Əziz oxucularım,
Əvvəla mənə bloq işimdə dəstək verən hər birinizə dərin minnətdarlığımı bildirirəm. Xüsusiylə də ərinməyb şərh yazan hamıya. Bu, məni daha da çox həvəsləndirir. Çox sağ olun.
Bir məsələni diqqətinizə çatdırmaq istəyirəm. Bloqum yaranandan gündən bu günədək, sizlərdən mənə bir çox resept xahişi gəlib. İndiyənədək 27 istək almışam:) Bəziləri şərhlərdə qeyd edilib, bəziləri isə elektron poçt ünvanıma göndərilib.
Bunu demək istəyirəm ki, təəssüflər olsun ki, istəkləri aldığım an yerinə yetirə bilmirəm. Ona görə ki, o qədər vaxtım yoxdur, və bu işi yalnız və yalnız boş vaxtımda edə bilirəm. Yəni istəkləriniz nə vaxtsa yerinə yetiriləcək, amma dəqiq vaxtını deyib yalandan söz verə bilmərəm. Ümid üdirəm ki, məni başa düşürsünüz.
İstəklərin bir çox hissəsi tortlardır. Ailəmiz kiçik saylı olduğundan tortları yalnız xüsusi günlərdə bişirirəm, ona görə tort istəkləriniz xüsusilə gecikə bilər.
Resept yalnız mənim tərəfimdən bişirildikdən, ərzaqların miqdarı dəqiqləşdirildikdən və yeməklərin şəkilləri çəkildikdən sonra buraya yerləşdiriləcək.
Diqqədinizə görə çox sağ olun. Yeni reseptlər olacaq, odur ki buradan uzaqlaşmayın:)
Fəridə




















Son şərhlər