Best in the World!
Dadlı yemək reseptləri bloqu

Monthly archive for Yanvar 2015

Kitabım Qalib Seçildi!

Kitabım Qalib Seçildi!

Winner of Gourmand World Cookbook Award

Dostlar, bu yaxınlarda çox gözəl xəbər aldım. Kitabım “Pomegranates & Saffron: A Culinary Journey to Azerbaijan,” Gourmand World Cookbook Awards-un (Dünya Qurman Yemək Kitabı Müsabiqəsi) Qaliblərindən biri oldu! Daha dəqiq desək, kitab bu il Amerikada çap olunmuş Şərqi Avropa mətbəxinə aid kitablar arasında birici oldu. Xəbəri oxuyanda gözlərimə inanmadım.

Kitabımı müsabiqəyə təqdim etdiyimdə bilirdim ki, orada böyük və kiçik nəşriyyatlarla mübarizə aparacağam, bir tərəfdən də mən, böyük nəşriyyatım yoxdur, özüməm, 7 il idir ki bu işə bütün  vaxtımı həst etmişəm. Udma şansı nə qədər ola bilərdi? Amma mən kitabıma inanırdım, ona güvənirdim. Udacağımı xəyal edib inanırdım ki, elə də olacaq. İstəyirdim ki, münsiflər heyyəti kitabı vərəqləyəndə ona verdiyim sevgini, sərf etdiyim əməyi hiss etsin. Deyəsən elə də oldu, onlar kitabı bəyənməkdən əlavə onu qalib də elan etdilər!

DAVAMINI OXU