Best in the World!
Dadlı yemək reseptləri bloqu

Kərəvizli Toyuq Salatı

Türkiyədə kərəvizlə müxtəlif salatlar hazırlanır. Bu ləziz salat da onlardan biridir. İçində toyuq əti, kərəviz sapı, xiyar və qoz var. Mayonez yerinə isə əsasən qatıqdan istifadə edilir. İstəyə görə, azacıq mayonez da əlavə etmək olar. Nuş olsun.

Kərəvizli Toyuq Salatı

Təxminən 6 pay üçün

Ərzaqlar:

2 ədəd toyuq döş əti –  az duz atılmış suda bişirib, əlinizlə didin
3 ədəd kərəviz sapı – xırda-xırda doğrayın
3 ədəd təzə xiyar – soyub, xırda-xırda doğrayın
Yarım stəkan xırda-xırda doğranmış qoz ləpəsi
Təxminən 2 stəkan qatıq
3 xörək qaşığı və ya zövqə görə mayonez
Zövqə görə duz
Zövqə görə istiot
Xırda-xırda doğranmış şüyüd

Hazırlanma Qaydası:

Ərzaqları bir qabda qarışdırın. Salatı süfrəyə verməzdən əvvəl soyudun. Sonda isə qaba yığıb üstünə şüyüd səpin. Qatıq və mayonezin miqdarını istəyə görə azaldın və ya çoxaldın.

Bir cavab yazın

10 Şərh
  1. Feride xanım resept üçün çox teşekkurler.mütleg hazırlayacam.ama bence gatıg yerine süzmeden istifade etsek daha gözel olur.çünki bildiyiniz kimi gatıg su salır.ama süzme ile azacıg mayonezin garışımı şahane olur:)).

  2. salam Feride xanim,sayt superdi.cox aydin wekilde izahat var,hec inanmazdim ki bele bir sayt taparam.google-dan tapdim.mene maraqli bir salat lazim idi.gelen ay qizimin 2 yawi tamam olur.ona hazirlawiram). salati da tapdim,hetta zebra tortunu biwirdim,yoldawimin,qizimin da cox xowuna geldi.men bele planlawdirdim ki ad gununde ekser yemekler sizin biwirdiklerinizden olacaq.unsuz wokaladli tort+dondurma ile mutleq ad gununde olacaq.neyse…bir sozle size derin tewekkurumu bildirirerm.size can sagligi,ellerinize quvvet arzulayiram.

  3. Farida xanim, dadli birsey bisirmek isteyende mutleq sizin sayta girirem, supersiz:) Bilirsiz mene tecili sezar salatinin resepti lazimdi. Onu qoysaz cox-cox sevinerem.

  4. I just made this salat last night. so delicious 🙂 my mom liked it too as she loves celery a lot. do y hv any recipes with celery? mail me plz darling! tnx for this recipe. however we run out walnuts so i will do next time with walnuts and see difference.
    cheers

  5. ne bilim ee daha qisa ve anlawiqli yazin men hecne anlamiram beyenmedim yenede tewekkurler

  6. cox lezzetli gorunur

  7. coxxxxxxxxxxxxx gozel saytdi cox beyendim

  8. salam Ferıde xanım!men Türkıyede qalıram.zehmet olmasa kerevızın türkce adını yazardız.men burda kerevız eşıtmemışem.teze gelmışem.belke de kerevizdi.men bılmırem.zehmet olmasa yazardız.cox sag olun…

  9. barbiye salatinin receptin isderdim bilmek

  10. GULNARE xanim,kereviz turkcede ela kerevizdir.

Bir cavab yazın