Best in the World!
Dadlı yemək reseptləri bloqu
Ispanaqlı Börək + Pendirli Börək

Türk mətbəxində ən çox sevdiyim yeməklərdən biri də börəkdir. Börək duzlu piroq hesab olunur. Bir çox börək reseptləri vardır ki, onlar da Türkiyədə bölgədən-bölgəyə, həm ölüçüsünə, həm də formasına görə fərqlənir. Balaca və ya böyük rulet formasında, burma, sprial şəkilli, zərf kimi sarılmış və s. Bu börəklərin içliyi də fərqli ola bilir. Fərqli olmalarına baxmayaraq börəklərin hamısı yuxadan hazırlanır, həm də adi yuxadan. Börək üçün yuxanın içliyi ət, ispanaq, pendir, kabaçok, göbələk, sucuq, kartof və s. tərəvəzlər ola bilər. Sizə təqdim edəcəyim qat-qatlı ispanaqlı börəyin resepti qaynanamın resept kolleksiyasındandır. O, tanıdığım ən yaxşı börək ustasıdır.

Eyni resepti siz pendir, qiymə ət, və yaxud digər içlikli börəyi hazırlayarkən də istifadə edə bilərsiz. Yəni zövqə görədir. Bunu üçün sizə mağazadan türk börəyini hazırlamaq üçün çiy “yufka” xəmiri almaq lazım olacaq. Əgər “yufka” olmasa hər mağazada satılan adi nazik, böyük yuxalardan alıb istifadə edə bilərsiniz.

Ispanaqlı Börək

Ərzaqlar:

Diametri 50 sm olan 3 ədəd yufka (əgər böyükdürsə 2 ədəd yufakadan birini iki hissəyə ayırmaqla 3 hissə əldə etmək olar.)

İçlik üçün:
4 xörək qaşığı zeytun yağı və yaxud adi ərinmiş yağ
1 ədəd orta ölçülü doğranmış soğan
250 qram təzə ispanaq
½ fincan iri doğranmış brınza və yaxud digər ağ pendir
Duz (əgər pendir duzsuzdursa) və zövqə görə döyülmüş qara istiot

Yuxaların üzərinə çəkmək üçün südlü sousa lazım olanlar:
1 fincan süd
2 yumurta (yumurtalardan birinin sarısını sonda börəyin üzərinə çəkmək üçün saxlamaq lazımdır)
½ çay qaşığı qabartma tozu (vacib deyil, lakin deyilənə görə qabartma tozu yuxa qatlarını bir qədər şişirdir)
1/3 fincan zeytun yağı

Börəyin üzərinə çəkmək üçün:
1 yumurtanın sarısı+ bir neçə xörək qaşığı süd və ya qatıq
Üzərinə səpmək üçün küncüd və ya qara zirə lazımdır

****

Hazırlanma qaydası

İçlik üçün: Tavaya yağ tökülüb qızdırılır, soğanlar rəngi qızılı olanadək yavaş-yavaş qarışdırılaraq qovrulur,ocaqdan götürülüb kənara qoyulur. Ispanaq yuyulub təmizlənir, iri-iri doğranılır, böyük bir qaba yığılır. Üzərinə təxminən 2 xörək qaşığı su çilənir, bir neçə cimdik duz tökülür. İspanaqlar yumşalanadək əllə ovxalanır. Sonra ispanaqlar sıxılır, suyu tamamən süzülüb qurudulur. Bir qabda qovrulmuş soğan, doğranmış pendir və ispanaqlar qarışdırılır. Əgər pendir duzsudursa əlavə duz qatmaq olar, zövqə görə içliyə istiot və qırmızı toz bibər da qatılır.

Südlü sousun hazırlanması: Qabda bütün ərzaqlar- süd, yumurta, zeytun yağı, (istifadə edirsinizsə, qabartma tozu) yaxşıca qarışdırılır.

Soba 190C dərəcədə əvvəlcədən qızdırılır.

Börək hazırlanacaq iri tava və ya istiyədayanıqlı qab (şəkildəki kimi) yüngülcə yağlanır. Birinci yuxa tavaya yeləşdırılır. Elə etmək lazımdır ki, birinci yuxanın kənarları tavadan bayıra sallansın.( Birinici börəyin kənarları sonra digər qatların üzərinə qatlanacaq.) Südlü sousun 1/3 hissəsi birinci yuxanın üzərinə hər tərəfən bərabər şəkildə çilənir. İkinci yuxa qırışmış formada yerləşdırılır. Yuxa tavaya elə yerlədiriliməlidir ki birinici yuxadadan fərqli olaraq tavanın kənarlarından sallanmasın. Südlü sousdan ikinci yuxanın üzərinə birincidə olduğu kimi yaxılır. Hazırlanmış içlik ikinci yuxanın üzərinə bərabər şəkildə yayılır və üzərinə üçüncü yuxa,yenə də qırışmış şəkildə yerləşdirilir. Qalan südlü sous yuxanın səthinə yaxılır, birinci yuxanın tavadan sallanmış kənarları sonuncu qatın üzərinə örtülür.

Yumurta sarısı, süd (qatıq) qarışıdırılıb çalınır, börəyin üzərinə çəkilir. Sonda üzərinə küncüd yaxud qara zirə səpilir.

