Best in the World!
Dadlı yemək reseptləri bloqu

Göbələkli Sote

Göbələk xoşlayanlardanam. Ondan hazırlanan hər yemək mənə ləzzətli gəlir. Göbələk sotesi mənim ən çox bəyəndiklərimdəndir. Sote nədir. Peşəkar mətbəxlərdə, sote iri genis tavada yeməyi qarışdıraraq deyil, tavanı cəld silkələyərək (ərzaqları atıb-tutmaqla) ərzaqların bişməsini təmin edən üsuldur. Burada adi qızartmadan fərqli olaraq az miqdarda yağdan istifadə olunur.

Göbələk sotenin hazırlanmasının bir çix yolu var, mənim ən çox bəyəndiyim istə burada məşhur olan İtalyan aşbazı Michael Chiarellonun hazırladığı sotedir. O elə edir ki, göbələklər ya heç su buraxmır ya da çox az buraxır –  göbələklər diri qalır. Bunu neçə edir? Göbələkləri bir lay şəklində tavaya düzür və onların altları qızarmadan qətiyyən çevirmir. Beləliklər göbələklər su buraxmır.  Sonra isə digər ərzaqlar da əlavə olunur və nəticədə ətirli, ləzzətli yemək alınır. Bu məşhur resepti sizə də təqdim edirəm. Siz də bişirib dadına baxın. Nuş olsun.

Göbələkli Sote

2-3 nəfərlik yemək üçün

Qeyd: Baxmayaraq ki, əsl reseptdə olduğu kimi ağ şərab qatıldıqda yemək daha gözəl alınır, mən ağ şərab əvəzinə marsala şərabından istifadə etdim. Şərabın şirin tamını azaltmaq üçün isə bir qədər limon şirəsi qatdım və göbələklər bu cür də çox tamlı alındı!

Lazım olan ərzaqlar:

3 xörək qaşığı zeytun yağı
250-300 qram ağ göbələk yaxud adi göbələk(böyük göbələklər qalın doğranılır,lap balacalar bütöv saxlanmalıdır)
1 xörək qaşığı duzsuz kərə yağı
Dəniz duzu və təzə döyülmüş qara istiot
½ xörək qaşığı doğranmış sarımsaq
½ çay qaşığı doğranmış təzə kəklikotu
2 çay qaşığı təzə limon şirəsi
¼ fincan quru ağ şərab
½ xörək qaşığı doğranmış cəfəri +əlavə yeməyin üzərini bəzəmək üçün

Hazırlanması:

Tava yüksək dərəcəli odda qızdırılır,zeytun yağı tökülür. Yağ dağ olanda göbələklər əlavə olunur və bir lay kimi yayılır. Lakin qarışdırılmamalıdır.Təxminən 2 dəqiqə, göbələklərin alt hissəsi tündləşənəcən qızardılır. Əgər göbələklər vaxtından əvvəl qarışdırılsa onlar su salacaq və buğa düşəcək. Yalnız alt hissəsi qovrulandan sonra tavanı silkələməklə göbələkləri çevirmək lazımdır. Bu qayda ilə göbələklər təxminən 5 dəqiqə yüksək odda bişirilməlidir. Sonra bişmiş göbələklərin suyu çıxıbsa, göbələklər tam süzülür və göbələklər yenidən tavaya əlavə olunur.

Üzərinə yağ əlavə edib hərdənbir qarışdırmaqla yaxşıca qovrulana kimi 2-3 dəqiqə bişirilir. Duz,istiot və sarımsaq əlavə olunur. Sarımsaq yüngül qovrulana kimi təxminən 2 dəqiqə bişirilir.

Kəklikotu və limon şirəsi qatılıb və su buxarlanadək bişirilir. Sonra şərab əlavə edilir,odun dərəcəsi azaldılır və göbələklər sousun içində şirələnənədək qaynadılır. Cəfəri əlavə edilir, yemək boşqaba tökülüb, dərhal süfrəyə verilir.

Bir cavab yazın

13 Şərh
  1. Salam, Feride xanim. Coxdandir bloqunuzu izleyirem ve cox dadli yemekler, sirniyyatlar ucun size tesekkur edirem.
    Men de gobelekli yemekleri cox sevirem. Size bir sualim var. Serab qatmadan bul yemeyin dadi nece olur? Serab qatilmasa olar?

  2. Günel,şərab spesifik tam verdiyi üçün bəzi əcnəbi yeməklərə qatılır. Yəni,əgər siz şərabdan istifadə etmədən hazırlaya bilərsiz,amma tamı fərqli olacaq.

    Və bir şeyi də diqqətinizə çatdırım. Sote /sautee/ adlanan yeməklər adi qızartmadan fərqlənir. Sote üçün böyük dayaz tavalardan istifadə olunur və ərzaqlar az yağda qızardılıb bişirilir. Soteni yüksək dərəcəli odda,tavadakı ərzaqları tez-tez silkəməklə çevirib hazırlamaq lazımdır. Yəqin ki mətbəx verlişlərində bu üsulla hazırlanma qaydasının şahidi olmusuz.

  3. Fəridə,indi baxdım ki reseptin əvvəlində Sote haqda qeyd yazmısan)) elə bildim sonunda qeyd edəcəkdin,nəzərimdən yayınıb deyə təkrar yazmışam))

  4. Salam Feride xanim bizim ailede gobelekden hazirlanan her yemek lezzetle yeyilir eminem bu usul da beyenilecek ellerine sagliq

  5. Guler, cavaba gore chox sag ol. Serab qatmiramsa, onda limon da lazim deyil mence. (Feride xanim yazib ki, limondan serabin sirin dadini azaltmaq ucun istifade edir) deyessiniz, dayi ne qaldi 🙂

  6. GÜNEL – Şərab xüsusi ləzzət qatır, amma hər hansı bir səbəbdən şərabdan istifadə etmirsinizsə, eybi yox, onsuz da olar.

  7. 🙂 tesekkurler, Feride xanim.

  8. cox gozel olar.Amma şərabsız.

  9. Bu tarifte şarab olduğunu fark etmemiştim,ben müslümanım ve müslümanlar haram olduğu için şarap kullanmazlar,
    yaptığım bir önceki yorum şarap yüzünden geçersizdir,silerseniz sevinirim.

  10. gobeleyi hedsiz sevirem inaninki qarnim doyur gozum yox qazan bitmiyene qeder el cekmirem:) mutleq bishirecem tshk/bu aradada qizinizin resmini gordum shirin baladi Allah saxlasin Allah qanadinin altinda saxlasin butun korpeleri icindede ovladiniz olmaq shertile Allah menede ferq etmez ya qiz ya ogul axiriki 1ovlad versin inshallah

  11. salam Färidä xanim män konservläwdirilmiw göbäläkdän resept isdäyiräm miumkundusä blogunuza qoya bilärsiz?

  12. Salam Feride xanim, umumiyyetle gobelekleri yumaq lazimdir yoxsa qabigini soyub biwirmek? yuduqda cox su verir, sunger kimidi deye suyu canina cekme ozelliyi var gobeleyin. ama yumayanda da qumlu qalir. ne etmeyi meslehet gorerdiz? 🙂

  13. Ag serab ne demek?

Bir cavab yazın