Best in the World!
Dadlı yemək reseptləri bloqu

Ət Yeməkləri

Ətli İspanaq

Ətli İspanaq

Westgold

Spinach with Ground Beef

Ispanağı tək başına bişmiş halda yeməyi xoşlamayanlar, əminəm ki, bu gün təqdim etdiyim yeməyi çox bəyənəcəklər. Burada ispanağa ət və düyü də qatılır. Nəticədə  həm olduqca ləzzətli, həm də çox faydalı bir yemək alınır. İstəyə görə, yeməyin yanında süfrəyə qatıq da qoyula bilər. Bu yemək qatıqla da çox ləzzətli olur.

Ətli İspanaq

4-5 pay üçün

Ərzaqlar:

4 qalın dəst ispanaq (qoca olmasın)
5 yemək qaşığı Westgold kərə yağı
200-250 qram çəkilmiş mal əti
1 iri baş soğan
2 xörək qaşığı tomat pastası
Duz
İstiot
3-4 xörək qaşığı yumru düyü

Hazırlanma Qaydası:

Spinach with Ground Beef

İspanağı yaxşıca yuyun. Sonra iri-iri doğrayıb, bir ləyənə yığın. Təmizliyindən əmin deyilsinizsə, üstünə su doldurub, bir az duz səpin və 5 dəqiqəlik kənara qoyun. Bu müddət ərzində ispanağın üstündə qalmış ola bilən torpaq aşağı süzülməlidir. İspanağı süzüb yenidən yuyun. Kənara qoyun.

Spinach with Ground Beef

Orta ölçülü qazanda yağı əridin. Əti əlavə edib ətin suyu çəkilib yağa düşənə qədər qovurun. Soğanı ətə əlavə edib bir neçə dəqiqə bişirərək saraldın.

Spinach with Ground Beef

Tomat pastası, duz və istiotu əlavə edib qarışdırın.

Spinach with Ground Beef

İspanağı əlavə edib bir qədər yumuşalanadək bişirin.

Spinach with Ground Beef

Sonra isə düyünü əlavə edib 2-3 dəqiqə qovurun. Üstünə ispanağı tam örtməyənə qədər su töküb bişirin. Hazır yeməyin suyu bir qədər çəkilməlidir (nə çox sulu, nə çox duru yemək olmalıdır), düyü isə bişməlidir.

Westgold