılmış pendirli duzlu piroqu mütləq sınayın. Bəyənəcəyinizdən əminəm. Bilirsiniz bu resept necə yaranıb? Deməli, bir gün mən türksayağı pendirli poğaça bişirmək istədim, amma təmbəlliyim tutmuşdu. Öz-özümə fikirləşdim ki, niyə mən bunu böyük çörək, ya da piroq şəklində bişirməyim ki? Elə də elədim. İki iri xəmir dairəsinin arasına pendirli içlik səpdim və bişirdim....
    Read more
  • Yerkökü Salatı | AZCookbook.com | Feride Buyuran
    Yerkökü Salatı – Havuç Salatası (Video)
    Sentyabr 19, 2017
    Bu yazını 29 fevral 2009 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ____ Yerkökü Salatı (Havuç Salatası) Türkiyə mətbəxinə aid olub, oranın süfrələrində ən çox rast gələn salatlardan biridir. Həm vitamin doludur, həm də ki,  olduqca ləzzətli...
    Read more
  • Yarpaq Dolması (Video) | AZCookbook.com | Feride Buyuran
    Yarpaq Dolması (Video)
    Sentyabr 15, 2017
    Bu resepti 10 fevral 2009 tarixində dərc etmişdim və bu gün yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ________ Bu gün menyumuzda Azərbaycan süfrəsinin ən sevilən yeməklərindən biri olan yarpaq dolması var. Azərbaycan dolmasının özünəməxsus ləzzəti və ğörünüşü var. İçindəki bol-bol göyərti dolmaya gözəl dad və ətir...
    Read more