Best in the World!
Dadlı yemək reseptləri bloqu

Monthly archive for İyun 2014

Gavalı Piroqu

Gavalı Piroqu

Westgold

Gavalılı Piroq

Yay vaxtı ən çox xoşladığım şirniyyatlar meyvəli olanlardır. Bu gün sizə bu cür şirniyyatlardan olan gavalı piroqunun reseptini təqdim edəcəyəm. Olduqca tez hazırlanan bu ləzzətli piroqu bəyənəcəyinizə ümid edirəm. Nuş olsun!

Gavalı Piroqu

Ərzaqlar:

115 qram Westgold kərə yağı
2 yumurta
160 qram şəkər tozu (stəkanın 3/4-ü)
225 qram un (bir stəkan yarım)
Bir çimdik duz
2 çay qaşığı qabartma tozu
4-5 gavalı
Üstü üçün şəkər kirşanı (mütləq deyil)

Hazırlanma Qaydası:

gavalili piroq_02

Kərə yağını əridib kənarda soyudun.

gavalili piroq_03

İri kasada yumurta və şəkər tozunu bir neçə dəqiqə çalın (rəngi bir qədər açılmalıdır).

gavalili piroq_04

Kərə yağını əlavə edib qarışdırın. Ayrı qabda un, duz və qabartma tozunu qarışdırın.

gavalili piroq_06

Unlu qarışığı yumurtalı kütləyə töküb qarışdırın.

gavalili piroq_07

Kənarları çıxan yumru formanın içini yağlayın. Xəmiri buraya boşaldıb yayın.

gavalili piroq_08

Gavalını çox nazik olmayan dilimlərə kəsib, dilimləri xəmirin üstünə dairəvi şəkildə düzün. İstəyə görə gavalıları sıx-sıx ya da aralı olaraq düzə  bilərsiniz (şəkildə gördüyünüz düzüm aralıdır).

gavalili piroq_09

Sobanı 190Cdək qızdırın. Formanı sobanın orta gözünə yerləşdirib piroqu təxminən 30 dəqiqə, yaxud üstü bir qədər qızaranadək bişirin. Hazır piroqun içinə kibrit basıb çıxartdığınızda kibrit quru çıxırsa, piroq hazırdır. Piroqu soyuduqdan sonra süfrəyə verin. İstəyə görə üstünə şəkər kirşanı da səpə bilərsiniz.