Best in the World!
Dadlı yemək reseptləri bloqu

Monthly archive for Oktyabr 2009

Nanəli Badımcan Salatı

Nanəli Badımcan Salatı

Sizə bu gün hazırladığım badımcan salatının reseptini təqdim edirəm. Nuş Olsun!


NANƏLİ BADIMCAN SALATI

4 pay üçün nəzərdə tutulub

QEYD: Qatıq, sarımsaq və nanənin miqdarını zövgə görə azaldıb artıra bilərsiniz.

1 kilo yarım badımcan
yarım stəkan zeytun yağı, qızartmaq üçün
təxminən 2 stəkan qatıq
2 diş sarımsaq – əzilmiş
zövqə görə doğranmış təzə nanə və ya quru nanə
zövqə görə duz

1. Badımcanların qabığını soyub xırda kublara kəsin (təxminən baş barmaq qalınlığında). Acısını burada izah olunduğu kimi çıxardın. Suyunu sıxın.

2. Badımcanı qızğın yağda qızardın. Tavadan çıxardın və üzərinə salfet sərilmiş dəyaz qaba yığıb yağını süzdürün və bir qaba qoyun.

3. Bir qədər soyuduğunda, üstünə qatıq, sarımsaq, nanə və duz əlavə edib qarışdırın. Sərin halda süfrəyə verin.