Best in the World!
Dadlı yemək reseptləri bloqu

Ekler Pirojnası (Éclairs)

Bir gün risk edib ekler pirojnası bişirəcəyim Bakıdaykən heç ağlıma da gəlməzdi. Həmişə eşirdərdim ki, yox e, ekler bişirmək hər igidin işi deyil, hamıda yaxşı alınmaz və sairə  buna bənzər insanı qorxudan və mətbəxdən uzaq tutan hekayələr:) Bir gün ekler bişirdim və bu nəticəyə gəldim ki, əgər dəqiq reseptiniz varsa, ekler bişirmək o qədər də çətin deyil. Hətta deyərdim ki, çox asandır.  İstifadə etdiyim resesepti bütün detallarıyla sizə çatdırıram. Siz də ekler bişirin və nuş edin. Bu da resept.

Ekler (Éclairs)

Ekler 3 elementdən ibarətdir:

– Şu xəmiri (Pâte à Choux)
– Krem
– Şokoladlı qlazur

Elementləri bir-bir hazırlayıb ekleri düzəldək. Əvvəlcə kremi hazırlayaq (krem 2 gün əvvəldən də hazırlana bilər)

KREM

16 ekler üçün

  • 2 stəkan süd
  • 1/2 stəkan şəkər tozu
  • 2 çay qaşığı vanil ekstaktı (əvəzində bir çimdik vanilin də istifadə edə bilərsiniz)
  • bir çimdik duz
  • 4 yumuta sarısı
  • 1/2 stəkan qarğıdalı nişastası
  • 2 xörək qaşığı kərə yağı, balaca-balaca doğranmış

1) Qazana süd, 1/4 stəkan şəkər tozu, vanil və duzu qoyun. Orta odda qaynamağa başlayanadək bişirin.

2) Dərin qabda yumurta sarısı, nişasta, və qalan 1/4 stəkan şəkər tozunu mikserlə çalın. Dəyanmadan yavaş-yavaş qaynar südü bu qarışığa əlavə edin və ərzaqlar qarışanadək yaxşıca çırpın.  Alınan kütləni qazana geri tökün və orta odda, ara vermədən, taxta qaşıqla qarışdıra-qarışdıra təxminən 2-4 dəqiqə və yaxud qatılaşanadək bişirin.

3) Qatılaşmış kütləni dərin qaba boşaldın. Üstünə kərə yağını əlavə edib, mikserlə təxminən 5 dəqiqə ərzində çalın. Bu müddət ərzində kərə yaşə əriməli, kütlə isə bir qədər soyumalıdır.

4) Kremin üstünü sellofanla örtün. Soyuduca ən azı 2 saat müddətində saxlayın. Bu krem soyuducuda 2 günə dək xarab olmadan qala bilər.

ŞU XƏMİRİ  (Choux, yani ekler xəmiri)
Reseptin mənbəsi: Chocolate Desserts by Pierre Hermé kitabı

16 ədəd ekler üçün

• ½ stəkan (125g) süd
• ½ cup (125g) su
• 115g kərə yağı, 8 parçaya bölünmüş
• ¼ çay qaşığı şəkər tozu
• ¼ çay qaşığı duz
• 1 stəkan (140g) əla növ un
• 5 ədəd iri yumurta, otaq hərarətində

1) Qazana süd, suy, kərə yağı, şəkər tozu və duzu qoyub, qaynadın.

2) Qaynadığı an, odu bir az azaldın, unun hamısını əlavə edib, kütləni taxta qaşıqla DƏYANMADAN qarışdırın. Kütlənin yavaş-yavaş xəmirə dönməsini görəcəksiniz. Təxminən 2-3 dəqiqə ərzində qarışdırın. Xəmir yumuşaq və hamar olacaq.

3) Xəmiri iri qaba qoyun. Yumurtaları bir-bir üstünə qıraraq, hər əlavədən sonra mikserlə yaxşıca çırpın ki, yumurtalar xəmirə qarışsın. Xəmiriniz hazırdır. Hazır  xəmir belə olmalıdır.

4) Xəmiri İSTİ İKƏN (!) bişirmək lazımdır. Bunun üçün əvvəlcə sobanı 190C-dək qızdırın. Sonra isə soba listininin dibinə kalka kağızı sərin. İri qənnadı torbasını (rusca: konditerskiy meshok) isti şu xəmiriylə doldurun (torbanın ucun adi olsun, yani gül və ya ziq-zaq şəklində deyil). Torbadan listin üstünə bir birindən 5 cm aralı  təxminən 11 cm uzunluqda “barmaqlar” sıxın.

5) Listi sobanın orta təbəqəsinə yerləşdirib eklerləri təxminən 20 dəqiqə ərzində bişirin. Bişmiş eklerlər şişəcək, üstləri bir qədər qızaracaq. Eklərlərin arasına krem doldurmazdan əvvəl, onları ən azı 1 saat ərzində kənarda soyudun.

ŞOKOLADLI QLAZUR
Reseptin mənbəsi: Williams-Sonoma, The Essentials of Baking kitabı

125 g yarı-şirin və ya acı-şirin plitka şokolad, iri-iri doğranmış
60 g kərə yağı , balaca-balaca doğranmış
1/4 stəkan (60 ml) süd

1.  Şokoladı və yağı istiyə davamlı bir qaba qoyun. Qazanda südü qaynadın. Qaynayan kimi, südü şokolad və yağ olan qaba boşaldın. Ərzaqlar əriyib bir-birinə qarışanadək qaşıqla çırpın.

