Best in the World!
Dadlı yemək reseptləri bloqu

Qarpız Mürəbbəsi

Burada qarpız aldığımızda mütləq qarpızın qabığına nəzər salıram – qalın qabıqlar atılmır və tezliklə mənim sevdiyim mürəbbələrdən birinə, qarpız mürəbbəsinə çevrilir.

Əslində yox, əvvəlcə qapağıyla fala baxılır, sonra qarpız yeyilir, qabıqdan isə mürəbbəsi bişirilir.

Qalın qarpız qabığı təmizlənməyə hazırdır.

Qabıq təmizlənib, kəsilməyə hazırdır.

Qabığı bu cür ziqzaqvari bıçaqla kəssəniz, daha gözəl olar.

Qabıq əvvəlcə belə olur. Üç saatdan sonra isə…

belə..

Mürəbbə qabını doldurun, çay için, nuş edin.


Qarpız Mürəbbəsi

3 litrəlik banka üçün

Qeyd: Mürəbbəyə xoşməzə tam vermək üçün, hərdən ona ətirşah yarpağı, və ya darçın çubuğu, və ya mixək qatılıb, arıxda çıxardılır.

Ərzaqlar:

1 kilo təmizlənmiş və doğranmış qarpız qabığı (hazırlanması reseptdə)
3 xörək qaşığı soda
1 kilo yarım şəkər tozu
15 stəkan su
1 ətirşah yarpağı və ya qısa darçın cubuğu və ya 3-4 ədəd mxək

Hazırlanma Qaydası:

Qarpızın qabığının qırmızı və yaşıl hissəsindən təmizləyin. Ağ qabığı ziqzaqvari bıçaqla təxminən 2 santimetr yarım ölçüsündə doğrayın.

Qabığı ləyənə qoyub, üstünü örtəcək qədər su doldurun. Sodanı buraya əlavə edin. Ləyəni 2 saatlığa kənara qoyun (soda qabığı bərkidəcək, bişdiyində qabıq dağılmayacaq). Qabığı süzüb, suyun altında yaxşıca yuyub yenidən süzün.

Ləyənə qabığı ördəcək qədər su tökün. Qaynadın. 2 dəqiqə qaynatdıqdan sonra, qabığı aşsüzənə boşaldın. Bu addımı bir dəfə də təkrarlayın.

Süzülmüş qabığa şəkər və 15 stəkan suyu əlavə edin. Arada qarışdıraraq orta odda qaynadın. 2 saat 45 dəqiqə qaynatdıqdan sonra, ətirşah və ya istifadə edəcəyiniz ədvanı əlavə edib, mürəbbəni 15 dəqiqə də bişirin. Hazır qarpız mürəbbəsi şəffaf və açıq sarı rəngdə olmalıdır. Əgər ləyənin kənarları şəkərlənməyə başlayırsa, deməli mürəbbə çox bişib. Bir az su əlavə edib qaynadın. Ləyəni kənara çəkin. Yarpaq və ədvanı çıxardın.

Mürəbbəni ləyəndə soyudun. Sonra isə təmiz, sterilizə edilmiş bankaya yığıb sərin yerdə saxlayın.

Bir cavab yazın

82 Şərh
  1. SALAM FERIDE XANIM. MEN BU MUREBBENI CETIN OLDUGUNU DUSUNURDUM AMA COX RAHAT RESEPTI VAR IMIS. QAPIZ CIXANDAN SNRA MUTLEQ BISIRECEM. BIR DE BILMEK ISTERDIM KI,BU MUREBBENI DE DIGER MUREBBELER KIMI HAZIRLAYIB QISHA SAXLAMAQ OLAR? YOXSA HAZIRLANAN KIMI ISTIFADE OLUNMALIDI?
    BIR DE KECEN DEFE YAZDIGIM BOREK RESEPTINI XAHIS EDIREM BISIRIN DEE. COX SAGOLUN

  2. XERDE XANIM,SERHINIZI INDI OXUDUM. COX SAGOLUN DIQQETINIZE GORE

  3. BAGISLAYIN FERIDE XANIM. ADINIZI SEHF YAZDIM. UZRLU HESAB EDIN.

  4. Salam Fəridə xanim. Bu mürəbbəni əvvəllər də bişirmişəm, amma nədənsə qışda xarlayırdı. Reseptə görə təşəkkür edirəm. Düşünürəm ki, bu reseptlə əla alınacaq, sizin digər reseptləriniz kimi.

