Best in the World!
Dadlı yemək reseptləri bloqu

Monthly archive for Oktyabr 2009

WWW.AZERIFOOD.COM

Siz bu saytla tanişsınız? Əgər deyilsinizsə, onda tanış olun. Saytın adı AZERİ FOODdur. Yaradanı və müəllifi isə Danimarkada yaşayan soydaşımız Güllü xanımdır. Saytda həm Rus, həm Azəri dilində Azərbaycan mətbəxinə aid çox sayda resept var. Bununla yanaşı tortlar (Kudraş, Çiyələkli və sairə) və digər mətbəx işləri yer almaqdadır. Sayta qonaq olun və Güllü xanımın gözəl reseptlərindən faydalanın.

Sizdən mənə demək olar ki, hər şərhlə bərabər bir istək gəlir, mənim isə təəssüf ki, daha əvvəl qeyd etdiyim kimi,  istəklərinizi tez bir vaxtra həyata keçirməyə imkanım yoxdur.  Tezliklə Azərbaycan yeməklərinin reseptlərini əldə etmək istəyirsinizsə, bu gözəl sayta müraciət edin. Peşman olmazsınız. Sizə nuş olsun, Güllü xanıma isə təşəkkür edir  və əllərin ağrımasın deyirəm.