Best in the World!
Dadlı yemək reseptləri bloqu

Ət Yeməkləri

İçi Doldurulmuş “Qarnıyarıq” Badımcan (Karnıyarık)

İçi Doldurulmuş “Qarnıyarıq” Badımcan (Karnıyarık)

Turkish "Split Belly" Eggplant

Mənim badımcana olan sevgim! Bu heç vaxt bitməyəcək bir sevgi macərasıdır! Mənim hətta bununla bağlı uşaqlıq “travmam” da var. Mən hətta üstündən bu qədər il keçəndən sonar da onu çox aydın xatırlayıram. Mənim 7, ya 8 yaşım vardı, bəlkə hətta bir az da böyük olardım. Bu Bakıda baş verib. Anam şam yeməyinə badımcan dolması bişirmişdi. Biz masanın ətrafında oturmuduq. Anam hamıya yemək çəkdi. Mən bacımın boşqabına, sonar özümünkünə baxdım və onun boşqabındakı badımcanın mənimkindən bir azca böyük olduğunu görüb əsl “şok” keçirdim!

Mən qəzəblənib ailədə qəbul olunmuş davranış və nəzakət qaydalıarını nəzərə almadan öz güclü narazılığımı bildirdim. “Mən balaca badımacanı yeməyəcəm” dedim. Sonrakı söhbəti xatırlamıram, amma bircə onu xatırlayıram ki, mənim bu üsyanımdan az sonar həyətimizdə (bizim darvazalı həyəti olan balaca evimiz vardı) tək-tənha oturub, o dadlı badımcan dolmasını yemək fürsətini əldən verdiyimə görə hirslənirdim. Artıq badımcanın ölçüsü vacib deyildi. Yadımda deyil, bəlkə sonra mənə içəri girib yeməyimi bitirməyə icazə vermişdilər. Amma indi bu o qədər də vacib deyil.

Turkish "Split Belly" Eggplant

Vacib olansa odur ki, əziz dostlar, mən hələ də başqalarının boşqablarına baxıb onların badımcan dolmasını öz boşqabımda olan dolmayla müqayisə edirəm. Zarafat edirəm. 🙂 Mənim davranışım o vaxtkına baxanda  bir az yaxşılaşıb. Dəyişməyən şey mənim badımcana olan sevgimin sarsılmaz olmasıdır. Xüsusən də bu tərəvəzdən super dadlı bir yemək hazırlananda. Türk yeməyi  karnıyarık kimi.

Adından göründüyü kimi badımcanların qarnını yarıb onları pomidor, bibər, göyərdi və sarımsaqla qarışdırılmış ət içliyi ilə doldururuq.

Bu yemək bizim badımcan dolmasını xatırladır, amma içliyi və hazırlanma qaydası bir az fərqlidir. Mənim türkiyəli qaynanamın bişirdiyi karnıyarık həqiqətən də Türkiyədə gördüyüm bütün karnıyarıkların ən yaxşısıdır. O bu yeməyi bişirməyi mənə də öyrədib. Bu gün onun reseptini sizinlə bölüşürəm. Düşünürəm ki, onu siz də bəyənəcəksiniz.

DAVAMINI OXU