  5. feride xanim, size derin tewekkurumu bildirirem. Ne yaxwi ki varsiz. Men bir defe qonaq olanda yemiwdim amma hec kim bilmeyib ki onu nece biwirmeyi dadi damagimda qalmiwdi. Bu yay inwallah sizin sayenizde biwirerem. Allah sizden razi olsun. Sizden bir xahiwim olacaq. Murebbeden soz duwmuwken zehmet olmasa mene wefteli murebbesini nece biwirmek qaydasini deyerdiz. Cox tewekkur edirem size. Hormetle, Aynure.

  6. Uzr isteyirem Feride xanim, gozel xanim, adiniz kicik herfle getdi. Cox uzr isteyirem. Sag olun.

  7. Feride xanim sizi lap cox istedim vallah men neyiki axtariram onu siz saitinize qoyursuz.menim iwime cox yarayacaq cccccccccccooooooooooooooxxxxxxxxxxxx tewekkur edirem size minetdaram.birde sizden bir rica edim eyer mumkunse tabi zamaniniz olarsa mene qoz murebbesinin receptini vererdiz.inanin en cox xowladiqim murebbelerden biri qoz biride qarpizdi qarpizi yazdiz ellerinize sagliq qozuda yazin mumkunse.opurem sizi cox sag olun

  8. Görüntü , rəng mükəmməl. Mütləq bişirəcəm. Əməyinizə sağlıq………çox sağ olun.

  9. 1defe mende bisirmisem.Ancaq resept yadimdan cixmisdi.Bu il bu reseptle bisirecem.Cox sag olun Feride xanim

  10. Salam Fəridə xanım, reseptə görə çox sağ olun. Mənim bir sualım olacaq, ətirşah yerinə başqa hansı ədəvadan istifadə etmək olar? Cavabınız üçün öncədən təşəkküümü bildirirəm

  11. AYGÜL – Bəli, qışa saxlamaq olarş

    ƏSMƏR – ədvaları qeyd etmişəm reseptdə.

    Digərə dostlar – xahişlərinizi tez vaxtda yerinə yetirə bilməyəcəyəm. bağışlayın. qoz mürəbbəsi bişirmirəm.

  12. cox super murebbedi 1 defe yemisem helede dadi damagimdadir.sanki marmaladdi)))))

  13. super!!! ellerinize sagliq. menim anam bu murebbeni gozel bisirir. en sevdiyim murebbedir. cooxx dadlidir 🙂

  14. salam Feride xanim. men sizin yazilarinizi saytiniz ilk fealiyyete basladigi gunden izleyirem. hec vaxt serh yazmamisam ilk defedi yaziram. sizin sayenizde yaxsi sirniyyatlar yemekler bisirirem. hem gozel hem ferqli dadlarda. hamisini defterde qeyd edirem ozum ucun. size cox cox tesekkur edirem. Allah sizi qorusun ve sizinle olsun. sizi coooox sevirem.

  15. SALAM FERIDE XANIM MEN BU SAYTI 2AYDI TAPMISAM AMA SERH YAZMIRDIM BU GUN YAZMAQ QERARINA GELDIM COOOX SUPER SAYTDIINCIMESESEZ MEN SIZE KONKETIN RESEPTINI VERERDIM SERHLERDE ISTEYENLER VARDI 200q qozu 100q sekerle blenddan kecirikuzerine 2 yumurtA AGI QAZA QOYURUQQATILASANEDEK QATISDIRRIQ ..UZERINE 50q XIRDALANMIS QOZ ELAVE EDIB QATISDIRIRIQ 2deq KENARA CEKIBBALACA TOP HALINA SALIB KAKOSA BATIRIRIQ NURS OLSUN

  16. HE BIRDE SIZIN BISIRDIKLERINIZDEN ZEBRA TORTUNU LOBYA CIGIRTMASINI PENDIRLI BORUCUQLARI BISIRMISEM COX GOZEL ALINIB………….. ISTESENIZ BASQA RESEPTLAR DE YAZA BILEREM

  17. Feride xanim, salam. Men artiq bu gun bu murebbeden bishirdim. Lap yemish murebbesinin dadini xatirladi.

    Birce sualim chixdi. Suyu deqiq 15 stakandir? Diger murebbelere 1-2 st elave edirik axi. Duzdur sonda suyu ele de chox qalmadi. Sadece deqiqleshdirmek istedim, belke 1.5 yazmaq istemisiz?

