Best in the World!
Dadlı yemək reseptləri bloqu

Qarpız Mürəbbəsi

Qarpız Mürəbbəsi

Burada qarpız aldığımızda mütləq qarpızın qabığına nəzər salıram – qalın qabıqlar atılmır və tezliklə mənim sevdiyim mürəbbələrdən birinə, qarpız mürəbbəsinə çevrilir.

Əslində yox, əvvəlcə qapağıyla fala baxılır, sonra qarpız yeyilir, qabıqdan isə mürəbbəsi bişirilir.

Qalın qarpız qabığı təmizlənməyə hazırdır.

Qabıq təmizlənib, kəsilməyə hazırdır.

Qabığı bu cür ziqzaqvari bıçaqla kəssəniz, daha gözəl olar.

Qabıq əvvəlcə belə olur. Üç saatdan sonra isə…

belə..

Mürəbbə qabını doldurun, çay için, nuş edin.


Qarpız Mürəbbəsi

3 litrəlik banka üçün

Qeyd: Mürəbbəyə xoşməzə tam vermək üçün, hərdən ona ətirşah yarpağı, və ya darçın çubuğu, və ya mixək qatılıb, arıxda çıxardılır.

Ərzaqlar:

1 kilo təmizlənmiş və doğranmış qarpız qabığı (hazırlanması reseptdə)
3 xörək qaşığı soda
1 kilo yarım şəkər tozu
15 stəkan su
1 ətirşah yarpağı və ya qısa darçın cubuğu və ya 3-4 ədəd mxək

Hazırlanma Qaydası:

Qarpızın qabığının qırmızı və yaşıl hissəsindən təmizləyin. Ağ qabığı ziqzaqvari bıçaqla təxminən 2 santimetr yarım ölçüsündə doğrayın.

Qabığı ləyənə qoyub, üstünü örtəcək qədər su doldurun. Sodanı buraya əlavə edin. Ləyəni 2 saatlığa kənara qoyun (soda qabığı bərkidəcək, bişdiyində qabıq dağılmayacaq). Qabığı süzüb, suyun altında yaxşıca yuyub yenidən süzün.

Ləyənə qabığı ördəcək qədər su tökün. Qaynadın. 2 dəqiqə qaynatdıqdan sonra, qabığı aşsüzənə boşaldın. Bu addımı bir dəfə də təkrarlayın.

Süzülmüş qabığa şəkər və 15 stəkan suyu əlavə edin. Arada qarışdıraraq orta odda qaynadın. 2 saat 45 dəqiqə qaynatdıqdan sonra, ətirşah və ya istifadə edəcəyiniz ədvanı əlavə edib, mürəbbəni 15 dəqiqə də bişirin. Hazır qarpız mürəbbəsi şəffaf və açıq sarı rəngdə olmalıdır. Əgər ləyənin kənarları şəkərlənməyə başlayırsa, deməli mürəbbə çox bişib. Bir az su əlavə edib qaynadın. Ləyəni kənara çəkin. Yarpaq və ədvanı çıxardın.

Mürəbbəni ləyəndə soyudun. Sonra isə təmiz, sterilizə edilmiş bankaya yığıb sərin yerdə saxlayın.

  • Mimoza Salatı | AZCookbook.com by Feride Buyuran
    Mimoza Salatı (Video)
    Oktyabr 12, 2017
    Bu yazını  24 mart 2009 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ___ Mimoza Salatı qat-qat olub, toyuq əti, müxtəlif bişmiş tərəvəzlərdən və yumurtadan hazırlanır. Qatların arasına mayonezli-xamalı sous sürülür.  Salat Sovet  vaxtlarında Rusiyada icad olunmuşdu, amma...
    Read more →
  • Balqabaqlı Keks | AZCookbook.com by Feride Buyuran
    Balqabaqlı Keks (Video)
    Oktyabr 6, 2017
    Keçən yazımda sizə balqabaq püresinin reseptini yazmışdım. Bu gün isə onu istifadə edəcəyik və Amerikada bu fəsildə çox məşhur olan balqabaqlı keks bişirəcəyik. Bu keksin müxtəlif resepti var, mənim təqdim edəcəyim isə  dəfələrlə sınadığım və mükəmməlləşdirdiyim reseptdir ki, istəyirəm hamınız əla nəticə alasınız....
    Read more →
  • Evdə Hazırlanmış Balqabaq Püresi
    Evdə Hazırlanmış Balqabaq Püresi
    Oktyabr 4, 2017
    Bu yazını  14 noyabr 2014 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). _____ Balqabaq sesonu açıq elan olunur! Şəhərimizin bütün marketləri və bazarlarında artıq boy boy balqabaqlar satışa qoyulub. Tezliklə burada hamı balqabaqlı şirnilər bişirməyə başlayacaq.  Bunun...
    Read more →
  • Mütəkkə (Mutaki) | AZCookbook.com
    Mütəkkə (Mutaki) – Video
    Sentyabr 29, 2017
    Bu yazını  9 iyun 2017 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ____ Bu hilli-qozlu mütəkkələr mükəmməldirlər, əsl olmalı olduqları kimi yumşaq, eyni zamanda çox şirin olmayan və hil ətrinin, qozların xırçıldamasının kifayət qədər hiss olunduğu konsistensiyadadırlar....
    Read more →
  • Çaxoxbili | AZCookbook.com | Feride Buyuran
    Çaxoxbili (Video)
    Sentyabr 26, 2017
    Bu yazını 26 iyun 2009 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ____ Bu gün qonşu ölkə Gürcüstana ləzzət səyahətinə çıxırıq. Çox ləzzətli toyuq yeməyiylə. Adı çaxoxbilidir.  Həyatımda  yediyim toyuq yeməklərindən ən ləzzətlilərindən biridir. Bir qədər bizim...
    Read more →
  • Asan Pendirli Piroq | AZCookbook.com | Feride Buyuran
    Asan Pendirli Piroq (Video)
    Sentyabr 22, 2017
    Olduqca tez hazırlanan bu ləzzətli, içi göyərti ilə dadlandırılmış pendirli duzlu piroqu mütləq sınayın. Bəyənəcəyinizdən əminəm. Bilirsiniz bu resept necə yaranıb? Deməli, bir gün mən türksayağı pendirli poğaça bişirmək istədim, amma təmbəlliyim tutmuşdu. Öz-özümə fikirləşdim ki, niyə mən bunu böyük çörək, ya da piroq şəklində bişirməyim ki? Elə də elədim. İki iri xəmir dairəsinin arasına pendirli içlik səpdim və bişirdim....
    Read more →
  • Yerkökü Salatı | AZCookbook.com | Feride Buyuran
    Yerkökü Salatı – Havuç Salatası (Video)
    Sentyabr 19, 2017
    Bu yazını 29 fevral 2009 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ____ Yerkökü Salatı (Havuç Salatası) Türkiyə mətbəxinə aid olub, oranın süfrələrində ən çox rast gələn salatlardan biridir. Həm vitamin doludur, həm də ki,  olduqca ləzzətli...
    Read more →
  • Yarpaq Dolması (Video) | AZCookbook.com | Feride Buyuran
    Yarpaq Dolması (Video)
    Sentyabr 15, 2017
    Bu resepti 10 fevral 2009 tarixində dərc etmişdim və bu gün yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ________ Bu gün menyumuzda Azərbaycan süfrəsinin ən sevilən yeməklərindən biri olan yarpaq dolması var. Azərbaycan dolmasının özünəməxsus ləzzəti və ğörünüşü var. İçindəki bol-bol göyərti dolmaya gözəl dad və ətir...
    Read more →