EKLERİN DÜZƏLDİLMƏSİ

Bunun ücün bişmiş ekler, krem və şokoladlı qlazuru hazır tutun.

1) Bİşmiş eklerləri bıçaqla horizontal şəkildə iki yerə bölün.

2) Qapaq hissəsini şokolada batırıb kənara qurumağa qoyun.

3) Qaşıq və ya qənnadı torba vasitəsilə eklerin alt hissəsini kremlə doldurun. Şokoladlı qapağı kremin üstünə yerləşdirin. Eklerləriniz hazırdır.

  • Mimoza Salatı | AZCookbook.com by Feride Buyuran
    Mimoza Salatı (Video)
    Oktyabr 12, 2017
    Bu yazını  24 mart 2009 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ___ Mimoza Salatı qat-qat olub, toyuq əti, müxtəlif bişmiş tərəvəzlərdən və yumurtadan hazırlanır. Qatların arasına mayonezli-xamalı sous sürülür.  Salat Sovet  vaxtlarında Rusiyada icad olunmuşdu, amma...
    Read more →
  • Balqabaqlı Keks | AZCookbook.com by Feride Buyuran
    Balqabaqlı Keks (Video)
    Oktyabr 6, 2017
    Keçən yazımda sizə balqabaq püresinin reseptini yazmışdım. Bu gün isə onu istifadə edəcəyik və Amerikada bu fəsildə çox məşhur olan balqabaqlı keks bişirəcəyik. Bu keksin müxtəlif resepti var, mənim təqdim edəcəyim isə  dəfələrlə sınadığım və mükəmməlləşdirdiyim reseptdir ki, istəyirəm hamınız əla nəticə alasınız....
    Read more →
  • Evdə Hazırlanmış Balqabaq Püresi
    Evdə Hazırlanmış Balqabaq Püresi
    Oktyabr 4, 2017
    Bu yazını  14 noyabr 2014 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). _____ Balqabaq sesonu açıq elan olunur! Şəhərimizin bütün marketləri və bazarlarında artıq boy boy balqabaqlar satışa qoyulub. Tezliklə burada hamı balqabaqlı şirnilər bişirməyə başlayacaq.  Bunun...
    Read more →
  • Mütəkkə (Mutaki) | AZCookbook.com
    Mütəkkə (Mutaki) – Video
    Sentyabr 29, 2017
    Bu yazını  9 iyun 2017 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ____ Bu hilli-qozlu mütəkkələr mükəmməldirlər, əsl olmalı olduqları kimi yumşaq, eyni zamanda çox şirin olmayan və hil ətrinin, qozların xırçıldamasının kifayət qədər hiss olunduğu konsistensiyadadırlar....
    Read more →
  • Çaxoxbili | AZCookbook.com | Feride Buyuran
    Çaxoxbili (Video)
    Sentyabr 26, 2017
    Bu yazını 26 iyun 2009 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ____ Bu gün qonşu ölkə Gürcüstana ləzzət səyahətinə çıxırıq. Çox ləzzətli toyuq yeməyiylə. Adı çaxoxbilidir.  Həyatımda  yediyim toyuq yeməklərindən ən ləzzətlilərindən biridir. Bir qədər bizim...
    Read more →
  • Asan Pendirli Piroq | AZCookbook.com | Feride Buyuran
    Asan Pendirli Piroq (Video)
    Sentyabr 22, 2017
    Olduqca tez hazırlanan bu ləzzətli, içi göyərti ilə dadlandırılmış pendirli duzlu piroqu mütləq sınayın. Bəyənəcəyinizdən əminəm. Bilirsiniz bu resept necə yaranıb? Deməli, bir gün mən türksayağı pendirli poğaça bişirmək istədim, amma təmbəlliyim tutmuşdu. Öz-özümə fikirləşdim ki, niyə mən bunu böyük çörək, ya da piroq şəklində bişirməyim ki? Elə də elədim. İki iri xəmir dairəsinin arasına pendirli içlik səpdim və bişirdim....
    Read more →
  • Yerkökü Salatı | AZCookbook.com | Feride Buyuran
    Yerkökü Salatı – Havuç Salatası (Video)
    Sentyabr 19, 2017
    Bu yazını 29 fevral 2009 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ____ Yerkökü Salatı (Havuç Salatası) Türkiyə mətbəxinə aid olub, oranın süfrələrində ən çox rast gələn salatlardan biridir. Həm vitamin doludur, həm də ki,  olduqca ləzzətli...
    Read more →
  • Yarpaq Dolması (Video) | AZCookbook.com | Feride Buyuran
    Yarpaq Dolması (Video)
    Sentyabr 15, 2017
    Bu resepti 10 fevral 2009 tarixində dərc etmişdim və bu gün yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ________ Bu gün menyumuzda Azərbaycan süfrəsinin ən sevilən yeməklərindən biri olan yarpaq dolması var. Azərbaycan dolmasının özünəməxsus ləzzəti və ğörünüşü var. İçindəki bol-bol göyərti dolmaya gözəl dad və ətir...
    Read more →