    Bir daha teshekkurler. Yeni reseptler gozleyirem.

  18. ARİFƏ – əgər bişirdinizsə və 15 stəkan su axırda lap az qaldısa, deməli hər şey qaydasındadır. 15 stəkan olmalıdır. Bu mürəbbə uzun müddət bişir.

  19. Cox maraqlidi,bu murebbenin 3 saat qaynadilmasinda ne mentiq var.niye bu qeder cox biwirilmelidir?

  20. HÜSNİYƏ – Qarpız qabığı şəkildə gödüyünüz vəziyyətə, yəni şəffaf və rəngidəyişmiş vəziyyətə, gəlib çıxması üçün uzun müddət ərzində bişirilir. Ən azından buradakı qarpız qabığı belədir. Siz neçə saat bişirirsiniz ki?

  21. karpuz kabuğunun kirece yatırılarak bekletildiğini sonra pişirildiğini bilirdim bunu ilk defa öğrendim.pişmesi uzun ama daha kolay.
    birisi yapsa da yesem 😀

  22. SALAM FERIDE XANIM.BU MENIM EEEEEEEEEEEEEEENNNNNNNNN COXXXXX SEVDIYIM MUREBBEDIR HEMISE CALISIRDIM BISIREM AMA MENE CETIN GELIRDI DEYIMKI LAP YERINE DUSUB QARPIZ VAXTIDA BASLAYIRRR.EEEEEEEEEEEEELLLLLLLLA OLDU BISIRIB ELE INDIDE ISTIFADE EDERIK QISADA SAXLAYARIQ ELINIZE UREYINIZE DUSUNUB BIZLERCIN YAZDIQINIZA GORE BEYNINIZE SAQLIQ

  23. salam !necəsiniz !o qədər çox xoşuma geldiki sayt.Sag olun Fəridə xanım Allah razı olsun

  24. Salam Ferdide xanim. sizden coox xahiw edirem ananas murebbesinin reseptini yazardinizda. evvelceden tewekkurler ))

  25. salam Feride xanim)sizin qoydugunuz resepti chooox beyendim,hem murebbenin gorunushunu,hemde reseptin asan olmasini.hal-hazirda murebbeni bishirirem,umud edirem e’laa alinacaq)mutleq size nece alindigini yazacagam.teshekkurler))

  26. Feride xanim Cox sagolun Almanyadan salamlar .

  27. Bir daha salamlar)men murebbeni hazirladim,choox yaxshi alindi))bir daha size teshekkur edirem)bir de deyim ki,men axirda dolu olmadan yarim chay qashigi limon turshusuda elave etdim,deyim ki, bu murebbeye daha gozel tam verdi))

  28. GORUNUSU GOZELDI.YEGINKI DADIDA GOZEL OLAR.TEWEKKURLER

  29. SALAM FERIDE XANIM ! MEN QARPIZ MUREBBESINI BISIRDIB COK GOZELIDI DADI COK SAQOLUN !!!!

  30. feride xanim mumkunse badimcan murebbesinin reseptini yaza bilersiniz?

  31. salam Feride xanim.qarpiz murebbesini cox sevirem amma bu il qalin qabiqlisi rastima cixmiyib.bilmirsiz qalin qabiqlini kesmeden tanimaq olur?alanda secib alaq

  32. ÇİNARƏ – Qabığı qalın qarpız necə seçilir bilmirəm düzü.

