Best in the World!
Dadlı yemək reseptləri bloqu

Piroq Xəmiri (Pâte Brisée)

Bu piroq xəmirinin əsl adı fransızca pâte brisée-dir (pate brize oxunur).  Bir çox şirin və duzlu piroqlarda istifadə olunur. Amerikada bu cür xəmirdən hazırlanan şirin piroqlar olduqca məşhurdur. Ən çox bəyənilənlərdən, məsəl üçün, alma piroqudur (apple pie) və onun da əsasını məhz bu xəmir təşkil edir. Xəmiri hazırlamaq o qədər asandır ki – əsas olan odur ki, bəzi detallara diqqət yetirilsin. Məsələn, kərə yağı çooox soyuq olmalıdır. Ümumiyyətlə, bu xəmir soyuğu xoşlayır. Bir az yağı əridi mi, alınmır. Siz bu xəmiri hazırlayıb soyuducuya qoyun, çünki tezliklə Amerikanın şirin simvolu – apple pie resepti gələcək!
Piroq Xəmiri (Pâte brisée)
Resept
“Martha Stewart’s Cooking School” kitabından adaptə edilmişdir

Bu reseptlə diametri 23-25sm olan iki ədəd birqatlı, yaxud bir ədəd ikiqatlı piroq hazırlamaq olar.

Ərzaqlar:
2 + 3/4 fincan un (bir fincan = 150 qram)
1 xörək qaşığı şəkər tozu
1 çay qaşığı duz
1 fincan + əlavə 2 xörək qaşığı duzsuz kərə yağı – Yağ mütləq soyuq halda olmalıdır! Əks halda reseptdəki kimi piroq alınmayacaq. Yağ 0.4sm-lik kiçik parçalara doğranmalıdır (1 fincan=225qr)
7-9 xörək qaşığı buzlu (!) su

Hazırlanması:

Böyük qabda əvvəlcə un, şəkər tozu və duz qarışdırılır. Doğranmış yağ əlavə olunur,bıçaqla və ya barmaqların ucu ilə qarışdırılır, iri umac halına salınır. Umac halına salındıqda xəmirin ovuntuları noxuddan bir qədər iri  olur. Yağ bir qədər diri qalmalıdır – tamamilə ovmayın!

Daha sonra buzlu su xəmirin üzərinə çilənir. Çəngəllə qarışdırılır. Xəmirdən bir çimdik götürün – barmaqlarınızn arasında basıldığında xəmir bitişirsə, deməli hazırdır. Əgər xəmir bitişmirsə bir qədər də su çiləmək lazımdır. Amma suyu çox tökmək olmaz, çünki xəmir yapışqan kimi olar. Piroq üçün isə lazım olan xəmir ovulmalıdır.

Hazır xəmir təmiz bir lövhənin üzərinə qoyulur, bir- iki dəfə əllə yoğrulur, tam bütöv hala gətirilir (əgər xəmir kiçik parçalara ovulubsa onları toplayıb birgə yoğurmaq lazımdır.) Xəmir 2 hissəyə bölünür, hər 2 hissə əllə yastılanıb qalın dairə formasına salınır. Üzəri mətbəx steçi ilə kip örtülüb ən azı 1 saat (yaxud da bütün gecə) soyuducuda saxlanılır. Bu xəmiri 1 aya qədər soyuduca saxlamaq olar, istifadədən öncə isə xəmir bir qədər isidilməlidir.

Piroqun xəmiri necə yayılmalıdır?

Vacibdir!!! : Xəmir mütləq soyuq şəkildə olmalıdır,eləcə də xəmirlə işlərkən otağın tempraturu isti olmamalıdır. Əks halda isti şəraitdə xəmirin içindəki yağ əriyir və xəmir yumşalanda onunla işləmək çox çətin olur. Amma xəmir soyuducudan çıxarıldıqdan sonra 10 dəqiqə kənarda saxlanmalıdır, çünki tam soyuq halda xəmir yayılsa üzərinə çat əmələ gələcək. Üzəri soyuq olan lövhə üzərində işləmək lazımdır
(mən xəmirlə mərmər piştaxta üzərində işləyirəm). Əgər xəmir çox yumşalıbsa onu bir müddət yenidən soyuducuya qoyub sonra yaymaq olar. Bir sözlə, xəmir soyuq halda ikən tez işləmək lazımdır.

