Best in the World!
Dadlı yemək reseptləri bloqu

Marinə Edilmiş Ənginar Salatı

Artichoke Salad with Carrots and Green Peas

Bəzi salatlarda nə qədər az ərzaqdan istifadə edilsə, bir o qədər yaxşıdır. Əsas odur ki, ərzaqlar müxtəlif rəngli və təamlı olsun. Onda salat həm göz oxşayır, həm də dadlı olur. Götürək elə bu gün təqdim etdiyim salatı. Burada yalnız 3 ərzaqdan istifadə olunub – ənginar (artişok), yerkökü və yaşıl noxud. Üstünə zeytun yağı və  limon suyu gəzdirilib süfrəyə verilir. Həm asan, həm rəngarəng, həm də dadlı.

Artichoke Salad with Carrots and Green Peas

Artişok Azərbaycanda çox bilinmədiyinə görə, yəgin ki, tapılması da asan olmaz. Bəlkə də iri supermaketlər və ya nadir tapılan ərzaqlar satan mağazalarda satılır. Bu salatda bankalarda satılan marinə edilmiş artişokdan istifadə edilir.

Marinə Edilmiş Ənginar Salatı

6 pay üçün

Ərzaqlar:

1 orta banka marinə edilmiş ənginarlar (artişok) – suyunu yaxşı süzün (iridilərsə, doğrayın)
2 ədəd yerkökü – suda bişirin, qabığını soyub balaca kubik şəklində doğrayın
Təxminən 2 stəkan yaşıl noxud –  buzda saxlanılıbdırsa suda qaynadıb bişirin və süzün, əgər konservdirsə, sadəcə suyunu süzün
Zeytun yağı
Bir balaca limonun suyu
Duz

Hazırlanma Qaydası:

Ənginar, yerkökü və yaşıl noxudu bir qaba qoyun. Zövqə görə zeytun yağı, bir ədəd limonun suyunu, və duz əlavə edib qarışdırın. Süfrəyə otaq hərarətində və ya bir qədər soyudulmuş halda verin.

Bir cavab yazın

1 Şərh
  1. tesekkurler

Bir cavab yazın