
Dostlar, bu gündən etibarən bloqum vasitəsilə tez-tez Westgold yağından istifadə etməklə hazırladığım yemək və şirniyyatları sizinlə paylaşacam. Westgold yağının keyfiyyətini çox bəyənirəm. İlk reseptimi təqdim edirəm. Nuş olsun!

Kakaolu Keks
Ərzaqlar:
200 qram Westgold kərə yağı
5 xörək qaşığı kakao
4 ədəd iri yumurta
250 qram şəkər tozu (1 stəkan + 2 xorək qaşığı)
1 çay qaşığı duru vanil və ya bir çimdik toz vanil
180 qram (1 stəkanda + 1/4 stəkan) əla növ un
1 çay qaşığı qabartma tozu
Şəkər kirşanı (pudrası)

Hazırlanma Qaydası:
Əvvəlcə kərə yağını orta hərarətdə əridib, kənara bir az soyumağa qoyun. Bir qədər soyumuş yağı iri kasaya boşaldıb, üstünə kakaonu əlavə edib, qarışdırın.

Ayrı kasada yumurta və şəkər tozunu mikserlə yaxşıca çırpın. Vanili əlavə edib qarışdırın.

Yağlı-kakaolu qarışıq yumurtalı qarışığı olan kasaya boşaldıb, miskerslə ərzaqlar qarışanadək çalın.

Un və qabartma tozunu da əlavə edib, hamar kütlə alınanadək çalın.
Sobanı 190Cdək qızdırın.

Yumru keks formasının dibinə perqament kağızı sərin. Kakaolu kütləni formaya boşaldın.

Keksi 30-35 dəqiqə ərzində, və yaxud ortasına salıb çıxartdığınız kibrit təmiz çıxana qədər bişirin. Çox bişirməyin, yoxsa keks quru alınar.

Sobadan çıxardıb formasında soyumasını gözləyin. Süfrəyə vermək üçün, keksi formadan çıxardıb, üstünə şəkər kirşanı ələyin.






















Son şərhlər