Piştaxtanın üzərinə bir qədər un səpib əllə yayır və xəmirin bir hissəsini,yəni dairəvi kündənin birini oxlovla açırlar. Oxlovu xəmirin ortasından kənarlarına doğru basmaqla yaymaq lazımdır. Xəmir qat-qat olacaöına görə, üzərində yağ izləri görünəcək. Bu normaldır. Dairəvi formasını saxlamaq üçün xəmir hər yayılanda 90 dərəcə saat əqrəbi istiqamətində firladılmalıdır. Çünki birbaşa kənarları yayılarsa o piştaxtaya yapışar. Yaydıqdan sonra artıq qalan xəmir parçalarını ayırmaq lazımdır.

Əgər piroq ikiqat hazırlanacaqsa kündənin biri, qalınlığı 33mm, diametri 32sm –də yayılır. Yayılmış xəmir oxlova dolanır və diametri 22sm olan boşqaba tam açılaraq yerləşdirilir. Boşqab ehmalca piroq bişiriləcək tavaya qoyulur. Xəmirin üzərinə piroq üçün lazım olan istənilən qarışıqla doldurula bilər. Sonra isə digər kündə eyni qayda ilə yayılıb doldurulmuş birinci qatın üzərinə örtülür. Mətbəx qayçısı ilə hər iki xəmirin kənarları 2.5 sm-də kəsilir,barmaqla sıxılıb bir-birinə yapışdırılır.

Piroqun kənarları burulur,zövqə görə üzəri bəzədilir və bişirilir.

Bir cavab yazın

21 Şərh
  1. salam feride xanim. cox sebr teleb eliyen isdi. Burdaki teamlarin ekseriyyetini hazirlamisam,hamsida sayenizde ugurlu alinib. Elinize emeyinize sagliq! Yenede orjinal sirniyyat reseptlerinizi gozleyirem

  2. Feride xanim, men bunu choxdandir gozleyirdim. Yerlesdirdiyinize gore chox sag olun. Pumpkin pie-in da xemiri bundandir yeqin. Borani piroqunun reseptini yaza bilersinizmi?

  3. salam Feride xanim xahis edirem bagel xemirin reseptini yaza bilersinizmi?

  4. Cox sağ olun.Allah sizdən razı olsun. COx gozəl reseptlir.

  5. Salam Feride xanim, teqdim etdiyiniz reseptler cox dadli ve gorunushce cox gozeldirler. Hec vaxt yoruldum demeyesiniz! Xahish edirem eger mumkunse qat qat xemirin hazirlanma qaydasini teqdim ederdiniz, cox minnetdar olardim.

  6. salam. sizden maxaranin terifini istemisdim. yeqin mektubumu gormemisiniz. xahis edirem maxaranin reseptin veresiniz. evvelceden twk edirem.

  7. feride xanim siz haralisiz

  8. Sizden xahis edirem Paska bayraminda bisirilen Kulic-Venski xemirinin resseptini yazasiniz….

  9. Salam Farida xanum. Bilmek isteyerdim,bu xemirden men pirojki bishire bilirem,duxovkada?

  10. SABINA, bu xəmir bişərkən ovxalanır. Ona görə də pirojki yaxşı alınmayacaq.

  11. Cox Sagolun cavabiniza gore! Qarshidan gelen Novruz Bayraminizi tebrik edirem !

  12. salam feride xanim.bizim evde hami piroqu sevir ona gore de tez tez bisirirem,bu xemir de xosuma geldi bisirmek isteyirem amma unun deqiq olcusunu zehmet olmasa yazin.150q un lazimdir? yada 1 fincanla birlikde 150q olmalidir???

  13. super

  14. Salam

  15. suuper

  16. reseptlere gore teshekkur edirem.Cox aydin ve etrafli shekilde izah olunan gozel reseptlerdir.

  17. Ferde xanim cox sagolun resepte gore. sualim odur ki yazilib xemir bosqaba goyulur ve bosgab pisen gaba. o nece bosgabdir, pisen gabin icine goyulub pishir?

  18. Cox goxel retsepler yazirsiz,beyenirem

  19. Cox saqolun cox mende hazirliyacam bayandim

  20. Salam Feride xanim.gozel reseptlerinize gore coox sag olun.bes bu piroq nece derecede neche deqiqe bismelidi?

    • Bu sadəcə piroq xəmiridir. Almalı piroq reseptinə baxın – orada dərəcə yazılıb.

Bir cavab yazın