Best in the World!
Dadlı yemək reseptləri bloqu

Özbək Çörəyi (Patır Non)

Westgold

…zb?k ‚šr?yi

Azərbaycanda olduğu kimi Özbəkistanda da Novruz bayramında ləziz yeməklərlə bol süfrələr açılır. Bu bayramda özbəklər mütləq süfrəyə müxtəlif duzlu bişintilər və şirniyyatlar qoyarlar. Ruzi-bərəkət simvolu olan özbək çörəyinin (patır non) bayram süfrəsində həmişə öz yeri olur. Patır non çörəyini əslində təndirdə bişirərlər, amma təndir olmayan yerdə soba da işə yarayır. Bu çörəyin müxtəlif reseptləri var. Bu gün hazırlayacağımız çörəyin xəmiri su ilə deyil südlə yoğrulur.

օzbək ‚šÇörəyi

Özbək Çörəyi (Patır Non)

1 ədəd çörək üçün

Ərzaqlar:

1 stəkan (250 ml) ilıq süd
2 çay qaşığı toz-maya
1 çay qaşığı şəkər tozu
2 stəkan (300 qram) un
1 çay qaşığı duz
60 qram Westgold kərə yağı, əridilib soyudulmuş
1 yumurta
Güncüt və yaxud çörəkotu (qara zirə)

Hazırlama Qaydası:

…zb?k ‚šr?yi

Toz-mayanı və şəkər tozunu südə əlavə edib əriyənə qədər əlinizlə həll edin. 5 dəqiqəlik kənara qoyun.

…zb?k ‚šr?yi

Unu və duzu iri qaba qoyun. Üzərinə mayalı qarışığı, kərə yağını əlavə edib xəmir yoğurun.

…zb?k ‚šr?yi

Alınan xəmir bir qədər yumşaq olsa da ələ yapışmamalıdır. Un az gəlsə, bir az da əlavə edin.

…zb?k ‚šr?yi

Xəmirin üstünü sellofan və ya çay dəsmalıyla örtüb gəlməyi üçün 1 saat yarım kənara qoyun.

…zb?k ‚šr?yi

İri listin üstünə perqament kağızı sərin. Qabarmış xəmiri kündələdikdən sonra, üstünə əlinizlə basaraq genişləndirin. Alınan dairənin diametri 23 santimetr olmalıdır. Xəmiri listin üstünə qoyun. Çay dəsmalı ilə örtüb bir az qabarması üçün 20 dəqiqəlik kənara qoyun.

…zb?k ‚šr?yi

Sobanı 200Cdək qızdırın. Bir az qabarmış xəmirin ortasını yumruğunuzla oyun ki, kənarlara nisbətən çuxur forması alsın. Çəngəllə çuxurun içini bəzəyin (özbəklər həm çuxur həm  naxışı “çəkic” adlandırdıqları ucu iynəli bir alətlə edirlər).

…zb?k ‚šr?yi

Çörəyin səthinə yumurta çəkib, güncüt və yaxud çörəkotu səpin. Sobanın orta gözündə təxminən 25 dəqiqə və yaxud üstü qızaranadək bişirin.

…zb?k ‚šr?yi

Westgold

Bir cavab yazın

10 Şərh
  1. Bu çörəydən anam bişirirdi.. adətən halvaynan yeyirik. 2 çay qaşığı maya çox olmaz? Mən 1 kq una 1 çay qaşığı maya vururam

    • Balaca çay qaşıqlarından istifadə edin, armud stəkanında işlədilən.

  2. Feride xanim ellerinize sagliq. Butun reseptlerinizi cox maraqla izleyirem ve tetbiq edirem coxda lezzetli alinir.(PS_ Yuxarida kucut sozunde texniki sehv olub) Teshekkurler

    • Çox sağ olun.Kucut sozünün səhfi məsələsini başa düşmədim. Güncüt?

  3. Feride xanim bu resept soba perashkisi ile eyni reseptdir deyesen? men soba perashkisine de bu reseptden istifade edirem cox lezzetli olur/ dushunurem corek cox daha lezzetli olar
    Ellerinize sagliq

  4. men biwirdim cooooox dadlidir. Cox sagolun )))

  5. Ayy nəgözəl görünür.. İsti isti yag pendirle,yaninda da şirin cay. Bəh bəh bəh

  6. Çoxxxxxx dadlıdır.təşəkkür edirəm

Bir cavab yazın