
Salam, dostlar. Artıq bir neçə gündür ki, bloqumun yeni dizaynlı versiyası virtual aləmə buraxılmışdır. Ümid edirəm ki, bu yenilik hamınızın xoşuna gələcək. Yeni dizayna keçməyimin əsas səbəbi bloqu daha da asan istifadə oluna biləcək hala gətirmək idi. Yeni sayt artıq mobil cihazlarda da yaxşı işləyəcək. Saytın yeni loqotipi da var. Müəlifi Alina Bayramovadır. Şəxsən mən bu loqotipi çox bəyənirəm. Siz necə?
Bloqda nələr var:
1. Bloqa yeni qoşulanlar bu proyekt haqda daha ətraflı Haqqında səhifəsində oxuya bilərlər.
2. Reseptləri Növünə Görə və Aylıq Arxivə görə görmək olar. Tezliklə reseptləri Ərzaq Növünə görə də ayıracayıq.
3. Bloqda yenilik – Foto Qalereya! Bəyəndiyiniz şəkilə basıb, yazının tamamını oxuya bilərsiniz.
4. Resurslar səhifələrinə baxmağı unutmayın. Burada Məsləhətlər, Ölçülər və maraqlı səhifələrə Keçidlərlə tanış ola bilərsiniz.
5. Yeni silsiləmiz olan AZ Süfrələrini də unutmayın.
6. Social şəbəkələrdə AZ Cookbook-la dost olun. Bunun üçün başlıqdakı Facebook, İnstagram və sairə düyməciklərə basın.
7. Bəyəndiyiniz resepti dostlarınızla Facebook və digər social şəbəkələrdə paylaşa bilərsiniz. Bunun üçün hər yazının altında müvafiq düyməciklər var.
8. Reseptləri çap etmək də olar. Bunun üçün yazıların altındakı düyməciklərdən sağdan ikincisinə (Print Friendly) basın.
Yeni dizaynla bağlı fikirlərinizi öyrənmək maraqlı olardı. Sualınız varsa, onu da yazın. Şərhlərinizi gözləyirəm.
Çox sağ olun!





















Son şərhlər