Dostlar, bu xoş xəbəri sizinlə paylaşmağa tələsirəm. Dekabr ayının 13, “Pomegranates and Saffron” adlı kitabımın Kaliforniya ştatının Lonq Biç şəhərində yerləşən Gatsby Books kitab mağazasında ilk təqdimatı və imza günü keçirildi. Çox həyəcanverici bir gün idi. Axı bu mənim öz kitabımın ilk tədbiri idi!
Tədbirdə 50-dən çox dəvətli iştirak edib məni dəstəklədi. Onların arasında dost, tanış, qonşu və tanımadığım bir çox adam var idi. Qonaqlara AZ Cookbook-un ekskluziv çayıyla bərabər kitabdakı reseptlərdən özümün bişirdiyi Qarabağ kətəsi və qozlu mütəkkələr verildi.
Açılışı mağazanın sahibi kitabsevər Sean açıb, kitabımı o ki var, təriflədi (xaricilərdən bunu eşitmək o qədər sevindiricidir ki!).
Sonra mən kitab haqqında qısa məlumat verdim. Ardından isə qonaqların suallarına cavab verdim. Hər şey əla keçdi. Buna görə o tədbirə vaxt ayırıb gələn, məni dəstəkləyən hər bir qonağa təşəkkür edirəm.
İnanın ki, əvvəllər yatsam yuxuma da girməzdi ki, bir gün uzaq Amerikada Azərbaycana aid bir kitabın müəllifi olacağam və hətta imza tədbirim də olacaq. Bax belə.
Sizə isə tədbirdən fotoşəkillər təqdim etmək istəyərdim. Uzaq olsanız da, sizin də dəstəyinizi hiss etmək gözəldir. (Davamını Oxu keçidinə basmağı unutmayın!).
Super bir teqdimat. Tebrik edirem ve alqishlayiram. Amerikada bele gozel bir kitab hazirlayib teqdim etdiyiniz ucun.Seninke qurur duyuram.
Çox sağ olun.
Tebrikler.Daim ugurlarin bol olsun 🙂
Çox sağ olun.
Salam,TEBRIKLER VE BOL WANSLAR,
Çox sağ olun.
Sevindim. Hər zaman nədəsə problemim olanda açıb baxdığım sayt, təbii və gözəl dildə izah. Qürur duydum. Uğurlarınızın davamı gəlsin InşaALLAH.
Çox sağ olun.
Salam.Tebrik edirem.Cox ferehlemdim.Bundan boyuk naliyyetlere imza atasiniz Insallah.
Çox sağ olun.
Təbrik edirəm,fəxr edirəm,uqurların daha bol olsun!
Çox sağ olun.
Tebrikler Feride xanim,ugurunuz daimi olsun :),sizin adiniza cox sevindim.
Çox sağ olun.
Feride xanim tebrik edirem sizi!!!!!!!ugurlariniz bol olsun Insallah!
Çox sağ olun.
Gozelimiz Feride tebrikler!!! Daim bele ugurlarla seni sevenleri sevinderesen, inshallah!!! Herzaman hemvetenlilerin seninle qurur duysun!!!
Çox sağ olun.
Salam,Feride xanim!Cooox sevindim bu teqdimati gorende!Tebrikler,ezizim!Ugurlarin davamli olsun!Fexrimizsen!!!
Çox sağ olun.
Tebrik edirem Feride xanim, inshallah verdiyiniz butun emekler ve cekdiyiniz eziyyetler hemiwe bele gozel neticelener.
Çox sağ olun.
salam feride xanim,sizinle qurur duyduq,tebrik edirik,bundan yuksek ugurlariniz olsun.sizi boyudub terbiyye eden valideynlerinizin ellerinden opurem.
Çox sağ olun.
.
Fəridə xanım çoox sağolun. İnanınki necede ferehlendim. Qururlandım. Azerbaycanı tanıtmağınıza. Davam edin. Her zaman zorvelerde olasinoz
Çox sağ olun.
Sizi belə gözəl işlərinizə görə yalnız alqışlamaq lazımdır. Gələcəkdə uğurlar arzusu ilə…
Çox sağ olun.
SALAM FERIDE XANIM TEBRK EDREM BIZI QURURLANDIRDINIZ AMMA BU KITABIN AZERBAYCANCASINIDA CAP ETSENIZ DAHA COX SEVINERIK XALQ OLARAQ
Çox sağ olun. Bir gün olar.
Fəridə xanım, çox gözəl iş görübsüz, əziyyət çəkibsiz. Həm sizin adınıza, həm xalgımızın adına sevindim. Müvəffəgiyyətlər !
Çox sağ olun.
Tebrik edirem Menim qizimin adi Feridedir Bakidan size salamlar
Çox sağ olun!
Tebrikler,cox sevindim.Size idealim kimi baxiram,reseptleriniz metbeximi bezeyir.Var olun.
Çox sağ olun!
Salam, bu kitabi hardan elde etmek olar?
online satisi var?
http://www.azcookbook.com/store/
Salam Feride xanim.Sizi boyuk ugrunuzdan dolyi cox tebrik edirem.Hemise xos ve gozel naliyyetler elde edesiniz.Azerbaycan xalqinin leziz xorekleri inaniram ki sizin gozel serhinizle Amerikada tez bir zamanda yayilacaq.Tebrikler.
Çox sağ olun!