Best in the World!
Dadlı yemək reseptləri bloqu

Salatlar

Kərəvizli Toyuq Salatı

Kərəvizli Toyuq Salatı

Türkiyədə kərəvizlə müxtəlif salatlar hazırlanır. Bu ləziz salat da onlardan biridir. İçində toyuq əti, kərəviz sapı, xiyar və qoz var. Mayonez yerinə isə əsasən qatıqdan istifadə edilir. İstəyə görə, azacıq mayonez da əlavə etmək olar. Nuş olsun.

Kərəvizli Toyuq Salatı

Təxminən 6 pay üçün

Ərzaqlar:

2 ədəd toyuq döş əti –  az duz atılmış suda bişirib, əlinizlə didin
3 ədəd kərəviz sapı – xırda-xırda doğrayın
3 ədəd təzə xiyar – soyub, xırda-xırda doğrayın
Yarım stəkan xırda-xırda doğranmış qoz ləpəsi
Təxminən 2 stəkan qatıq
3 xörək qaşığı və ya zövqə görə mayonez
Zövqə görə duz
Zövqə görə istiot
Xırda-xırda doğranmış şüyüd

Hazırlanma Qaydası:

Ərzaqları bir qabda qarışdırın. Salatı süfrəyə verməzdən əvvəl soyudun. Sonda isə qaba yığıb üstünə şüyüd səpin. Qatıq və mayonezin miqdarını istəyə görə azaldın və ya çoxaldın.