Best in the World!
Dadlı yemək reseptləri bloqu

Azərbaycan

Geri Gəldim + Şəkillər

Salam, dostlar!

Uzun çəkən səssizlikdən sonra yenidən qarşınızdayam. Bakıdan təzə qayıtmışam. Orada olan müddətdə bloqla məşqul olmağa inanın ki, vaxtım yox idi, amma indidən sonra çalışacam sizi yeni-yeni reseptlərlə sevindirim. Bloqdan aralı vaxtlarımda mənə dəstək verdiyiniz, buranı ziyarət etdiyinizə görə sizə minnətdaram.

Azərbaycana səfərim  həm maraqlı, həm səmərəli keçdi – həm ailəm və dostlarımı görmüş oldum, vətəni gəzmiş oldum, həm də kitabım üçün xeyli material yığıb, şəkil çəkdim. Necə deyərlər, həm ziyarət, həm ticarət. İlk yazımı resept ilə deyil, Azərbaycanın müxtəlif yerlərində çəkdiyim şəkillərlə başlamaq istəyirəm. Ümid edirəm ki, xoşunuza gələr! Hələlik.

Bakının misilsiz abidəsi – Qız Qalası.

Bu samovarları Şəkinin Marxal gölündəki istirahət yerində çəkmişəm.

Bakının Təzə Bazarında çay tənəffüsü.

Üzərlik.

Balakən rayonunun Kortala kəndində qədim adət-ənənələr uzun illərdir ki, qorunub saxlanır. Bu şəkildə Hacıməhəmməd əmi quru qarğıdalını babalarımızdan günümüzə gələn qədim mətbəx əşyası olan tabaq adlanan qabın icinə dənələyir.

İçəri şəhərdən bir mənzərə.

Quru ot və ədvalar satan şirin nənə.

Bakı mənzərəsi.

Balakən rayonunun fındığı.

Şəki halvası (paxlavası).

Bakının Təzə Bazarından mənzərə.

Şəkili ailəvi dostumuz Adilə xala Şəkinin məşhur firnisi ilə.

İçəri şəhər.

Dağlı Çörəyi.

Bakının ən möhtəşəm və gözəl binalarından biri – vaxtilə neft milyonçusu İsa Hacınskinin mülkü olub.

Karvansaraydakı çay evinin böyük samovarı.

Karvansaray restoranı. İçəri Şəhər.

Bu isə Şəki karvansarayıdır.

Qəbələ rayonunun yaşıl dağları.

İçəri Şəhər.

Marxal Gölü. Şəki.

Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyi. Bakı.

İçəri Şəhər qala divarları.

Oxax çayı. Balakən rayonu.

Bu isə mənim ən çox sevdiyim meyvə – nardır. Zaqataladakı xalamın baxçasından.