  33. SALAM FERIDE XANIM MEN BISIRDIM AMA BELE ALINMADI.RENGIDE BELE OLMAMISDI.SIZCE NIYE???

  34. eyni cur men de bishirirem, ancaq sodada 2 saat deyil, 1 gun yatirdiram. Sadece leyeni qoyuram soyuducuya. Bir de, blansh eleyenden sonra, kefgir ile yigib, hemen atiram soyuq suya.
    Hem de, metin ichinde bishirende sonuna yaxin bicagin ucunda limon duzu ve 1 paket vanil elave edirem. Bishenden sonra qabiqlar shushe kimi seffaf ve cox dadli olur.

  35. Feride xanim resepte gore teshekkur.Qarpiz murebbesi menim en sevdiyim murebbelerden biridi.Duzunu desem hec vaxt bu murebeni bishirmemishem ama innen bele Sizin sayenizde bishirecem.

  36. Dogurdanda yaxsıdır

  37. Super

  38. Cox kozel korunur

  39. Düzü mən qarpiz mürəbbəsini anam bişirir ama heç dadmamişam. Xoşlamiram ilk dəfədir ki ürəyim qarpiz mürəbbəsini istədi çox ləzzətli görünür ş

  40. ELA MUREBBEDI

  41. salam Feride xanim cox xais edirem armud murebbesini yazinda cox vacib lazimdi evvelceden tesekkurler.

  42. salam feride mende bisirirem indi gorem yaxsi alinacaq insallah alinar

  43. Salam Feride!Size cox-cox teşekkürler.Mürebbem süper alındı.Ellerinize sağlık her şeyi deqiqlikle yazdığınıza göre.Zamanı geldikde heyva mürebbesini de Sizin reseptinizle bişirecem.İnşallah.

  44. Indice senin reseptinle biwirirem,amma edviyyesiz,cunki oz dadi cox gozel olur,edviyeler hemin qoxunu itirir.Bir de isteyirem axirda limon wiresi vurum,mamam deyerdi ki wirin meyve ve terevezlerden murebbe biwirende axirda ya limon suyu,ya da azca limon duzu vurulur.Bu murebbelerin xarlanmasinin qabaqin alir.Turw meyvelere se vurulmur.
    Wekilleri facede yerlewdirecem inwallah.Tewekkurler,Feride.Ellerine saqliq.

  45. Feride xanim size teshekkurumu bildirirem

  46. Super görünür. Çooooox sağ olun. Mən hazırladım, amma 4 saat bişirdim., çünki rəngi saralmamışdı. bankalara tökdüm bilmirəm necə olacaq. amma çox dadlı idi. eynilə sizinki kimi oldu)

  47. bu gün baxdım mürəbbəyə suyu şəkər tozu kimi olub deyesen çox bişirmişəm(( ne pis oldu

  48. cox dadlidi menim cox xosuma gelir

  49. Əllərinizə sağlıq Fəridə xanım,meyvəli Tart reseptinizi səbirsizliklə gözləməkdəyəm 🙂

  50. salam…evvela emeyineze gore teshekkur…
    mende cox qarpiz murebbesini,bir defe bishirmeye cehd gosterdim amma alinmadi)))bir sualim olaca odun alti cox olmalidi yoxsa az ve ya orta???
    onceden teshekkurler)

  51. Salam Feride xanim me lap coxdan bir defe maqazinden alinma balqabaq murebbesi yemishdim cox xoshuma gelmishdi bir defe burda ozum bishirdim ezildi belke onuda sodaya qoymaq lazimdir eger bilirsizse zehmet olmasa sherhini yazinda.onceden teshekkur.

  52. QZLAR MEN BU GÜN QARPUZ MÜREBESİ BİŞİRİREM GELİN QONAQM OLUN

  53. Salam aleykum.GÖRÜRƏM HEÇKƏS FİKİR VERMİİYİB BİR SƏHVLİK VAR RESEPTDƏ, YOXSA SİZİN RESEPT BELƏDİ?
    15 STEKAN SU ÇOX DEYİL???? MƏN 15 ST SU TÖKDÜM HEYİF OLDİ ALINMADI MÜRƏBBƏMM(((((
    SORA BAŞQA BİR YERDƏ 1.5 STEKAN YANİ 1 STEKAN YARİM SU YAZİLMİSDİ((((

  54. Ferde xanim tessekkur edirem ama bizim qazimiz catmaz ona cun ki bizim ki balon qazidi catmaz ona ozde piletkanin bir gozu isleyir hemin gun ne cay qoya ne yemek neyse bu bizlik deyil siz bize qisa yolun yazin.

