
Dostlar, bu xoş xəbəri sizinlə paylaşmağa tələsirəm. Dekabr ayının 13, “Pomegranates and Saffron” adlı kitabımın Kaliforniya ştatının Lonq Biç şəhərində yerləşən Gatsby Books kitab mağazasında ilk təqdimatı və imza günü keçirildi. Çox həyəcanverici bir gün idi. Axı bu mənim öz kitabımın ilk tədbiri idi!
Tədbirdə 50-dən çox dəvətli iştirak edib məni dəstəklədi. Onların arasında dost, tanış, qonşu və tanımadığım bir çox adam var idi. Qonaqlara AZ Cookbook-un ekskluziv çayıyla bərabər kitabdakı reseptlərdən özümün bişirdiyi Qarabağ kətəsi və qozlu mütəkkələr verildi.
Açılışı mağazanın sahibi kitabsevər Sean açıb, kitabımı o ki var, təriflədi (xaricilərdən bunu eşitmək o qədər sevindiricidir ki!).
Sonra mən kitab haqqında qısa məlumat verdim. Ardından isə qonaqların suallarına cavab verdim. Hər şey əla keçdi. Buna görə o tədbirə vaxt ayırıb gələn, məni dəstəkləyən hər bir qonağa təşəkkür edirəm.

İnanın ki, əvvəllər yatsam yuxuma da girməzdi ki, bir gün uzaq Amerikada Azərbaycana aid bir kitabın müəllifi olacağam və hətta imza tədbirim də olacaq. Bax belə.
Sizə isə tədbirdən fotoşəkillər təqdim etmək istəyərdim. Uzaq olsanız da, sizin də dəstəyinizi hiss etmək gözəldir. (Davamını Oxu keçidinə basmağı unutmayın!).

































Son şərhlər