Börək sobanın orta gözündə,üzəri qızaranadək,təxminən 35-40 dəqiqə bişirilir. Bişdikdən sonra börək sobadan çıxarılır, 10-15 dəqiqə kənara soyumağa qoyulur. Börəyin üzəri bir qədər bərk olur, lakin soyuduqdan sonra yumşalır (bir qədər soyumuş börəyin üstünü çay dəsmalı ilə örstəniz, bir müddət sonra börəyin üstü yumuşalacaq). Soyuduqdan sonra börək kvadrat şəklində biçaqla hissələrə bölünür. Boşqaba yerləşdirilib süfrəyə verilir.

*Pendirli içlik üçün ispanaq əvəzinə yalnız pendir qoya bilərsiz. Bunun üçün doğranmış 3 fincan brınza yaxud istənilən ağ pendiri 2 yumurta, iri çimdik doğranmış cəfəri ilə birgə qarışdırmaq lazımdır. Pendir duzsuzdursa əlavə duz qatılır.

  • Mimoza Salatı | AZCookbook.com by Feride Buyuran
    Mimoza Salatı (Video)
    Oktyabr 12, 2017
    Bu yazını  24 mart 2009 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ___ Mimoza Salatı qat-qat olub, toyuq əti, müxtəlif bişmiş tərəvəzlərdən və yumurtadan hazırlanır. Qatların arasına mayonezli-xamalı sous sürülür.  Salat Sovet  vaxtlarında Rusiyada icad olunmuşdu, amma...
    Read more →
  • Balqabaqlı Keks | AZCookbook.com by Feride Buyuran
    Balqabaqlı Keks (Video)
    Oktyabr 6, 2017
    Keçən yazımda sizə balqabaq püresinin reseptini yazmışdım. Bu gün isə onu istifadə edəcəyik və Amerikada bu fəsildə çox məşhur olan balqabaqlı keks bişirəcəyik. Bu keksin müxtəlif resepti var, mənim təqdim edəcəyim isə  dəfələrlə sınadığım və mükəmməlləşdirdiyim reseptdir ki, istəyirəm hamınız əla nəticə alasınız....
    Read more →
  • Evdə Hazırlanmış Balqabaq Püresi
    Evdə Hazırlanmış Balqabaq Püresi
    Oktyabr 4, 2017
    Bu yazını  14 noyabr 2014 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). _____ Balqabaq sesonu açıq elan olunur! Şəhərimizin bütün marketləri və bazarlarında artıq boy boy balqabaqlar satışa qoyulub. Tezliklə burada hamı balqabaqlı şirnilər bişirməyə başlayacaq.  Bunun...
    Read more →
  • Mütəkkə (Mutaki) | AZCookbook.com
    Mütəkkə (Mutaki) – Video
    Sentyabr 29, 2017
    Bu yazını  9 iyun 2017 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ____ Bu hilli-qozlu mütəkkələr mükəmməldirlər, əsl olmalı olduqları kimi yumşaq, eyni zamanda çox şirin olmayan və hil ətrinin, qozların xırçıldamasının kifayət qədər hiss olunduğu konsistensiyadadırlar....
    Read more →
  • Çaxoxbili | AZCookbook.com | Feride Buyuran
    Çaxoxbili (Video)
    Sentyabr 26, 2017
    Bu yazını 26 iyun 2009 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ____ Bu gün qonşu ölkə Gürcüstana ləzzət səyahətinə çıxırıq. Çox ləzzətli toyuq yeməyiylə. Adı çaxoxbilidir.  Həyatımda  yediyim toyuq yeməklərindən ən ləzzətlilərindən biridir. Bir qədər bizim...
    Read more →
  • Asan Pendirli Piroq | AZCookbook.com | Feride Buyuran
    Asan Pendirli Piroq (Video)
    Sentyabr 22, 2017
    Olduqca tez hazırlanan bu ləzzətli, içi göyərti ilə dadlandırılmış pendirli duzlu piroqu mütləq sınayın. Bəyənəcəyinizdən əminəm. Bilirsiniz bu resept necə yaranıb? Deməli, bir gün mən türksayağı pendirli poğaça bişirmək istədim, amma təmbəlliyim tutmuşdu. Öz-özümə fikirləşdim ki, niyə mən bunu böyük çörək, ya da piroq şəklində bişirməyim ki? Elə də elədim. İki iri xəmir dairəsinin arasına pendirli içlik səpdim və bişirdim....
    Read more →
  • Yerkökü Salatı | AZCookbook.com | Feride Buyuran
    Yerkökü Salatı – Havuç Salatası (Video)
    Sentyabr 19, 2017
    Bu yazını 29 fevral 2009 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ____ Yerkökü Salatı (Havuç Salatası) Türkiyə mətbəxinə aid olub, oranın süfrələrində ən çox rast gələn salatlardan biridir. Həm vitamin doludur, həm də ki,  olduqca ləzzətli...
    Read more →
  • Yarpaq Dolması (Video) | AZCookbook.com | Feride Buyuran
    Yarpaq Dolması (Video)
    Sentyabr 15, 2017
    Bu resepti 10 fevral 2009 tarixində dərc etmişdim və bu gün yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ________ Bu gün menyumuzda Azərbaycan süfrəsinin ən sevilən yeməklərindən biri olan yarpaq dolması var. Azərbaycan dolmasının özünəməxsus ləzzəti və ğörünüşü var. İçindəki bol-bol göyərti dolmaya gözəl dad və ətir...
    Read more →