  55. guzel,annam istemisdi,buldum reseptini

  56. 2defe qaynadiriq

  57. bisirmisem bu reseptle cox gozel alinib

  58. cox sag olun FERIDE xanim cox gozeldi edva evezine limon dograyib elave etmek olar? Evvelceden sag olun

  59. Mən neçə idir ki,qarpız mürəbbəsini hazırlayıra amma çay sodası əvəzinə əhəng suyundan istifadə edirəm çox dadlıda alınır

  60. Cox gozel izah edilib.amma men bir seyi basa dusmedim 1kilo qarpiz qabigina 1kilo yarim seker tozu tokulur yoxsa 3kilo qarpiz qabigina 1kilo yarim?zehmet olmasa cavablandirin.indiden tesekkurler.

  61. Salam, Feride xanım. Tecili bir söz soruşmaq isteyirem. Eger qarpız qabığı 3 kq-dırsa, onda erzaqları üçqat artırmaq lazımdır? Yeni 45 stekan su töküm?

  62. Salam Feride xanim.Allah razi olsunki bu merebbenin reseptini burda qoymusunuz.twk edirem.hal hazira bu resepte esasen gedirem.qarpizi temizleyib dograyib suya qoydum.gozleyirem,inw ela alinar,sadece bilmek isterdim deqiq bunun pesoku 1kqrama 1 .5 olmalidir?yani xaramiw kimi olmaz?inw ela alinar.bur daha twkler.yemiw varenyasi isterdim .sizde varsa lutfen paylawin.

  63. qizlar komek edin.men murebenin oldugunu nec bilim.burdan resept goturdum.her üey ela gedirdi.goturdum.suyu azalib.amma su baüqa varenyalar kimi deyil.hardan ve nece bilim ki bu murebbe hazirdir,,,,,,,,?????????????????????7xahiü tecili cv yazin.

    • 1 2 damci damciladin yumru haldadisa sire qabda demeli vareniyaniz hazirdir

    • 1 2 damci damciladin yumru haldadisa sire qabda demeli vareniyaniz hazirdir

  64. Men hec hazırlamamisam insallah sizin resepden seher istifade edecem insallah

  65. Salam .Feride xanim men qaroiz murebbesini edende qabiqlari sodali suda saxlayiram son ra qaynadan kimi ezikir xesil olur.nece edim bes?

  66. Cox beyendim

  67. salam feride xanim.men qarpiz murebbesini bisirdim.dadi cox qesengdi.ama rengi qara alindi.zehmet olmasa sebebini yazardiniz.resepti eyni oldugu kimi etmisem.bir defeki sefere ne ede bileremki qaralmasin.xahis cavablayrdinizda.indiden tesekkurler.

  68. salam ferida xanum cox saqolun qarpiz murebbesina qore xaish edirem qoz murebbesinide yazin

  69. Salam.Fəridə xanım mən bu mürəbbəni bişirdim.Amma tez xarlandı.Nə etmək lazımdır ki,xarlanmasın?

  70. Salam xanim 15 stakan cox deyil?

  71. Salam xanim 15 stakan cox deyil??

  72. SALAM feride xanim men bugun sizin reseptinizle qarpiz murebbesini biwirdim amma rengi ele sari cixmadi sizce neden oldu mene cox maraqlidi eyni qaydada eledim amma rengi acilmadi nede sef eledim?

    • Çox bişdikcə rəngi saralır. Şəkildəki kimi tam sarı olmaya bilər, bu normaldır. Şəkilin rəngəli ilə bir az oynanılıb.

  73. cox sagolun Feride xanim

  74. Cox sag olun Feride xanim murebbeni hazirladim super cixdi Haminin xoshuna geldi

  75. siz ne danisirsiz, kilo yarim sekere 15 stekan su? nece sayta girdimse hamisi biri birinden kopyalayib yayimlayirsiz, hec utanmirsiz insanlari aldatmaga?

  76. Salam xanim men hal hazirda edirem murebbeni 6kilodu her kiloya 15stekan su toksem cox olmazki 6kiloya ne qeder su tukum??

Bir cavab yazın