Best in the World!
Dadlı yemək reseptləri bloqu

Monthly archive for Avqust 2014

Kəsmikli-Kişmişli Keks

Kəsmikli-Kişmişli Keks

Westgold

kesmikli keks_03

Bu keksin tərkibindəki yumşaq kəsmik və şirin kişmiş bir-biri ilə qarışanda gözəl təam yaradırlar. Keks olduqca yumşaq və ləzzətli alınır. Siz də sınaqdan keçirin.

kesmikli keks_02

Kəsmikli-Kişmişli Keks

Ərzaqlar:
3 yumurta
200 qram şəkər tozu
150 qram Westgold kərə yağı – otaq hərarətində yumşalmış
200 qram kəsmik
200 qram un
2 çay qaşığı qabartma tozu
1 çay qaşığı vanil ekstraktı (zəruru deyil)
Yarım stəkan kişmiş (qara və ya ağ ola bilər)
1 yemək qaşığı süd
2 xörək qaşığı şəkər kirşanı (pudrası)

kesmikli keks_07

Hazırlanma Qaydası:

Sobanı 180Cdək qızdırın. Yumru, çələng keks formasının içini bir az unlayıb kənara qoyun.

kesmikli keks_08

Yumurta və şəkər tozunu bir qabda kütlənin rəngi açılanadək mikserlə çalın.

kesmikli keks_09

Alınan qarışığa kərə yağı və kəsmiyi əlavə edib bir az da çalın. Vanil töküb qarışdırın.

kesmikli keks_10

Un və qabartma tozu, sonra isə kişmişi əlavə edib yenidən qarışdırın.

kesmikli keks_11

Alınan xəmiri keks formasına boşaldın.

kesmikli keks_06

Keksi isinmiş sobanın orta gözündə 40 dəqiqə bişirin.

kesmikli keks_05

Keksin bişib bişməməsindən əmin olmaq üçün, keksin içərisinə kibrit batırıb çıxardın – kibrit təmiz çıxırsa və üstünə xəmir yapışmayıbsa, deməli, keks hazıdır.

kesmikli keks_04

Keksi sobadan çıxartdıqdan sonra qoyun öz formasında tamamilə soyusun. Sonra formadan çıxardıb soba telinin üstünə qoyun. Süd və şəkər kirşanını bir qabda  qarışdırın. Alınan kütlə nə çox sulu, nə də çox quru alınmalıdır. Çox suludursa, bir az daha şəkər kirşanı əlavə edin. Alınan qarışığı qaşıq vasitəsilə keksin üstünə çiləyin. Bu bəzək bir qədər bərkiyəndə, keksi süfrəyə verə bilərsiniz. Nuş olsun!

Şərh yazmağı unutmayın! Müzakirəyə qoşulun.

kesmikli keks_01

Westgold